PDF Oxu

Siyasət

  • 4 083

Hər bir azərbaycanlının Prezidenti İlham Əliyev ŞƏRH

Hər bir azərbaycanlının Prezidenti İlham Əliyev ŞƏRH

İyirmi birinci yüzillikdə özünün ən şərəfli və tarixi dövrünü yaşayan Azərbaycan mürəkkəb, ziddiyyətlərlə dolu bir zamanda davamlı, dayanıqlı və ölkəmizin maraqlarına uyğun islahatlar keçirməklə dünyanın lider dövlətləri sırasında yer alıb. Müstəqil Azərbaycanın qurucusu, ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin irəli sürdüyü və həyata keçirdiyi davamlı inkişaf konsepsiyası dövlətimizin və xalqımızın tərəqqisinə, onun parlaq gələcəyinə hesablanıb. Prezident İlham Əliyev öz fəaliyyəti ilə həm Prezident, həm Ali Baş Komandan, həm də Yeni Azərbaycan Partiyasının sədri kimi ölkə vətəndaşlarının maraqlarını müdafiə edərək, hər bir azərbaycanlının Prezidenti olduğunu ölkəmizə rəhbərliyi dövründə sübuta yetirib. Azərbaycan Prezidenti İlham Əliyev 2003-cü ildə ölkənin Prezidenti vəzifəsinin icrasına başladığı zaman çıxışında bildirdiyi "Hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam və Azərbaycan xalqının etimadını doğruldacağam", fikri əməli fəaliyyətdə təsdiqini tapdı. Ümummilli Lider Heydər Əliyevin müqəddəs ideyalarını daha da inkişaf etdirərək, uğurlu daxili və xarici siyasət həyata keçirməklə nailiyyətlərimizin və Zəfərimizin müəllifi oldu. 2003-cü il oktyabrın 15-də ölkəmizdə keçirilən Prezident seçkilərində seçicilərin 76 faizindən çoxunun İlham Əliyevin lehinə səs verməsi ona olan inamın göstəricisi idi. Növbəti Prezident seçkilərində 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini, 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev Azərbaycanın uğurlu gələcəyinin təminatçısına çevrildi. Xalqımız Heydər Əliyev siyasətinə, Onun davamçısı Prezident İlham Əliyev cənablarına inanır. Azərbaycanın iqtisadi inkişafı ulu öndərimizin və ölkə başçısı İlham Əliyevin adı ilə bağlıdır. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə isə Cənab İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Əlbəttə ki, seçkilərin nəticələri təkcə Azərbaycan deyil, regionda geosiyasi proseslərin gələcəyi üçün də böyük əhəmiyyət daşıyırdı. Azərbaycan xalqı real işlərə, sabit, davamlı inkişafa, tərəqqiyə və təhlükəsizliyə səs verdi. Azərbaycan xalqının iradəsini əks etdirən seçkinin nəticələri bir daha sübut etdi ki, vətəndaşlar dövlətin gələcək inkişafını, məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilən siyasi kursun Prezident İlham Əliyevin mövcud şəraitə uyğun olaraq davam və inkişaf etdirilməsində görür. Radikal qüvvələrə xalqın inam və etmadı yoxdur. Növbədənkənar prezident seçkilərinin keçirilməsi bir sıra amilləri özündə ehtiva edirdi. Ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulması zəruri idi.

Azərbaycan son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri sırasındadır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın dünyanın inkşaf etmiş ölkələri sırasında nüfuzu, çəkisi olan dövlətə çevirib. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən prioritet sahələrin inkişafının təmin edilməsinə hesablanan islahatlar qlobal miqyasda meydana çıxan yeni çağırışları, cəmiyyətin sosial sifarişlərini əhatə edir. Ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi, bir çox ölkələrlə çox səmərəli, işgüzar, ikitərəfli münasibətlərin qurulması, eləcə də Azərbaycanın çoxtərəfli əməkdaşlıq formatının təşəbbüskarı qismində çıxışı dövlətimizin uğurla xarici siyasət yürütməsinin təzahürüdür. Avropa və Avropa İttifaqı ölkələri ilə münasibətlər, yeni sazişlərin imzalanması mövcud əlaqələrin daha da yüksəlməsinin təzahürüdr.

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində Cənubi Qafqazda yaratdığı yeni reallıqlar post-müharibə dövründə bütün region ölkələri və qonşu dövlətlər üçün yeni iqtisadi inkişaf istiqamətləri açıb. Həmçinin bu reallıqlar zəminində Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin daha etibarlı formada həyata keçirilməsi imkanları yaranıb. Lakin bütün bu imkanların reallaşması yalnız regionda dayanıqlı sülhün və təhlükəsizliyin mövcud olacağı halda mümkündür.

Bu gün Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir və ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Azərbaycan Prezidentinin əməli fəaliyyətinin, iradəsinin nəticəsidir ki, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, qlobal əhəmiyyətli iqtisadi zonalar yaradılıb. Cənub Qaz Dəhlizinin, TANAP layihəsinin istifadəyə verilməsi uğurlu hadisələr sırasındadır. Cənab Prezidentin vurğuladığı kimi, bunlar dünyada da çox böyük əks-səda yaradan layihələrdir. Azərbaycanın təşəbbüsü ilə bölgədə, Avrasiya məkanında həyata keçirilən layihələr önəm daşıyır. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Qazanılan bütün bu və ya digər uğurlar dövlətimizin başçısının yürütdüyü düzgün müstəqil siyasət və qəti iradəsi sayəsində reallığı çevrilib.

Azər SÜLEYMANOV,

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Digər xəbərlər