PDF Oxu

Siyasət

  • 3 005

KİV-lər “Paşinyan və çətir” insidentini “Makrona şillə” ilə eyniləşdirdi OLAY

KİV-lər “Paşinyan və çətir” insidentini “Makrona şillə” ilə eyniləşdirdi OLAY

Ermənistanın baş nazirinə verilən təsəlli və bir daha gözlənilən bənzər hadisələr

Aprelin 10-da Paşinyanın ölkə regionlarından birinə getdiyi səfəri zamanı bir qadının ona tərəf tolazladığı çətir hazırda da gündəmdə qalmaqdadır. Lakin maraqlı məqam budur ki, Ermənistanın hökumətə yaxın media qurumları baş nazir Nikol Paşinyana hadisə ilə bağlı diqqətçəkən təskinlik verməyə başlayıblar. Onlar Ermənistanın bacılığı Fransanın dövlət başçısı Emmanuel Makronun düşdüyü fors-major olayı xatırladıblar. Belə ki, Makron artıq bir neçə dəfə Fransa əyalətlərinə gerçəkləşdirdiyi səfərlərində ondan narazı olan vətəndaşlar tərəfindən hücuma məruz qalıb.

Erməni KİV-lərinin Paşinyana təskinliyi: “Cənab baş nazir, təlaşlanmayın, belə hadisələr digər demokratik ölkələrdə də yaşanır"

Yəqin ki, bir çoxları Makrona vurulan şillə kadrlarını xatırlayırlar. SİTAT: “Cənab baş nazir, təlaşlanmayın, belə hadisələr digər demokratik ölkələrdə də yaşanır. Misal üçün, prezident Makron Fransada həmvətənləri tərəfindən iki dəfə şillə zərbəsinə məruz qalıb”.

Ola bilsin ki, erməni KİV-ləri onu da eyham vurublar ki, Paşinyan bu məsələnin üzərində çox dayanmasın, əks halda gələn dəfə onun başına doğru çətir deyil, daha təhlükəli predmet uça bilər.

Əslində, erməni KİV-lərinin Paşinyan-Makron bənzətməsini yerində qeyd ediblər. Hətta bu bənzətməni bir misalla da əlaqələndirmək olar – atı-atın yanına bağlasan həmrəng olmasa da, həmtay olarlar. Fakt budur ki, həmin məsəl artıq özünü kifayət qədər təsdiqləyib. Növbəti oxşar olayları gözləyək.

Rövşən RƏSULOV

Digər xəbərlər