PDF Oxu

Siyasət

  • 2 679

“Narkomaniyaya yox deyək!” FOTOLAR

“Narkomaniyaya yox deyək!” FOTOLAR

Mart ayının 6-da Şuşa rayon Quşçular kənd tam orta məktəbində Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının 6 nömrəli ərazi partiya təşkilatının təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib. Tədbirdə Şuşa rayon polis bölməsinin əməkdaşları, Şuşa rayon Quşçular kənd tam orta məktəbinin müəllim, şagird kollektivi və partiya üzvləri iştirak ediblər. Çıxışlar zamanı narkomaniyaya qarşı mübarizədə dövlətin həyata keçirdiyi tədbirlər haqqında məlumat verilib. Narkomaniyanın bir xəstəlik olduğu və bununla mübarizədə maarifləndirmənin əhəmiyyəti diqqətə çatdırılıb. Bu problemin həllində əsas addımlardan birinin yeniyetmə və gənclər arasında maarifləndirmə işinin genişləndirmək olduğu vurğulanıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər