PDF Oxu

Siyasət

  • 3 254

"Şəhidlər unudulmaz" FOTOLAR

"Şəhidlər unudulmaz" FOTOLAR

Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının 37 nömrəli ərazi partiya təşkilatının və Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Şuşa rayon Mədəniyyət evinin birgə təşkilatçılığı ilə Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta məktəbdə 2016-cı il aprel döyüşlərinə həsr olunan "Şəhidlər unudulmaz"adlı tədbir keçirilib.Öncə Dövlətimizin ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu birdəqiqəlik ehtiram sükutu ilə yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Şuşa rayon Mədəniyyət evinin direktoru Rüstəm Əliyev çıxış edərək bilirib ki,müdrik və qətiyyətli Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılmış Aprel zəfəri Azərbaycan dövlətinin və Azərbaycan Ordusunun şanlı qələbəsidir. Bu qələbə ordumuzun gücünü, dövlətimizin qüdrətini və xalqımızın həmrəyliyini göstərdi.Aprel zəfəri 44 günülük Vətən müharibəsində qazanılan şanlı qələbənin ilk addımları oldu.Daha sonra çıxış edənlər qeyd ediblər ki,bu böyük uğurlara Ali Baş Komandanın siyasi və hərbi bacarığı, ölkəmizin iqtisadi gücü, respublikamızda hökm sürən daxili sabitlik və ən başlıcası isə xalqın öz liderinə olan sonsuz inamı və məhəbbəti nəticəsində nail olundu. Hələ bundan sonra Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bizi qarşıda yeni-yeni uğurlar və zəfərlər gözləyir.

Sonda Aprel döyüşlərinə həsr olunan videoçarx nümayiş etdirilib.

Digər xəbərlər