PDF Oxu

Siyasət

  • 3 586

Laçın dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək ŞƏRH

Laçın dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək ŞƏRH

28 mart 2023- cü il Cənab Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərək ona tövsiyə və tapşırıqlarını verdi. Cənab Prezident Laçın rayonunun ölkəmizin ən böyük rayonlarından biri olduğunu bildirdi və Laçın sakinlərinin bundan sonra Laçında rahat yaşamalıdırlar və dövlətimiz bunu təmin edəcək.

Laçın rayonunun həm təhlükəsizliyinin qorunması, həm oraya keçmiş məcburi köçkünlərin tezliklə qaytarılmasını bildirən Cənab Prezident İlham Əliyev diqqətə çatdırdı ki, bizim üçün əsas vəzifələrdən biridir. Biz bu gün Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahib olmuşuq və burada özümüzü gücləndiririk bu mövqelərdə də qalacağıq. Laçın rayonunun təhlükəsizliyi ilə bağlı başqa addımlar da atılır, tədbirlər görülür və bu tədbirlər imkan verir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitində yaşasınlar. Laçın rayonunda hazırda beynəlxalq hava limanı inşa edilir. Kəlbəcər-Laçın yolunun hazırda yenidən qurulması prosesinə start götürülüb.

Dövlətimiz yolu yenidən qurur və bir çox tunellər inşa edilir. Cənab Prezident İlham Əliyev vurğuladı ki, bu ilin sonuna qədər minlərlə insan Laçın şəhərində yaşayacaq və Laçın sakinləri bu il öz doğma diyarlarına qayıdacaqlar. Birinci mərhələdə Laçın şəhərində beş yüzə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və otuzdan çox ictimai bina inşa edilir.Bununla yanaşı, Heydər Əliyev Fondunun xətti ilə Laçın şəhərində məscid inşa ediləcək.Zabux kəndində mindən çox, Sus kəndində isə üç yüzdən dən çox insan yerləşəcək. Bu il və gələn il Laçın rayonuna təqribən on mindən çox laçın sakinləri yerləşdiriləcək.

Cənab Prezident qəbulda onu da vurğuladı ki, bundan sonra Laçın rayonunda ətraf mühitin qorunması birinci vəzifə olmalıdır. Biz keçmiş köçkünləri qaytaracağıq, infrastruktur yaradacağıq və orada iş yerləri yaradılacaq, çox gözəl imkanlar yaradılacaq.

Abbas Əliyev

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri

Digər xəbərlər