PDF Oxu

Siyasət

  • 1 945

11 apreldən başlanan zəfər yolu TƏHLİL

11 apreldən başlanan zəfər yolu TƏHLİL

Xalq sözü imzası qədər dəyərli olan Liderə səs verməkdə yanılmayıb

Bu gün çox mühüm bir siyasi hadisələrin astanasındayıq. Dünyanın templi ictimai-siyasi həyatı xalqımız və dövlətçiliyimiz üçün böyük əhəmiyyət kəsb edən tarixi hadisə - 2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkilərində Prezident İlham Əliyevin dördüncü dəfə xalqın etimadını qazanaraq yüksək səs çoxluğu ilə ölkənin ən ali kürsüsünə yenidən seçildiyinin 5-ci ili olur. Dövlət başçısı bu beş il ərzində verdiyi vədləri yerinə yetirib. Prezident İlham Əliyev “Bizim sözümüz imzamız qədər keçərlidir” ifadəsini əbəs yerə səsləndirməyib. Məhz sözü imzası qədər keçərli olan və 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərində 86,03 faiz səs toplayan cənab İlham Əliyevi xalqımız yenidən Azərbaycan Respublikasının Prezidenti postunda görmək istədi. Çünki hər bir xalqın dünyada tanınmasında, uğurlar əldə etməsində və təbii ki, dünyada cərəyan edən qlobal proseslərin öndə gedənlərinə çevrilməsində liderlərin xüsusi əhəmiyyəti mövcuddur. Azərbaycanın inkişaf və tərəqqi, eləcə də xalqın rifahı faktorunda İlham Əliyev LİDERLİYİ amili mövcuddur. Artıq 19 ildir ki, Azərbaycan xalqının etimadı əsasında ölkəyə rəhbərlik edən Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi kursunu şaxələndirərək, uğurla reallaşdırması nəticəsində perspektiv baxımdan əhəmiyyətli nəticələrin əldə olunmasında öz uğurlu sözünü deyir. Məhz Prezident İlham Əliyevin son illər ərzində həyata keçirdiyi sosial-iqtisadi və siyasi islahatlar müasir Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirib, regional gücünü və qlobal əhəmiyyətini kifayət qədər artırmış olub. Həmçinin, cənab Prezidentin həyata keçirdiyi siyasətin uğurlarını xalqımız görür və yüksək qiymətləndirir. Ona görə də, ümumxalq partiyası olan YAP özünün VI qurultayında cənab İlham Əliyevin prezidentliyə namizədliyini rəsmi şəkildə irəli sürməklə xalqın mövqeyini ifadə etdi. Əslində, bu seçim həm də o demək idi ki, xalqımız cənab İlham Əliyevə səs verərkən Ümummilli Lider Heydər Əliyev siyasətinə yenidən səs vermiş oldu. Və bu gün tarixin, dövlətin və millətin xilaskarlıq missiyasını yerinə yetirən ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, sözü imzası qədər dəyərli olan Qalib Sərkərdə, Prezident İlham Əliyev son 19 ildə müstəqil Azərbaycanı davamlı və dinamik inkişaf yolunda irəliyə aparır. Həmçinin, zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”,-qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 19 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. «Əsl siyasət konkret, real iş görməkdən ibarətdir» deyən Prezident İlham Əliyevin 19 il öncə söylədiyi «Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm» fikirləri ilə real məzmun kəsb etməyə başladı. Bu mərhələnin başlanğıc nöqtəsi 2003-cü il 15 oktyabr tarixli prezident seçkilərində cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini toplayaraq (76,86 %) dövlətin ali rəhbəri seçilməsi ilə qoyuldu. Və Prezidentliyinin ilk 5 ili ərzində cənab İlham Əliyevin dövlətçiliyimiz tarixində yeni missiyasının həll etməli olduğu vəzifələrə Azərbaycanda bir çadır şəhərciyinin belə qalmayacağı, məcburi köçkünlərin sosial müdafiəsinin təşkilinin əsas məsələ olacağı, yoxsulluğun aradan qaldırılması üçün daha səmərəli tədbirlər görüləcəyi, 600 min yeni iş yerinin açılması istiqamətində qısa zamanda real nəticələr əldə olunacağı, regionların iqtisadi inkişafı və aqrar islahatların ikinci mərhələsi ilə bağlı dövlət proqramları hazırlanacağı, sahibkarlığa dövlət qayğısının artıralacağı, transmilli layihələr çərçivəsində ölkənin yeni infrastrukturunun yaradılmasına nail olunacağı və s. daxil idi. İlham Əliyevin prezidentlik fəaliyyətinin qeyd edilən dövrü ərzində sadalanan bütün istiqamətlər üzrə nəzərəçarpacaq nailiyyətlər əldə olundu. Prezident İlham Əliyev hələ 19 il əvvəl bəyan etmişdi ki, prezident seçiləcəyi təqdirdə regionların inkişafına prioritet məsələ kimi baxacaqdır. Və Prezident İlham Əliyevin bu istiqamətdə atdığı mühüm addımlar onun sözü ilə əməlinin eyni gücə malik olduğunu növbəti dəfə təsdiqlədi.

2018-Cİ İL 11 APREL TARİXLİ NÖVBƏDƏNKƏNAR PREZİDENT SEÇKİLƏRİ VƏ ZƏFƏRİMİZ

Xalq sözü imzası qədər dəyərli olan cənab İlham Əliyevi ölkəmizin tarixində ilk dəfə olaraq 2018-ci ildə iqtidar Yeni Azərbaycan Partiyası növbədənkənar prezident seçkilərinin keçirilməsi təşəbbüsü ilə aprelin 11-də keçirilən seçkilərdə yenidən seçicilərin böyük dəstəyini, etimadını qazanaraq, dördüncü dəfə prezident seçildi. Seçkidən sonra çox qısa müddət ərzində Azərbaycan vətəndaşlarının sosial-rifah halının daha da yaxşılaşdırılması istiqamətində önəmli, inqilabi addımlar atıldı, əməkhaqları, müavinətlər, pensiyalar artırıldı. Birinci Qarabağ savaşında qəhrəmancasına həlak olmuş şəhidlərimizin ailələrinə birdəfəlik sosial sığorta ödəmələri başa çatdırıldı və illərlə davam etmiş narazılığa son qoyuldu. Ən mühüm addımlardan biri kimi, problemli kreditlərlə bağlı cəmiyyətin böyük üzüntüsünə çevrilmiş bir məsələyə, insanların banklardan əsarətinə son qoyuldu. 2020-ci ilin əvvəllərindən bəri bütün dünyanı cənginə almış koronavirus bəlası özünün dağıdıcı maddi və mənəvi itkiləri ilə hər kəsə, iri şirkətlərə, hətta qüdrətli dövlətlərə böyük zərbə vurdu, ağır itkilrə bais oldu. Dünyanın nəhəng, super gücləri koronavirus pandemiyası qarşısında aciz durumda qaldığı bir zamanda, Prezident İlham Əliyevin rəhbərliyi, müdrik, uzaqgörən, düşünülmüş siyasəti nəticəsində ölkəmiz, xalqımız bu bəladan az itkilərlə qurtulmağı bacardı. Ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatı da daxil olmaqla, bir sıra beynəlxalq qurumlara, o cümlədən onlarca ölkəyə bu bəlanın önlənməsi üçün təmənnasız yardım əlini uzatdı, maliyyə dəstəyi göstərdi. Son 5 ilin ən böyük və ən tarixi hadisəsi isə 2020-ci ilin sonunda baş vermiş Vətən müharibəsi oldu. Prezident seçkiləri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün var gücü ilə çalışacağını deyən ölkə başçısı 44 günlük müharibə ilə öz üzərinə götürdüyü tarixi missiyanı uğurla başa çatdırdı. Ali Baş Komandan fəaliyyəti dövründə erməni işğalının aradan qaldırılması üçün yorulmadan çalışırdı. Prezidentin məhşur və dillərdə əzbərə çevrilmiş “Qarabağ Azərbaycandır və nida” fikri 2020-ci ildə öz məntiqi sonluğuna çatdı. Bununla da erməni işğalına son qoyuldu.Prezident seçkilər zamanı və sonrakı mərhələdə xalqa verdiyi sözü reallaşdırdı, 44 gün ərzində Ermənistana və onun havadarlarına layiqli dərs verdi. Noyabrın 10-da kapitulyasiya aktına imza atan Ermənistan baş naziri Nikol Paşinyan, sözün həqiqi mənasında, Azərbaycan xalqı qarşısında diz çökdürüldü. Bir sözlə, erməni ordusunun kürəyi yerə vuruldu, darmadağın olan işğalçılar tarixi torpaqlarımızdan qaçmağa məcbur edildi. Artıq işğaldan azad olunmuş torpaqlarımızdı böyük quruculuq, abadılıq işləri görülür. Tezliklə bərpa işləri sona çatacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar, Azərbaycanın həyatında sözün əsl mənasında yeni mərhələ başlayacaq. Qarşıya çıxan hər bir çətinlik arxada qoymaqla bizi hər gün Böyük Qayıdışı yaxınlaşdırır və Böyük Qayıdışın başlanması ilə ölkəmizin həyatında da yeni mərhələ başlanacaq. Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu dövrdə də yeni uğurlara imza atacaq.

Gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq

Beş il öncə - 11 aprel, 2018-ci il növbədənkənar prezident seçkisində İlham Əliyev dördüncü dəfə xalqın etimadını qazanaraq yüksək səs çoxluğu ilə ölkənin ən ali kürsüsünə yenidən seçildi. Bu tarix həm də Azərbaycan dövlətinin və xalqının növbədənkənar, təxirəsalınmaz və inanılmaz dərəcədə mümkünsüz görünən bir probleminin çözülməsi üçün başlanğıc oldu. Qarabağın azad olunmasının ilk anonsu məhz xalqın, cəmiyyətin 11 aprel 2018-ci ildə Prezidentə yenidən etimadı, inamı oldu. Prezident İlham Əliyev 5 il əvvəl, 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə ona göstərilən böyük etimada görə xalqımıza müraciətində demişdi: “Gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq”. Dövlət başçısı hər bir çıxışında, görüşlərində, müraciətlərində, təbriklərində hər zaman da bəyan edirdi ki, danışıqlar nəticəsiz qalacağı təqdirdə, güclü Azərbaycan Ordusu öz sözünü deyəcək. Bəli, bu gün artıq o gün gəldi - işğaldan əzad olunmuş torpaqlarımızda üç rəngli Azərbaycan bayrağı dalğalanır. Artıq bu gün işğaldan azad edilmiş ərazilərimizdə inkişafın Azərbaycan nümunəsinin yeni təntənəsi yaşanır, azad olunmuş ərazilərdə böyük inkişafın təməlləri atılır.

“MƏN ONA ÖZÜM QƏDƏR İNANIRAM VƏ GƏLƏCƏYİNƏ BÖYÜK ÜMİDLƏR BƏSLƏYİRƏM”,-VƏSİYYƏTİNİ REALLAŞDIRAN XALQIN PREZİDENTİ

5 il öncə – 11 aprel, 2018-ci il prezident seçkilərində xalqa müraciətində deyilənlər, bu gün öz müsbət nəticəsini verib. Ulu Öndər Heydər Əliyev: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm»,- vəsiyyətini reallaşdıran Prezident İlham Əliyev: «Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm»,- deyərək son 18 illik Prezidentlik fəaliyyətinin nəticəsidir ki, son 30 il ərzində həsrətində olduğumuz Qarabağ Azərbaycandır!ımıza, haqq və şərəf işimiz olan, Azərbaycan Respublikamızın suverenliyinə və ərazi bütövlüyümüzə, nəhayət Qələbə Zəfərimizə nail olduq!. “Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur»,- deyən Ulu Öndər Heydər Əliyevin bu arzusunu da bu gün Prezident İlham Əliyev «Şuşasız işimiz yarımçıq qalar» deyərək reallaşdırdı: «Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”

Azərbaycan Prezidenti İlham Əliyev 2003-cü ildə ilk dəfə Prezident seçilərkən verdiyi bütün sözünə əməli işləri ilə yerinə yetirmişdi və 2018-ci il 11 aprel seçkilərində bir daha xalq dördüncü dəfə İlham Əliyevi o Ali kürsiyə seçməklə 30 il həlli mümkünsüz edilən Qarabığımızı «Dəmir yumruq» siyasəti ilə Güclü Azərbaycan Ordusunun rəşadətli əsgər və zabitlərinin şücaəti ilə azad edərək Qələbə Zəfərinə nail olduq. Dövlətimizin başçısı İlham Əliyev Dövlət Bayrağı Meydanının açılışında çıxış edərkən demişdi ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaq. Prezident İlham Əliyev 2021-ci ilin yanvarın 14-ü həmin vədini yerinə yetirdi və Şuşa səfəri müzəffər Ali Baş Komandanın sözünün və əməlinin vəhdətinin növbəti nümayişi oldu. Bununla da, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı qaldırdı. Ali Baş Komandanımız Prezident İlham Əliyev çıxışlarında ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacağını demişdi. Bu sözlər də artıq reallığa çevrilib və artıq həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. Həmçinin, 2018-ci il, 11 apreldə prezident seçilən İlham Əliyevin ilk fərmanı da istisnasız olaraq şəhid ailələrinə 11 min manatlıq birdəfəlik müavinətin verilməsi barədə oldu. Böyük Vətən savaşına hazırlıq məhz şəhid ailələrinə verilən dəyərdən başlamalıydı və bu addım 44 günlük Vətən savaşının ilk günündən səfərbərlik idarələrinin qarşısına axın edən Azərbaycan gənclərinin simasında öz effektini göstərdi. Hər bir sağlam ruhda böyüyən Azərbaycan insanı ölkə prezidentinin səfərbərlik çağırışı ilə könüllü şəkildə şəhidliyi və qaziliyi şərəf mərtəbəsi kimi anlayaraq torpaqlarımızın işğaldan azad olunması mübarizəsinə qoşuldu. Bu mübarizədə Ali Baş komandan kimi İlham Əliyevin həm hərbi, həm diplomatik, həm də təbliğat sahəsində göstərdiyi möhtəşəm performans milli ruhun yenidən dirilişi üçün ən vacib amilə çevrildi.

11 APREL SEÇKİLƏRİNDƏN ÖTƏN 5 İL BƏLKƏ DƏ AZƏRBAYCAN TARİXİNİN ƏN GƏRGİN VƏ TALEYÜKLÜ BİR DÖVRÜ KİMİ YADDAŞLARDA YER ALACAQ

Bütün dünyanı ağuşuna alan COVID-19 pandemiyasının dəhşətli nəticələrini çevik zərərsizləşdirərək ölkə vətəndaşlarının can güvənliyini qoruya bilmiş Prezidentin nə qədər böyük sıxıntılara sinə gərdiyinin hamımız şahidi olduq. O, ölkəni bu bəladan ən az itkilərlə çıxarmaq üçün mobil bir səfərbərlik təşkilatçılığı göstərməklə yanaşı, istər Tovuz hadisələrində, istərsə də 44 günlük savaşda vəhşi düşmən qarşısında qələbəmizi təmin edən böyük Sərkərdə iradəsi və Lider qətiyyəti göstərdi. Xalqın doğru seçimi onun tarixi qələbəsinin təminatı oldu. Bu gün Prezident İlham Əliyev haqlı olaraq dünya siyasətində söz sahibi olan bir lider olaraq qəbul olunur və işğaldan azad olunmuş ərazilərimizin bərpası üçün Böyük Qayıdış missiyasına uğurla rəhbərlik edir. Millətini zəfərə daşıyan liderin əsas dayağı qələbə ruhu yenidən canlanan böyük Azərbaycan xalqının birliyidir. Son dörd ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar davamlı xarakter daşıdı. Bu islahatlar ilk növbədə Azərbaycanın qüdrətinin daha da artmasına xidmət etdi.Prezidentin son dörd ildəki fəaliyyəti, əslində ondan əvvələ qədər nəzərdə tutulan hədəflərə çatmaq üçün qarşıya qoyulan məqsədlər idi. Yəni bu, əvvəlki illərin məntiqi sonluğu, məntiqi davamı idi. Bəzən bunu siyasi rəqiblər qərəzli şəkildə qeyd etmək istəmirlər. Amma siyasi rəqabət reallığı danmaqdan ibarət deyil, yaxşı alternativlər təklif etməkdən ibarətdir.Bu gün dövlət başçısı tərəfindən milli maraqlarımıza cavab verən siyasət yürüdülürsə, bu siyasət istər-istəməz həm bölgənin lider dövləti statusunu qorumağımıza yardımçı olacaq, eyni zamanda da ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə artmasını stimullaşdıracaq.

MƏN FƏXR EDİRƏM Kİ, XALQ MƏNƏ İNANDI, MƏNİ DƏSTƏKLƏDİ. MƏN DƏ ÖZ NÖVBƏMDƏ ÖZ SÖZLƏRİMƏ ƏMƏL ETDİM

Prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində bildirmişdir ki, həmişə Azərbaycan xalqının dəstəyini hiss edib və hiss edir: “Bu dəstək mənə güc verir, mən bu dəstəyə arxalanıram. Xalqımızı əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəm”.Prezident İlham Əliyev bildirib ki, prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib: “Azərbaycan xalqı görülən işlərə yüksək qiymət verib, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs verib. Seçkilər ədalətli, şəffaf şəkildə keçirilib... Mən 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqımıza müraciət edərək demişdim ki, əgər xalq mənə etimad göstərərsə, Ulu Öndər Heydər Əliyevin siyasətinə sadiq qalacam, bu siyasəti davam etdirəcəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi. Mən də öz növbəmdə öz sözlərimə əməl etdim".

Bir sözlə, Prezident İlham Əliyevin son dörd illik fəaliyyəti Azərbaycanın gələcək uğurları üçün əlverişli zəmin rolunu oynamaqla, həm də hərtərəfli inkişafını və müasir dünyamızın qlobal çağırışlarından irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsini təmin edəcək, sabahımız bu günümüzdən daha gözəl və firavan olacaqdır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər