Rusiya Ukrayna müharibəsi imperiya iddialarının, həm də separatizmin necə qorxulu olduğunu ortaya qoydu. Bu gün Rusiyanın dəstəklədiyi Donbas və Luqanskdakı separatizm, İspaniyanın Kataloniya bölgəsində baş vermiş proseslər Avropada separatizmə qarşı münasibəti kəskinləşdirib. Separatizmin necə qorxulu, dağıdıcı proses olduğunu dünya zaman keçdikcə dərk etməkdədir.
Təəssüf ki, belə kəskin münasibət Xankəndidəki separatçılara göstərilmir. Əksinə, bu ermənilərə bir çox məkrli qüvvələr qucaq açır. Mənim qənaətimcə, biz bu istiqamətdə diplomatik fəaliyyətimizi genişləndirməliyik.
Məlum məsələdir ki, keçmiş sovet məkanında separatizmin uzun illərdir ki, ilhamverici qüvvəsi Rusiya olub. 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatının tələbləri Qarabağda müvəqqəti yerləşdirilmiş rus sülhməramlıları tərəfindən yerinə yetirmədiyi göz qabağındadır. Qanunsuz silahlı dəstələrin tərksilah edilməməsi, sepatizmə dəstək verən qüvvələrin əlinin Xankəndidən kəsilməməsi orada olan erməni vətəndaşların Azərbaycana reinteqrasiya olunmasında ciddi əngəldir.
Qarabağdakı separatçı qurumun rəhbərləri oradakı insanları müharibəyə səsləyir. Bölgəni yenidən müharibə meydanına çevirmək istəyən həmin araiklər, vardanyanlar, bir sözlə Azərbaycan qanunlarını tanımayanlar ya Qarabağı tərk etməlidir. Əks təqdirdə, onlar həbs olunmalı və onun həbsi ilə bağlı beynəlxalq arenada geniş izahat işi aparılmalıdır. Azərbaycan bayrağı altında yaşamaq istəyən ermənilərlə bağlı iş daha da intensivləşməlidir.
Burada Vətəndaş Cəmiyyəti İnstitutlarının, medianın, telekanalları fəaliyyəti sistemləşməlidir. Əlqərəz informasiya müharibəsində uğur qazanmaq üçün bir addım öndə olmalıyıq. Bütün bu proseslər Azərbaycan Müdafiə Nazirliyinin Qarabağda həyata keçirdiyi əməliyyatlarla paralel aparılmalıdır
Əkrəm Bəydəmirli
Əksər amerikalılar buna inanır. Amerika Birləşmiş Ştatları Prezidentindən narazılıq Respublikaçılara zərbə vura bilər...