PDF Oxu

Siyasət

  • 8 278

Vasili Koltaşov: Xaricdən idarə olunan erməni dövlətçiliyi çürük vəziyyətdədir - MÜSAHİBƏ

image

Yeni Cəmiyyət İnstitutunun direktoru, rusiyalı politoloq Vasili Koltaşov “Caliber” analitik mərkəzinə müsahibəsində Ermənistanın regionda yürütdüyü siyasəti, Qərb və Rusiya ilə oynadığı ikitərəfli oyunu şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ötən həftə Türkiyəyə səfərini regional təhlükəsizlik məsələlərinin həlli - Qarabağdakı vəziyyət, Türkiyə-Ermənistan münasibətləri, eləcə də Rusiya ilə Türkiyə arasında münasibətlərin möhkəmləndirilməsi baxımından necə qiymətləndirirsiniz? Bu sahələrdən hansında yaxın gələcəkdə irəliləyiş ola bilər?

- Lavrovun Türkiyəyə səfəri onu göstərir ki, Rusiya hələ də Qafqazda balanslı vəziyyətə və mövcud ziddiyyətləri aradan qaldırmağa çalışır. Görünür, Türkiyə də Qafqaz regionunun yenidən müharibənin episentrinə və Qərb dövlətlərinin birmənalı olaraq axtardığı gərginlik zonasına çevrilməməsində maraqlıdır. Ona görə də ən azı indiki mərhələdə regionda vəziyyətin nisbi sakitlik şəraitində qalacağına ümid var.

- Ermənistan rəhbərliyinin Rusiya Federasiyasına qarşı təxribat xarakterli bəyanatlarına, KTMT ətrafında yaranmış vəziyyətə, Ermənistanın Roma Əsasnaməsini qəbul etməsinə münasibətiniz necədir? Bunun İrəvan üçün sonu necə ola bilər?

- Ermənistan rəhbərliyinin Rusiyaya və KTMT-yə qarşı sərt bəyanatları, İrəvanın Roma Əsasnaməsini qəbul etməsi və sair onu göstərir ki, bu ölkə özünü Qərbin düşərgəsində oyunçu kimi göstərsə də, hələ də böyük şahmat oyununda yalnız kiçik bir fiqurdur. Erməni xalqı Rusiyaya qarşı yönəldilib və Paşinyan bunu təbliğ etmək üçün əlindən gələni edir. ER-də baş verənlər onunla bağlıdır ki, Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi, xüsusən də zəif təhsilli hissəsi, əslində, Paşinyan rejimi tərəfindən nəyə çəkildiyini anlamır və görməkdə dünyanı erməni mərkəzli şəkildə davam edir.

- Hansı geosiyasi şəraitdə Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasını mümkün hesab edərdiniz?

- Düşünmürəm ki, yaxın gələcəkdə Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasını gözləmək olar. Əgər ingilislər, amerikalılar və fransızlar bunda maraqlı olmadığı üçün Qafqaz regionunda gərginlik yaratmasa və bunu Rusiyaya qarşı yönəltməsələr. Digər tərəfdən, Paşinyan və komandası, deyəsən, Qarabağı “erməni muxtariyyəti” və ya “müstəqil respublika” kimi dəfn etmək qərarına gəliblər. Yəni, faktiki olaraq Azərbaycanın Qarabağı tamamilə alacağına əmin olublar. Təbii ki, bu plan erməni cəmiyyəti tərəfindən başa düşülməyəcəyi üçün ictimaiyyətə səslənmir. Hesab edirəm ki, bir müddət sonra Ermənistan əhalisinin diqqətini cəlb etmədən sülh haqqında saziş bağlamaq olar. İndi Paşinyan üçün ölkə daxilində vəziyyəti nəzarətdə saxlamaq və hakimiyyətini qorumaq vacibdir. Eyni zamanda, ekspert birliyi üçün sual olaraq qalır ki, nəyə görə Ermənistan əhalisi Paşinyanı 2020-ci ildə etdiklərinə görə hələ də parça-parça etməyib?

- Bəs siz necə düşünürsünüz – sizcə, niyə?

- Məncə, səbəb Ermənistan cəmiyyətinin və Ermənistan dövlətçiliyinin xaricdən idarə olunan tənəzzül vəziyyətində olmasıdır. Bunu nəzərə alaraq, Paşinyan özünü təhlükəsiz hiss edir, amma o qədər də təhlükəsiz deyil ki, Qarabağı “təslim edə” və sonra Bakı ilə sülh müqaviləsi bağlaya. Lakin heç bir şübhə yoxdur ki, istənilən halda Ermənistanın Azərbaycanla sülh sazişi bağlaması Qərb dövlətlərindən asılıdır. Onlar necə qərar verirlərsə, elə də olur.

- Son vaxtlar Ermənistanda ölkə iqtisadiyyatının guya yüksəlişdə olması ilə bağlı bəyanatlar tez-tez səslənir. Bu barədə nə düşünürsünüz və Ermənistan iqtisadiyyatı Qərbə tam üz tutacağı təqdirdə onun taleyi necə olacaq?

- Ermənistan iqtisadiyyatı Rusiya bazarından hədsiz dərəcədə asılıdır. Ermənistan iqtisadiyyatı üçün əlverişli rejim belə düşünülür ki, o, kifayət qədər balanslaşdırılmış vəziyyətdə qala bilsin, Avropa İttifaqından müəyyən güzəştlər, Qərbdən müəyyən subsidiyalar alaraq, Rusiya bazarının imkanlarından istifadə etməklə inkişaf etsin. Bu, Ermənistan iqtisadiyyatının əsas problemidir- yəni, onun ikitərəfli yönümlü olması. Əgər Rusiya Ermənistandan alışı kəssə, erməni mallarını, məsələn, Azərbaycan malları ilə əvəz etsə, Ermənistan Rusiyanın iqtisadi əməkdaşlıq etdiyi ölkə sayılmasa, bu, Ermənistan iqtisadiyyatı üçün ciddi problem olacaq. Paşinyan bunu anlayır, ona görə də, onun administrasiyası üçün de-fakto əsas düşmən Azərbaycan deyil, Rusiyadır. Eyni zamanda, Moskva ona münasibətlərin erməni tərəfinə görə korlandığını göstərməkdə maraqlı deyil. Baxmayaraq ki, Paşinyanın təbliğatı Rusiyanın Ermənistana daim müəyyən resurslar verməli, onun uğrunda mübarizə aparmalı və “Böyük Ermənistan” yaratmalı olan utilitar ölkə olması ideyasını yayır. Çünki erməni tərəfinin təbliğatına görə, Rusiyanın Ermənistandan başqa müttəfiqi yoxdur. Amma Ermənistan da Rusiyanın müttəfiqi deyil...

Digər tərəfdən, Ermənistanın Qərbə tam dönüşü də mümkündür, çünki Qərb Ermənistanı Qafqazda Rusiya faktoruna qarşı oynadır, onu daim Rusiyayönümlü kimi imitasiya edir, onun Rusiyadan incidiyini göstərir. Bütün ziddiyyətlər buradan qaynaqlanır. Amma mənə elə gəlir ki, Ermənistanın Qərbə tam dönüşü baş verən kimi, əslində hərbi, siyasi və ideoloji səviyyədə çoxdan baş vermiş Rusiya-Ermənistan münasibətləri kəsiləcək. Amma indi, Donbassda ağır döyüşlərin getdiyi bir vaxtda Moskvanın özü üçün yeni gərginlik ocağı yaratmaq sərfəli deyil. Qərb isə bundan istifadə edir, çəkinmədən Qafqazda yeni gərginlik ocaqları yaradır.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər