PDF Oxu

Siyasət

  • 3 993

Yeni yubiley yaşın mübarək, “Yeni Azərbaycan” qəzeti! YUBİLEY TƏBRİKİ

Yeni yubiley yaşın mübarək, “Yeni Azərbaycan” qəzeti! YUBİLEY TƏBRİKİ

“Yeni Azərbaycan” qəzeti hər zaman olduğu kimi, bu gün də prinsipial, qətiyyətli mövqeyinə sadiq qalmaqda, habelə Azərbaycan dövlətinə, xalqımızın maraqlarına əzmkarlıqla xidmət etməklə cəmiyyətdəki yüksək nüfuzunu qoruyub-saxlayır

Ölkə mətbuatında özünəməxsus yeri və əhəmiyyətli rolu ilə seçilən “Yeni Azərbaycan” qəzetinin 30-cü ildönümüdür. Demokratiya və plüralizm dövrümüzdə oxucularının qarşısına hər dəfə yenilikləri ilə çıxan “Yeni Azərbaycan” qəzeti hazırkı yubiley yaşına qədər bir çox sınaqlardan və çətinliklərdən üzüağ, alnıaçıq çıxıb. Ölkəmizin siyasi-ictimai həyatında yalnız Yeni Azərbaycan Partiyasının deyil, bütövlükdə dövlətçiliyimizin mövqeyini ən yüksək səviyyədə təbliğ edən, həmçinin, onun müdafiəsində yaxından iştirak edən bu mətbu orqanı olaraq öz sözünü deyib, deyir və əlbəttə ki, deməkdə davam edəcək.

Ulu Öndər Heydər Əliyev ideologiyasını, o cümlədən, bu ideologiyanın Prezident İlham Əliyevin alternativsiz liderliyi altındakı davamını, inkişaf və tərəqqisini müxtəlif məqalələri ilə oxucu auditoriyasının diqqətinə çatdıran “Yeni Azərbaycan” qəzeti həm də Azərbaycanın müstəqillik tarixinin salnaməsinin canlı tarixi, canlı şahididir.

Hakim Yeni Azərbaycan Partiyasının siyasi xəttini ardıcıl şəkildə təbliğ etmiş, cəmiyyətin aktual problemlərini qətiyyətlə ictimai müzakirəyə çıxarmış, vətənpərvər ziyalıların, demokratik düşüncəli insanların, ictimai-siyasi xadimlərin, elm və mədəniyyət adamlarının ardıcıl dialoq platformasına çevrilmiş “Yeni Azərbaycan” qəzeti hər zaman olduğu kimi bu gün də prinsipial, qətiyyətli mövqeyinə sadiq qalmaqda, habelə Azərbaycan dövlətinə, xalqımızın maraqlarına əzmkarlıqla xidmət etməklə cəmiyyətdəki yüksək nüfuzunu qoruyub-saxlayır.

Beləliklə, hakim və ümumxalq partiyasının rəsmi orqanı kimi, “Yeni Azərbaycan” qəzeti respublikada demokratik cəmiyyət quruculuğuna, vətəndaş həmrəyliyinin güclənməsinə, siyasi mədəniyyətin inkişafına, milli-mənəvi dəyərlərin təbliğinə öz əhəmiyyətli töhfələrini verməkdədir və daim yeniləşən qəzet qarşısına qoyulan bütün məqsədlərinə doğru inamla addımlayır.

Bu münasibətlə biz də “SƏS” qəzeti olaraq həmkarlarımızı səmimi qəlbdən təbrik edir, “Yeni Azərbaycan” qəzetinin daha böyük uğurlara imza atmasını arzulayırıq. Yeni yubiley yaşın mübarək, “Yeni Azərbaycan” qəzeti!

"SƏS"

Digər xəbərlər