PDF Oxu

Siyasət

  • 3 772

Qusarda "Heydər Əliyev ili"nə həsr olunmuş tədbir keçirilib FOTOLAR

Qusarda "Heydər Əliyev ili"nə həsr olunmuş tədbir keçirilib FOTOLAR

YAP Qusar rayon təşkilatı "Heydər Əliyev ili" ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Tədbirlər Planına uyğun olaraq "Mədəniyyətə bağlı ömür" adlı tədbir keçirib. Mədəniyyət işçiləri ərazı partiyası təşkilatında təşkil olunan tədbirdə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması zamanı həyatlarını itirmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə giriş sözü ilə çıxış üdən YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov Ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərini qeyd etdi. Sonra bu gün Prezident İlham Əliyevin və Heydər Əliyev fondunun Prezidenti Mehriban xanım Əliyevanın mədəniyyətə göstərdiyi diqqət və qayğı haqqında danışıldı. Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin mədəniyyətin ayrı-ayrı sahələrinin inkişafı istiqamətində gördüyü işlər haqqında məlumat verdi.Tədbir mədəniyyət işçiləri tərəfindən Ümummilli liderin ən çox sevdiyi mahnıların ifası ilə başa çatdı

Digər xəbərlər