Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal rayon İcra Hakimiyyəti və Yasamal rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə YAP Yasamal rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illk yubileyinə həsr olunmuş silsilə idman yarışlarının keçirilməsi ilə əlaqədar puşk atma iclası keçirilib. İclasda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, ərazi partiya təşkilatlarının sədrləri və Yasamal rayonunda yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin idman klublarının sədrləri iştrak edib.İclası giriş sözü ilə açan Yap Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev iştirakçıları salamlayaraq bildirib ki, idman yarışları ilə bağlı ilk iclas 4 aprel 2023-ci il tarixində olmuşdur. 2023-ci ilin aprel-may aylarında keçiriləcək idman yarışların mahiyyəti haqqında məlumat verilmişdir. Artıq bu gün isə komandalar yarışlarda iştirak etmək üçün iştirakçıların ərizələrini təqdim etmiş və puşk atma mərasimində iştirak etmək üçün Yap Yasamal rayon təşkilatına gəlmişlər. Bəxtiyar Nəbiyev qeyd etdi ki, İdman yarışlarının keçirilməsi, gənclərin bu sahədə aktivlik nümayiş etdirməsinin səbəbi əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hal-hazırda Cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətidir. Məhz buna görə də keçiriləcək silsilə idman yarışları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illk yubileyinə həsr olunur. Yarışlarda hər bir komandaya uğurlar arzu edən Yap Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış üçün sözü Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərova verdi.
Çıxış edən Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov qeyd etdi ki, 4 aprel 2023-cü il tarixində “Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illk yubileyinə həsr olunmuş silsilə idman yarışlarının keçirilməsi” ilə bağlı iclasda yarışların əsasnaməsinin iclas iştirakçılarına təqdim olunmuş və həmin əsasnamə birgə olaraq təsdiq edilmişdir. Yarışların keçiriləcəyi ilə bağlı mətbuat orqanlarında məlumatların dərc olunmuşdur. Daha sonra qeyd olundu ki, yarışlarda iştirak edəcək komandaların hər birinin ərizələri və iştirakçıların həkim arayışları artıq təqdim edilmişdir. Yarışların keçirilməsi nəzərdə tutulan təhsil müəssisələrinin idman zallarının ideal vəziyyətdə olması və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsində hər bir müəssisənin məsuliyyət daşıması iclas iştirakçılarının nəzərinə çatdırıldı. Bir məsələ də qeyd edildi ki, yarışların mükafatlandırma mərasimlərinin iki hissədə təşkil olunması və bu mərasimlərə məbuat orqanlarının dəvət olunması nəzərdə tutulur. Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov tərəfindən sonda hər bir komandaya uğurlar arzu edilib.
Sonra yarışlarda iştirak edəcək komandaların iclasda iştirak edən nümayəndələrinin iştirakı ilə puşkatma mərasimi keçirilib. İclasının sonunda isə iştirakçıların sualları cavablandırılıb, təkliflər dinlənilib.