27 sentyabr 2020-ci ildə başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz işğalda olan ərazilərimizi azad edərək tarixi Zəfər əldə etdi. Bildiyimiz kimi, 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb. Bəyanatın şərtlərinə əsasən 2020-ci il 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi, 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana qaytarıldı.28 il işğal altında olan Laçında ermənilər qanunsuz məskunlaşma siyasəti də aparmışlar. Beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılsa da xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə gətirilmiş və orada yerləşdirilmişlər.Məlum olduğu kimi, 28 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edib.Dövlətimizin başçısı qəbul zamanı çıxış edərək 28 il işğal altında qalmış Laçın rayonuda bütün infrastruktur Ermənistan tərəfindən məhv edildiyindən, ətraf mühitə böyük ziyan vurulduğundan bəhs etmiş, rayonunda aparılan irimiqyaslı quruculuq işləri ilə bağlı geniş məlumat vermiş, qarşıda duran vəzifələr, görüləcək işlər barədə tapşırıq və tövsiyyələrini vermişdir.Dövlət başçımız Laçın rayonunun işgal edilməsi səbəblərinindən bəhs edərək, Şuşanın işğalından bir neçə gün sonra Laçın rayonun da işğal edilməsini ölkəmiz və laçınlılar üçün böyük faciə olduğunu, bunun AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti olduğunu haqqlı olaraq bildirdi.
“AXC-Müsavat cütlüyü hakimiyyəti istənilən yollarla zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi”. Bu yaxın tariximizdəki acı həqiqətləri bir daha diqqətə çatdıran cənab İlham Əliyev bildirdi ki, AXC-Müsavat xəyanətkar cütlüyü Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etmiş və bu, daha böyük faciələrə yol açmışdı. Dövlət başçımızın da qeyd etdiyi kimi 1993-cü ilin aprelində Kəlbəcər də işğal edilməsi Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas şərti olmuşdur.
Prezident İlham Əliyev çıxışında beynəlxalq vasitəçilər - ATƏT-in ovaxtkı Minsk qrupunun 30 ilə yaxın müddət ərzində yarıtmaz fəaliyyətindən, Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bir sıra qətnamələrdə Fransadan olan ermənipərəst, rüşvətxor deputatların oynadığı roldan ətraflı söhbət açdı.Ölkə başçısı qətiyyətlə bəyan etdi ki, heç kim Azərbaycanla ultimatum dili ilə danışa bilməz.Dövlətimzin başçısı Laçın rayonuna xüsusi nümayəndə təyin etdiyi Məsim Məmmədova öz tapşırıq və tövsiyyələrini verərək bildirdi ki, artıq dərhal işə başlayıb, bütün bu işlərə rəhbərlik etməli, Laçın rayonunun gələcək inkişafı ilə bağlı, iş yerlərinin yaradılması ilə bağlı, vətəndaşların rahat yaşaması ilə bağlı konkret əlavə təkliflər verməlidir. Eyni zamanda, Prezident cənab İlham Əliyev qeyd etdi ki, Laçın rayonunda ətraf mühitin qorunması birinci vəzifə olmalıdır.Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir. Rayonun çox böyük potensialı var, deyə qeyd edən Prezident İlham Əliyev bildirdi ki, Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşamalıdırlar və Azərbaycan dövləti bunu təmin edəcək.Dövlət başçımızın da qeyd etdiyi kimi, Laçın şəhərinin memarlıq üslubu göz oxşayır. Laçın nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək.
Sahib Şükürov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri