PDF Oxu

Siyasət

  • 2 597

Xalqın seçimi ŞƏRH

Xalqın seçimi ŞƏRH

Azərbaycan xalqı 2018-ci il aprelin 11-də ölkəmizdə keçirilmiş növbədənkənar prezident seçkilərində yenidən İlham Əliyevə səs verməklə nə qədər müdrik, uzaqgörən xalq olduğunu bir daha nümayiş etdirərək, Azərbaycanın inkişafına, uğurlu gələcəyinə, tərəqqisinə, rifahına səs verdi.Ədalətli, şəffaf, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin - 86,02 faizinin səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu seçkilər Azərbaycan tarixində yeni bir inkişaf mərhələsinin başlanğıcı oldu.

Təbii ki, xalqımız Prezident İlham Əliyevi seçməkdə olduqca əsaslı səbəbləri vardı. İlk növbədə cənab İlham Əliyev 2003-2018-ci illər ərzində xalqa verdiyi bütün sözləri tutaraq, vəd etdiyi hər bir işi yerinə yetirərək xalqın sevgisini, rəğbətini, etimadını qazandı. Məhz cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz çox böyük inkişaf yolu keçib, mühüm uğurlar əldə edib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı dəfələrlə artıb. 2003-2018-ci illərdə ölkəmiz beynəlxalq qaləmdə yüksək nüfuz əldə edib, dünyada söz sahibinə çevrilib.

2003-2018-ci illər ərzində ölkədə işsizlik səviyyəsi 5 faizə, həyata keçirilən sosial siyasət nəticəsində isə yoxsulluğun səviyyəsi 5,4 faizə enmişdir. Bu illər ərzində ölkədə maaşların təxminən 7 dəfə, pensiyaların isə 10 dəfədən çox artmışdır. Aparılan düşünülmüş, məqsədyönlü siyasət nəticəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu siralarına daxil olmuşdur.Azərbaycan xalqı bütün bu uğurları, görülən işləri yüksək qiymətləndirərək, işgal altında olan 20% torpaqlarımzın yalnız İlham Əliyevin rəhbərliyi ilə, onun sayəsində geri qaytarılacağına ümüdvar olduğunu bilərək 2018-ci il Prezident Seçkilərində yenidən cənab İlham Əliyevə səs verdi. Təbii ki, İlham Əliyevin hakimiyyəti illərində ölkəmizin əldə etdiyi ən böyük uğur ərazi bütövlüyümüzün bərpası olunması oldu. 27 sentyabr 2020-ci ildə başlanan və cəmi 44 gün davam edən Vətən müharibəsində Azərbaycan 30 ilə yaxın müddət ərzində işgal altında qalmış torpaqlarını düşmən tapdağından azad edərək ən ali məqsədinə nail olmağı bacardı.

Məhz Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən və milli maraqlara söykənən siyasəti nəticəsində Azərbaycan bütün bu nailiyyətlərə, uğurları əldə etdi, tarixi Zəfər qazandı.

Çingiz İbrahimov

Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının əməkdaşı

Digər xəbərlər