Mərakeş, Meksika və Serbiya səfirlikləri Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıblar.
SİA xəbər verir ki, müvafiq paylaşımlar diplomatik nümayəndəliklərin sosial şəbəkələrdəki səhifələrində edilib.
Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş yazıb: "Bayramınız mübarək! Qoy hər il rifah və sevinc gətirsin".
"Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edirik!", - Meksikanın Azərbaycandakı səfirliyinin mesajında deyilir.
Serbiyanın Azərbaycandakı səfirliyi də bütün müsəlmanlara firavanlıq və sevinc dolu bayram arzulayıb.
Ukrayna Krımı təcrid etməyə başlayıb...