PDF Oxu

Siyasət

  • 4 012

Boris Navasardyan: İrəvan və Bakı vasitəçilərsiz özləri razılaşmalıdır - RƏY

Boris Navasardyan: İrəvan və Bakı vasitəçilərsiz özləri razılaşmalıdır - RƏY

Azərbaycanla Ermənistan arasında danışıqlar platforması ilə bağlı dəqiq razılaşma yoxdur. Bunu İrəvan Mətbuat Klubunun sədri Boris Navasardyan “Caliber” analitik mərkəzinin Yutub kanalında video-layihənin aparıcısı, jurnalist Sənan Rzayevə Ermənistan-Azərbaycan nizamlanması üzrə danışıqlar prosesində sakitlikdən danışarkən deyib.

B.Navasardyan, öz qənaətinə görə, Azərbaycan-Ermənistan danışıqlarında müəyyən fasiləyə səbəb olan bir neçə səbəbi sadalayıb.

Ermənistan-Azərbaycan probleminin həlli prosesini diplomatik müstəvidə dayandıran mühüm səbəblərdən biri kimi İrəvan Mətbuat Klubunun sədri Azərbaycanla İran arasındakı ziddiyyətləri hesab edir ki, bu da Azərbaycanın iştirak etdiyi bütün digər problemləri arxa plana keçirib.

“İkinci səbəb, fikrimcə, İrəvan və Bakı tərəfindən vaxtaşırı epistolyar janrda bir-birinə göndərilən sülh müqaviləsinin mətnində büdrəmənin olmasıdır. Bu mətn Qarabağ ermənilərinin gələcəyidir. Əslində, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Ermənistan bu prosesdə iştirak etməməlidir, hətta Qarabağda nələrin baş verəcəyi barədə danışmamalıdır. Digər tərəfdən, İrəvanda hesab edirlər ki, ermənilərin taleyi Ermənistan hakimiyyətinə tam biganə qala bilməz. Və burada bəzi formulalarda problem ortaya çıxır. İstər Yerevan, istərsə də Bakı öz ideyalarının sülh müqaviləsində və sonrakı inkişafda öz əksini tapacağına dair özləri üçün müəyyən təminat almağa çalışırlar”,- deyə proqramın İrəvandan olan qonağı bildirib.

B.Navasardyanın sözlərinə görə, digər səbəb odur ki, şərti Ermənistan-Azərbaycan sərhədində vəziyyət kifayət qədər qarşıdurma xarakterli olaraq qalır və orada vaxtaşırı həddi aşmalar baş verir, razılaşmalar üçün mənfi zəmin yaradır.

B.Navasardyan da əmindir ki, çox mühüm amil danışıqların davam etdirilməsi və razılıqların əldə olunmalı olduğu platforma ilə bağlı dəqiq razılığın olmamasıdır.

“2023-cü ilin əvvəlində Brüssel belə bir platforma kimi möhkəmlənmiş kimi görünəndə bir növ performans var idi. Amma indi Rusiya Ermənistan-Azərbaycan müqavilələrində qətiyyətli iştirakı ilə bağlı kifayət qədər fəal siyasət aparır. Bu səbəbdən danışıqlar platformaları ilə bağlı aydınlıq olduğuna dair şübhələr yaranıb.

Sovet dövründə ermənilərlə azərbaycanlılar arasında ifratçılıqlar olub, lakin onlar dayanıb və 1988-ci ilə qədər o qədər də inkişaf etməyib. Millətlərarası ziddiyyətlərin, toqquşmaların alovlanmasına imkan verməyən, bir növ konfliktləri tənzimləyən mərkəz var idi. Bu gün biz heç kəsi elə həlledici amil kimi görmürük. Və ikitərəfli formatda danışıqlar aparmaq üçün İrəvan və Bakının nə təcrübəsi, nə də praktikası var. Vasitəçi ilə bağlı qeyri-müəyyənlik, bəzi xarici prinsiplər və nizamlanmaya yanaşma standartları ilə bağlı qeyri-müəyyənlik tərəflər arasında fikir ayrılığı və ziddiyyət yaradır.

Bugünkü beynəlxalq vəziyyətdə münasibətlərdə arbitr olacaq həmin şərti mərkəzin olması çox çətindir. İrəvan və Bakı bunu dərk etməli və bir-biri ilə danışmağı öyrənməli, dialoq aparmalıdır ki, sülh müqaviləsi və onun həyata keçirilməsi istiqamətində gələcək addımlar şəklində konkret nəticələr verə bilsin”, - B.Navasardyan əmindir.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər