XX əsrin tarixinə nəzər salsaq görərik ki, müstəqilliyin bünövrəsi o vaxtdan başlanmışdır. Ulu öndər Heydər Əliyev 1969-cu ildə respublikanın siyasi rəhbərliyinə gələndə Azərbaycanın taleyi yaxşıya doğru dəyişdi. 1969-1982 illər Azərbaycan istər sosial-iqtisadi, istərsə də ictimai-mədəni sahələrdə güclü inkişaf yolu keçməyə başladı. Elə həmin dövrdə demokratik idarəetmənin ilk rusşeymləri yarandı.
Sovet dönəmində azərbaycan kadrları demək olar ki, cox az idi, SSRİ-in ən nüfuzlu ali məktəblərində azərbaycan gənclərinin təhsil almasının da şansı yox idi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi azərbaycan gənclərinin gələcəyinə işıq saçdı. 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyevin sayəsində Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 170 dən çox ən nüfuzlu ali məktəblərində tibb, xalq təsərrüfatı, elm, təhsil, incəsənət və mədəniyyət sahələrini əhatə edən və ehtiyac duyulan ixtisas üzrə 15 000 artıq azərbaycanlı gənci ali təhsil almışdır. Hərbi milli kadrların hazırlanması da, ulu öndər Heydər Əliyevin diqqətindən kənarda qalmadı. Azərbaycan gəncləri sistemli şəkildə SSRİ-nin ali hərbi məktəblərinə göndərildi. 1970-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb yaradılmasını da xüsusi vurğulamaq lazımdır. C.Naxçıvanski adına hərbi məktəbin yaradılması Azərbaycanda hərbi məktəblərlərin inkişafına sonrakı dövrlərdə də mühüm rol oynadı. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universiteti yaradılıb. Həmçinin, Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Heydər Əliyev adına hərbi litsey, Cəmşid Naxçıvanski adına hərbi litsey və Tibb Universitetinin Hərbi Tibb Fakültəsi də Milli Müdafiə Universitetinin adı altında fəaliyyət göstərəcəklər.
Qürur hissi ilə demək olar ki, bu gün müstəqil Azərbaycanın milli ordusuna rəhbərlik edən zabitlərin əksəriyyəti məhz ulu öndər Heydər Əliyevin o illərdə təhsil almağa göndərilən gənclərdir.
Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldiyi gündən ölkədə ilk olaraq daxilində ictimai-siyasi əsayişi bərpa etdi. Hərbi qanunları əsasında ordu yaradılmasına başladı, atəşkəsi bərpası üçün məsələləri həll etdi, hər tərəfli inkişaf proqramı hazırladı və həyata keçirtdi. 1995-ci ildə ümummilli lider Heydər Əliyevin göstərişi və tövsiyəsi ilə məharət qabiliyyətli və xüsusi bacarığı olan hərbi biliyə yiyələnmək istəyən vətənpərvər gənclərin sərhəd qoşunlarında kadrların hazırlanması məqsədi ilə xüsusi kurslar açıldı. Həmin kursların müdavimləri uğurla öz peşə bacarıqlarını və xüsusi ixtisaslarını təkmiləşdirərək sərhəd qoşunların inkişafında dəniz və quru sərhədlərini, habelə hava sərhədlərinin qorunmasında, etibarlı mühafisəsində fasiləsiz olaraq həyata keçirmişlər. Bu illər ərzində sərhəd qoşunları qarşısında duran mühüm tapşırıqların yerinə yetirilməsində bir sıra uğurlu nəticələr və naliyyətlər əldə olunmuşdur. Sərhəd qoşunlarının yaranmasında ulu öndərin, Respublikanın dahi memarı, ideaları ölməz, bəşəri prinsiplərlə xalqına dəyərli olan ulu öndər Heydər Əliyevin rolu əvəzsizdir.
İkinci dəfə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra da milli ordunun yaranması ən vacıb məsələyə çevrilmişdir. 1991-ci ildə Müdafiə Nazirliyinin yaranması barədə qərar qəbul edilməsinə baxmayaraq ordu quruculuğuna yalnız 1993-cü ildə başlamaq mümkün olub və silahlı qüvvələr dövlətin tam nəzarətinə keçir. Qisa müddətdə, 1994 –cü ilin ilk aylarında cəbhə boyu irimiqyaslı hücum əməliyyatları başlanır. Azərbaycan əsgərlərin qəhramanlığını görən düşmən atəşkəsə razılıq verir. Ulu öndər Heydər Əliyev 1999-cu ilin yanvarın 20-də Hərbi Akademiya yaradılması barədə fərman imzalayır. O zaman Azərbaycan nizami orduya malik deyildir. Buna görə də Qarabağda gedən döyüşlərdə vəziyyəti nəzarətə almaq çətin idi. Peşəkar ordu quruculuğunun əsası 1993-cü ildə qoyuldu və ordu quruculuğuna elmi prinsiplə yanaşıldı, orduda siyasiləşməyə son qoyuldu. 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə 9 oktyabr Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. 22 may 1998-ci il tarixli ulu öndər Heydər Əliyevin Fərmanına əsasən 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edilmişdir. Hər ildə bu gün ölkəmizin hər yerində qeyd edilir. Azərbaycan Milli ordusu bu gün Qafqazda ən müasir ordu hesab edilir. Azərbaycanın Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlardan ibarətdir. Bu gün ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün bütün imkanlardan istifadə olunur. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Milli Ordumuz bugünkü qələbəmizin təminatçısıdır.
Uğurlu hərbi əməliyyatlar nəticəsində müzəffər Ordumuz Vətən torpaqlarımızı işğaldan azad etdi. Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edildi, düşmən böyük itkilər verdi istər canlı qüvvə, istərsə də texnika sarıdan. Məğlubiyyətilə barışa bilməyən düşmən cəbhə xəttindən uzaqda yerləşən qədim Gəncə, strateji obyektlər yerləşən Mingəçevir və Yevlax (Bakı-Tbilisi-Ceyhan neft kəməri) şəhərlərini, Beyləqan, Bərdə, Qəbələ, Xızı və başqa rayonlarının yaşayış obyektləri artilleriya və ballistik raketlərlə atəşə tutmağa başladılar.
Ön cəbhədə əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız bir yumruq kimi birlik nümayiş etdirərək düşmənə zərbələr endirmişdir. 44 gün sürən müharibədə müzəffər Azərbaycan Ordumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini işğaldan azad etmişdir.
44 gün ərzində müntəzəm sürətdə təzyiqlər, təhdidlərin olmasına baxmayaraq Azərbaycan zəfər çaldı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bununla tarixi ədaləti bərpa etdi, Ermənistanın işğalçılıq siyasətinə son qoydu. Azərbaycan xalqı hər zaman Ali Baş Komandanın yanında olub, yanındadır və olacaqdır. Cənab Prezidentimizin ətrafında hər zaman sıx birləşməyimizi və bizə, öz xalqına hər zaman arxalanacağını 44 günlük mübarizə və Zəfərlə sübut etdik. Biz bu qələbəni şəhidlərimizin qanı-canı bahasına, qazi əsgər-zabit qardaşlarımızın sağlamlığı bahasına əldə etdik. Biz bu qələbəyə görə Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə, şəhidlərimizə, əsgərlərimizə, zabitlərimizə, qazilərimizə ömrümüzün sonuna qədər borcluyuq.
Yaşasın Milli Ordumuz! Yaşasın Azərbaycan xalqı!
Yaşasın Ali baş komandanımız İlham Əliyev!
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!
Ulu Öndər Heydər Əliyevin ruhu şad olsun!
Şəhla Xəlilova
Yasamal rayonu Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu üzrə
ərazi partiya təşkilatının sədri