PDF Oxu

Siyasət

  • 2 566

Lerikin Bibiyani kəndində şəhid Tərzan Haşımovun məzarı ziyarət olunub FOTOLAR

Lerikin Bibiyani kəndində şəhid Tərzan Haşımovun məzarı ziyarət olunub FOTOLAR

Bu gün Vətən Müharibəsinin şəhidi, “Azərbaycan Bayrağı” ordenli Haşımov Tərzan Qəhraman oğlunun doğum günü dünyaya göz açdığı Lerik rayonun Bibiyani kəndində qeyd olunub. YAP Lerik rayon Təşkilatının sədr müavini Elnur Məmmədov, Lerik Rayon İcra Hakimiyyəti Vətən Müharibəsi və Şəhidailələri ilə işin təşkili şəbəsinin nümayəndəsi İskəndər Tahirov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov, Səfərbəylik və Hərbi Xitmətə Çağırış üzrə Dövlət Xitmətinin Lerik rayon şöbəsinin nümayəndəsi Eşqin Fətullayev , YAŞAT Fondun Lerik rayonu üzrə nümayəndəsi Əlizamin Rzayev ,şəhid ailə üzvləri,kənd sakinləri şəhidimizin məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.Həmçinin eyni məzarlıqda uyuyan Vətən müharibəsi şəhidi Fərziyev Balaş İltizam oğlunun məzarı ziyarət edilib, xatirəsi ehtiramla yad edilib.Xatırladaq ki,şəhid Haşımov Tərzan Qəhraman oğlu 13 aprel 1989-cu ildə Lerik rayonunun Bibiyani kəndində anadan olub. 2010-cu il mart ayının 6-da Müdafiə Nazirliyinin əmri ilə gizir hərbi rütbəsi almış və Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə motoatıcı tağım komandirinin müavini vəzifəsində xidmət etməyə başlamışdır. 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olmuşdur. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Tərzan Həşimov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı qəhramancasına şəhid olub.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən Haşımov Tərzan Qəhraman oğlu ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə”, "Cəsur döyüşçü" medalları, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Digər xəbərlər