PDF Oxu

Siyasət

  • 2 032

Tərtərdə ağacəkmə aksiyası keçirilib FOTOLAR

Tərtərdə ağacəkmə aksiyası keçirilib FOTOLAR

YAP Tərtər rayon təşkilatından bildirir ki, Ulu Öndər Heydər Əliyevin 100 illik yubleyi münasibəti ilə növbəti ağacəkmə aksiyası keçirilib. Tərtər rayon İcra Hakimiyyətinin, YAP Tərtər rayon təşkilatının və N saylı hərbi hissənin birgə təşkilatçılığı ilə hərbi hissənin ərazisində Ulu Öndər Heydər Əliyevin 100 illik yubleyi münasibətilə ağacəkmə aksiyası keçirilib. Aksiyada rayon icra hakimiyyətinin, YAP Tərtər rayon təşkilatının, rayon Təhsil Sektorunun, Gənclər və İdman İdarəsinin əməkdaşları, könüllülər və hərbi hissənin zabit və əsgərləri fəal iştirak ediblər. Ağacəkmə aksiyasında 600 ədəd müxtəlif növ ağac əkilib.

Aksiyanın keçirilməsində əsas məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.

Digər xəbərlər