Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi münasibəti ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı YAP Şuşa rayon təşkilatının Tədbirlər Planına uyğun olaraq təşkilatın yerləşdiyi inzibatı binanın həyətində iməcilik keçirilib. İməcilikdə YAP Şuşa rayon təşkilatının və Şuşa Rayon Təhsil Sektorunun əməkdaşları iştirak ediblər. İməcilik zamanı ağacların gövdə ətrafları bellənib, qurumuş budaqları, xəzəllər təmizlənib, həmçinin digər yaşıllıq və abadlıq işləri görülüb.