PDF Oxu

Siyasət

  • 3 329

Azərbaycan-Tacikistan əlaqələri müasir dövrümüzdə ŞƏRH

Azərbaycan-Tacikistan əlaqələri müasir dövrümüzdə ŞƏRH

Azərbaycan və Tacikistan dövlətləri arasında qururulan diplamatik əlaqələr ötən əsrin 90-cı illərindən başlayır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dost ölkə olan Tacikistan Respublikasına dövlət səfəri çərçivəsində qeyd edib ki, “O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş, qardaş müharibəsi gedirdi. Həm Prezident Rəhmon, həm də Ulu Öndər Heydər Əliyev, – hərəsi öz ölkəsində, - qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular”. Şübhəsizdir ki, əlaqələrin bugün ki, səviyyədə qurulmasında hər iki dövlətlərin prezidentlərinin böyük rolu var. Əlaqələrin diplomatik korpusun nümayəndələri arasında davam etməsinə nümunə olaraq Azərbaycan Respublikasının Milli Məclisində fəliyyət göstərən Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunu qeyd etmək olar.Tacikistanın daxilində hökm sürən siyasi sabitlik və Azərbaycan dövləti ilə möhkəm dostluq, qardaşlıq bağlarına sahib olması yaxın gələcəkdə iki dövlət arasında Nəqliyyat-logistika, sənaye kooperasiyası, investisiya layihələrinin inkişafında konkret yol xəritəsin yaradır.

Cənab Prezidenti İlham Əliyevin Tacikistan Respublikasına dövlət səfərinin yekunu kimi qeyd etmək olar ki, 2024-cü ildə Tacikistanda keçiriləcək Hökumətlərarası komissiyanın nümayəndə heyətlərinin üzvlərinə verilən nəqliyyat-logistika qarşılıqlı əlaqələri, investisiya siyasəti, sənaye kooperasiyası kimi tapşırıqlar yerinə yetiriləcək. Azərbaycan-Tacikistan dövlətləri arasında mədəni əlaqələrin qurulmasında atılan addımlar və bu sektorda görülən çoxşaxəli işlərin nəticəsi kimi Azərbaycanın Gəncə və Tacikistanın Düşənbə şəhərlərinin qardaş şəhərlər olması mühüm faktorlardan biridir. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi “ Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır“.Dövlət səfərləri zamanı müxtəlif sektorlarda bağlanmış müqavilələr gələcəkdə də dövlətlərimizin inkişafına müsbət təsir göstərəcəyinə inanırıq.

Adəm Babayev

Bakı Mühəndislik Universiteti YENİ Klubun sədri
YAP Abşeron rayon təşkilatı, Bakı Mühəndislik Universiteti ərazi partiya təşkilatının fəal gənci

Digər xəbərlər