PDF Oxu

Siyasət

  • 2 280

Ərazi partiya təşkilatında hesabat-seçki iclası keçirilib FOTOLAR

Ərazi partiya təşkilatında hesabat-seçki iclası keçirilib FOTOLAR

YAP Yasamal rayonu “Mətbuat pr.529-cu məhəllə” (“Azərbaycan Nəşriyyatı” MMC) ünvanı üzrə ərazi partiya təşkilatında hesabat-seçki iclası keçirilib. İclasda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Nəşriyyatı” MMC-nin sədri Leyla Güləliyeva və ərazi üzrə Partiyanın üzvləri iştirak edib.

İclasda ilk öncə müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclas iştirakçılarını salamlayaraq giriş sözü ilə çıxış edən Azərbaycan Nəşriyyatı” MMC-nin sədri Leyla Güləliyeva partiyanın yaranma tarixindən, partiyanın qurucusu ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın bu gün gördüyü işlərdən, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafına verdiyi töhfələrdən danışıb. Ötən dövrlər ərzində görülən işlər barədə məlumat verib.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qeyd edib ki, ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında mühüm rol oynayıb. İclas iştirakçılarının diqqətinə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi müdrik daxili və xarici siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, Ali Baş Komandanın rəhbərliyi altında qısa zaman ərzində ərazi bütövlüyümüzün bərpası iqtisadiyyatımızın davamlı inkişafı üçün yeni imkan və perspektivlər açır. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işləri, infrastruktur layihələrinin icrası uğurla davam etdirilir Çıxışının sonunda B.Nəbiyev ərazi üzrə üzvlərinin Partiyanın ictimai-siyasi həyatında aktiv olmağa çağırıb.

Daha sonra hesabat səsə qoyulub və yekdilliklə qəbul edilib. İclasda YAP Yasamal rayonu “Mətbuat pr.529 -cu məhəllə” (“Azərbaycan Nəşriyyatı” MMC) ünvanlı ərazi partiya təşkilatına yeni sədr və müavinin seçilməsi məsələsinə baxılıb. Ərazi partiya təşkilatının sədri vəzifəsinə Anar Qədirov, sədr müavini vəzifəsinə isə Elnarə Səmədova namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində Anar Qədirov ərazi partiya təşkilatının sədri, Elnarə Səmədova isə sədr müavini seçilib.

Digər xəbərlər