Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3494 nömrəli Sərəncamı ilə 2023- cü il "Heydər Əliyev ili" elan edilmişdir. Sərəncama uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi, Mingəçevir şəhərində də Ulu Öndərimizin 100 illiyi münasibəti ilə tədbirlər keçirilir. MARTİ və Mingəçevir şəhər Təhsil Sektorunun tədbirlər planına uyğun silsilə tədbirlər keçirilir. Bu gün məktəbimizdə Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş "Sən elə bir zirvəsən" adlı elmi-nəzəri konfrans keçirilib.Tədbirdə YAP-ın Mingəçevir şəhər təşkilatının sədri B.Mustafayev, Təhsil Sektorunun metodisti A.Hacıyeva iştirak ediblər. Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarxlar nümayiş etdirilib, reqlamentə uyğun olaraq məruzələr dinlənilib.