PDF Oxu

Siyasət

  • 3 300

"Heydər Əliyev və Azərbaycan səhiyyəsi" FOTOLAR

"Heydər Əliyev və Azərbaycan səhiyyəsi" FOTOLAR

Martın ayının 6-da “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının 24 nömrəli ərazi partiya təşkilatının təşkilatçılığı ilə Şuşa Rayon Mərkəzi Xəstəxanasında "Heydər Əliyev və Azərbaycan səhiyyəsi" mövzusunda tədbir keçirilib.

Ərazi partiya təşkilatının sədri Kəmalə Səfərova çıxış edərək bildirib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinə nəzər saldıqda Heydər Əliyevin uğurlu siyasətinin, onun misilsiz xidmətlərinin şahidi oluruq. Onun ölkəmizə rəhbərlik etdiyi illər milli oyanış, tərəqqi, müstəqil dövlət quruculuğu dövrü kimi tariximizin yaddaşına həkk olunub. O, həmçinin qeyd edib ki, Azərbaycan səhiyyəsi, Azərbaycan tibb elmi və tibb təhsili sistemi XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində 35 ilə yaxın bir dövrdə bilavasitə Heydər Əliyevin himayəsində olub, onun rəhbərliyi altında inkişaf edib, onun sayəsində indiki yüksək səviyyəyə çatıb.

Daha sonra çıxış edənlər qeyd ediblər ki,Xalqımıza böyük məhəbbətlə, sədaqətlə xidmət edən Ulu Öndərin amallarına sadiq olan müasir Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır. Cənab İlham Əliyevin rəhbərliyi altında bu gün ölkəmizdə həyata keçirilən Dövlət Proqramları, genişmiqyaslı tədbirlər xəstəliklərin proqfilaktikasına, əhalinin sağlamlığının qorunmasına, xalqımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Yeni tikilən, əsaslı təmir olunan, ən müasir avadanlıqlarla təchiz edilən tibb mərkəzləri, tibb işçilərinin təkmilləşməsinə verilən diqqət Azərbaycan dövlətinin və Azərbaycan Prezidentinin əhalinin səhhətinin qorunmasına, gələcək nəsillərin sağlamlığına göstərdiyi qayğının parlaq təzahürüdür.

Digər xəbərlər