“Diplomatik fəaliyyət barədə Vyana konvensiyasının 1961-ci ildə qəbul edilmiş konvensiyasının 9-cu maddəsi bu və ya digər dövlət diplomatik nümayəndəliyinin tərkibində fəaliyyət göstərən və bu zaman əməlləri diplomatiya müstəvisindən kənara çıxmaqla kəşfiyyat, diversiya, təxribat və səciyyə daşıyan səfirlik əməkdaşlarının fəaliyyət göstərdikləri dövlət ərazisindən təxliyə olunmasına icazə verir. Belə şəxslər adətən persona non qrata elan olunurlar”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq Elşən Manafov deyib.
Onun sözlərinə görə, Azərbaycanın xüsusi xidmət orqanları İran səfirliyinin təxliyyəsi dövlətimiz tərəfindən tələb olunan şəxslərinin hərəkətlərində yuxarıda sadaladığımız amilləri müəyyənləşdiriblər: “Amma "persona-non-qrata" prinsipinə dövlətlər diplomatik jest uslubunda da müraciət edirlər və adətən bu addım adekvat və ya xəbərdarlıq ampluasında atılır. Məsələn, keçən il Türkiyə prezidenti Xarici İşlər Nazirliyinə ABŞ və AB nin 10 -a qədər ölkəsinin səfirliklər heyətinin təxliyə edilməsi ilə bağlı tapşırıq vermişdir. İstisna etmirəm ki, bizim bu addımımızdan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarından biri və ya bir neçəsi rəsmi Tehran tərəfindən "persona-non-qrata" elan olunacaq. Münasibətlərimizin sonrakı davamına gəlincə isə Azərbaycan və İran dövlətləri arasında hələ 2015-ci ilin martında hücum etməmək barədə müqavilə imzalanmışdır, bununla yanaşı hər iki dövlət öz ərazisindən üçüncü bir tərəfə müqaviləni imzalayan dövlətlərin ərazisindən zərbələrin endirilməsinə yol verməyəcəkləri barədə öhdəliklər götürüblər. Düşünürük ki, İran və Azərbaycan dövlətləri arasında gərginliyin artması üçün ardıcıl, məqsədəyönümlü və planlı şəkildə fəaliyyət göstərən qlobal və regional güc mərkəzləri var, hər iki ölkənin mətbuatında cəmiyyətlərlərimiz və xalqlarımız arasında nifaq toxumu səpən, etimadsızlıq sindromu yaratmaq istiqamətində fəalliyət göstərən, bu məqsədlə xaricdəki havadarları tərəfindən ciddi maliyyə dəstəyi, habelə ideoloji sifariş alan media qurumları var və İran, habelə Azərbaycanın Xarici işlər nazirliklərində bu ölkələrin səfirləri ilə keçirilən görüş zamanı bu məsələlər müzakirə obyekti olub, hadisələri qərəzli və sifarişli zəmində işıqlandıran media qurumlarının fəaliyyəti dövlətimiz arasında uzun müddət mövcud olan münasibətlərin səviyyəsinə adekvat olmadığı təəssüflə bəyan edilib, bu mənada regionda suyu bulandırıb, bulanıq suda balıq tutmaq sevdasında olanların məhz regiondan kənar, lakin onu öz nüfuz dairəsinə salmaq istəyənlərin olması şübhə doğurmur”.
GÜLYANƏ