“Hazırkı durumda İranla Azərbaycan arasında olan münasibətlər çox gərgin xarakter daşıyır və bunun əsas günahkarı İran dövlətidir. Azərbaycan ikinci Qarabağ müharibəsində öz beynəlxalq səviyyədə tanınmış torpaqlarını işğaldan azad etdikdən sonra İran ölkəmizə qarşı düşmənçilik münasibəti sərgiləməyə başladı”. Bunu “Səs” qəzetinə açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, sərhədlərimizdə hərbi təlimlərin keçirilməsi, Azərbaycan sərhədlərinə yaxın İran qırıcılarının uçuş icra etməsi, Naxçıvan ərazisindən yaxın hərbi təlimlərin icrası və eyni zamanda, Tehrandakı Azərbaycan səfirliyinə qarşı terror hücumu, millət vəkili Fazil Mustafaya qarşı olan terror hücumunda İran izlərinin olması və digər çoxsaylı faktları sadalaya bilərik: “ Eyni zamanda, İran və Ermənistan arasında çox yaxın əlaqələr nəzərə çarpır. Tehranla İrəvan şəhərinin qardaşlaşması, Qafanda İranın konsulluq açması, Təbrizdə Ermənistanın konsulluq açmaq niyyətləri və digər bu cür fəaliyyətlər Azərbaycan tərəfindən də haqlı olaraq narahatlığa səbəb olur. Azərbaycanın İsraildən səfirlikll açması da xarici siyasət strategiyamızın bir tərkib hissəsidir və heç vəclə üçüncü dövlətlə İrana qarşı yönəlməyib. Bu barədə dəfələrlə bəyanatlar səsləndirilib və Azərbaycanın son atdığı addım Azərbaycanda fəaliyyət göstərən İran səfirliyinin əməkdaşlarılarının, diplomatlarının "persona-non-qrata" elan olunması və onların 48 saat ərzində ölkəni tərk etmələri haqlı bir yanaşmadır. Bir müddət öncə Azərbaycanda olan İran səfirliyinə aid olan maşınlar vasitəsi ilə qeyri qanuni hərəkətlərin etməsi və bu haqda da məlumatların yayılması izlənildi və bu da onu deməyə əsas verir ki, Azərbaycanda olan İran səfirliyinin əməkdaşları pozuculuq fəaliyyəti ilə məşğul olurmuş və Azərbaycanın güclü xüsusi xidmət orqanları bu pozuculuq, destrukriv fəaliyyətin qarşısını qətiyyətlə almışlar. Azərbaycanın təhlükəsizliyinə, müstəqilliyinə və suverenliyinə qarşı istənilən məkirli addım atılacaqsa bunun qarşısı dərhal ciddi surətdə alınacaqdır və Azərbaycanın güclü dövlət olduğunu və Vətən müharibəsində qalib gəlmiş dövlət olduğunu hər bir müstəvidə göstərir və göstərəcək”.
GÜLYANƏ