PDF Oxu

Siyasət

  • 3 717

Aleksey Fenenko: Bakının ağıllı siyasəti işləyir, İrəvanın təxribatları nəticə vermir - ŞƏRH

image

Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Aleksey Fenenko “Moskva-Baku” portalına müsahibəsində, İrəvanın təxribatlarına baxmayaraq Bakı Ermənistan-Azərbaycan münaqişəsi ətrafında yaranmış situasiyanın qalibi olacaq. Politoloqun fikirlərini oxucularımıza təqdim edirik.

- Ermənistanın üçtərəfli bəyanatların icrasına mane olduğu bir şəraitdə Azərbaycanın hazırda həyata keçirdiyi siyasəti necə xarakterizə edə bilərsiniz?

- Azərbaycan səbr taktikasını seçib. O, hər şeyin necə bitəcəyini gözləyir və nəhayət, Ermənistan danışıqları pozarsa, o zaman Bakının əli sərbəst olacaq. Çünki Azərbaycanın səbri bizə göstərməyə imkan verir ki, bu gün danışıqların rəqibi məhz İrəvandır.

Gördüyümüz odur ki, Ermənistan təxribat törədir, Azərbaycan ehtiyatla, uyğun pərdə ilə reaksiya verir və başqa şeylərdir. Bunu hər yerdə görə bilərsiniz. Ermənistan Zəngəzur dəhlizini açmaq istəmir. Azərbaycan isə öz tərəfindən dəhliz saxlayır. Və dəhlizin hələ də qalacağını bəyan edir. Əlavə olaraq, hər ehtimala qarşı İran üzərindən alternativ dəhliz tikir.

Məsələn, ötən il Ermənistan əvvəllər işğal etdiyi Laçın şəhərini Azərbaycana qaytarmaq istəməyib. Azərbaycan Laçın öz nəzarətinə qayıtsın deyə tez bir zamanda Ermənistan tərəfi üçün alternativ yol çəkdi.

Başqa bir misal: Ermənistan daha ağıllı olduğunu düşünərək deyir: Qoy Bakı özü Qarabağ erməniləri ilə danışıqlar aparsın ki, bunlar status danışıqları olsun. Amma Azərbaycan Qarabağın erməni əhalisi ilə Azərbaycana inteqrasiya ilə bağlı danışıqlar aparır, onları Bakıya dəvət edir.

Ermənistan tərəfi Laçın dəhlizi ilə hərbi yükləri, hərbi qulluqçuları daşıyır. Azərbaycan buna cavab olaraq nə etdi? Bəli, sadəcə dəhlizi bağladı. Və çatdırılmalar dayandı. Bir neçə ay keçir və erməni tərəfi eyni şeyi Laçın dəhlizi ətrafında aparmağa başlayır. Azərbaycan burada yollara, yüksəkliklərə nəzarət edir.

Aydındır ki, Ermənistanı günahsız qurban saymaq istəyənlərlə heç nə etmək olmaz. Hələ də tərəddüd vəziyyətində olanlar, razılaşmaların pozulmasının həqiqətən də əsas tərəfdarının kim olduğunu çox gözəl görürlər.

Azərbaycan Ermənistanın təxribatlarına diqqətlə reaksiya verir. Burada əsas söz “diqqətlə”dir. Hələlik Azərbaycan İrəvanın təxribatlarına genişmiqyaslı cavab verməyə hazırlaşmır. Amma nəzərə alsaq ki, Ermənistan tərəfi getdikcə aqressivliyini artırır, mən istisna etmirəm ki, Azərbaycandan daha sərt addımlar gözlənilə bilər.

Azərbaycan Ermənistanın üçtərəfli bəyanata yenidən baxmaq cəhdlərinə və cavab manevrlərinə qarşı çıxır. Eyni zamanda, Ermənistanın vəziyyəti təkrarlamaq üçün heç bir resursu yoxdur. Amma Ermənistan hələ də nəyəsə ümid edir. Amma Bakının ağıllı siyasəti işləyir.

Ermənistan yenidən təxribata getmək qərarına gəlib və bu, ağıllı deyil. Əgər Ermənistanın informasiya təbliğatı siyasəti İrəvana kömək edirsə, bu, yalnız bir müddət ola bilər.

İrəvan Bakı ilə erməni separatçıları arasında danışıqların getməsi ideyasını fəal şəkildə təbliğ edirdi. Rəsmi Bakı bu mövqeni öz xeyrinə üstələyib: o, Qarabağın erməni icması ilə, Qarabağın erməni əhalisi arasında olan sadə insanlarla danışıqlara başladı və onlarla dialoq mümkün oldu. Beləliklə, rəsmi Bakı obyektiv olaraq Ermənistanın ayaqları altından yer sökür. Axı Ermənistan rəhbərliyinin əsas tezisi ondan ibarətdir ki, Azərbaycan qayıtsa, “erməni soyqırımı” olacaq.

Azərbaycan deyir və mən əminəm ki, bu, praktiki olaraq sübut edəcək ki, Bakı Azərbaycan Konstitusiyası çərçivəsində Qarabağ ermənilərinə Azərbaycan vətəndaşları kimi normal yaşayış, yaşayış şəraiti, qalanlarla bərabər təminat verir. Bəs onlar İrəvandan nə ala bilərlər? Yalnız yeni bir müharibə. Onların buna ehtiyacı varmı?

Azərbaycan güclü mövqelərdən çıxış etməkdə davam edir. Bir neçə cəbhədə manevr etməkdə və mövqelərini möhkəmləndirməkdə davam edir. Birincisi, məncə, ermənilərlə dialoqdur. Bu, münasibətlərin qurulmasının mümkün olduğunu göstərir. İkincisi- danışıqların pozulmasının əsl günahkarının kim olduğunu, daha doğrusu Ermənistanı göstərir. Üçüncüsü, Azərbaycan konkret iqtisadi layihələr təklif edir, Ermənistan isə ancaq hay-küy salır, danışıqları pozur.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan nizamlanmasında indiki vəziyyətdə regionda Rusiya və Türkiyə faktorları son dərəcə əhəmiyyətli olmaqda davam edir. Onlara göz yummaq olmaz. Ermənistan ayıq mövqedən çıxış etsəydi, Türkiyənin NATO-nun üzvü, güclü ordusu olan dövlət olduğunu xatırlayardı. Çətin ki, bunu nəzərə alan ABŞ və Avropa ölkələri NATO üçün əhəmiyyətini nəzərə alaraq, Ermənistanın xətrinə Türkiyə ilə ciddi çəkişmələrini davam etdirəcəklər. Bir az səs-küy yarada bilərlər. Amma Türkiyə ilə ciddi münaqişəyə girməyəcəklər. Qərb Ermənistan naminə Türkiyə ilə münaqişəyə girməyəcək.

Yeni müharibə başlasa, Azərbaycan yenə qalib gələcək. Azərbaycan sabah olmasa da istənilən halda qalan ərazilərini qaytaracaq. İş sadəcə olaraq bitəcək, etdiyi hərəkətlərlə Ermənistan nəhayət Rusiyanı özündən döndərəcək, Ermənistanda radikallar hakimiyyətə gələcək və Rusiya bazasının ölkədən çıxarılmasını tələb edəcəklər. Ermənistan Qərb kartı ilə necə oynasa da, Azərbaycan öz ərazilərini qaytaracaq.

Əminəm ki, Azərbaycan Qarabağın qalan hissəs məsələsində Rusiya ilə razılaşa biləcək. Əvvəla, ona görə ki, Ermənistan rəhbərliyi bu gün Rusiyaya qarşı o qədər ədəbsiz davranır ki, bu, Azərbaycana Moskva ilə danışıqlar aparmaq üçün yaxşı şans verir. Bundan əlavə, Azərbaycan bu gün Rusiya üçün xüsusi əhəmiyyət kəsb edir. Axı bizim çoxqütblü dünyanın inkişafı çərçivəsində fəaliyyət göstərən mühüm strateji layihələrimiz var.

Bir neçə gün əvvəl Ermənistan BCM-nin üstünlüyünü tanıdı. O cümlədən Rusiya liderinin həbsi üçün orderi. Ermənistan hesab edir ki, Qərb ona bunun üçün çox böyük əvəz ödəyəcək. İrəvanın yeganə ümidi odur ki, Qərb Ermənistanı qarşıdurmada dəstəkləyəcək və s. Mənim buna böyük şübhəm var. Ancaq ermənilər buna ümid edirlər.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər