Aprel ayının 7-də gənc YAP fəalları Ağcabədi rayonunun Heydər Əliyev Mərkəzində ekskursiyada olmuşlar. YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov və gənclərin bir qrupu əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə tər çiçək dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad etdilər. Sonra gənclər Ağcabədi rayon Heydər Əliyev mərkəzinə gələrək Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə təşkil edilmiş guşə və muzeyin eksponatlarlı ilə tanış olmuşlar. Heydər Əliyev mərkəzinin əməkdaşları ziyarətçiləri salamlayaraq onları eksponatlarla tanış etmiş, Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında tarixi xidmətləri barədə məlumat vermişlər.Gənclər Ulu Öndərin həyat və əmək fəaliyyətinin müxtəlif dövrlərini, xüsusən də onun Ağcabədi rayonuna səfərlərini əks etdirən eksponatlara maraqla baxmışlar.
Ziyarətin sonunda gənclər Heydər Əliyev mərkəzinin qarşısında xatirə şəkli çəkdirdilər.