PDF Oxu

Siyasət

  • 20 948

“Ermənilərin təxribatlarının kökündə qorxu və çarəsizlik dayanır” MÜNASİBƏT

“Ermənilərin təxribatlarının kökündə qorxu və çarəsizlik dayanır” MÜNASİBƏT

“Azərbaycan-Ermənistan sərhədində və Qarabağda təxribatlar bundan sonra da davam edəcək. Səbəb məlumdur. Ermənilər son illər nə qədər çalışsalar da güvəndikləri dövlətlərin, beynəlxalq birliklərin dəstəyini ala bilmədilər”. Bunu "Səs" qəzetinə açıqlamasında siyasi ekspert Abutalıb Səmədov deyib.
Onun sözlərinə görə, hamı Azərbaycanın təklif etdiyi baza prinsipləri əsasında sülh sazişinin imzalanmasını tələb edir: “Sazişə Qarabağın statusu ilə bağlı bəndin salınmasının prosesi qeyri-müəyyən müddətə uzadacağını anlayan beynəlxalq güc mərkəzləri bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyirlər. Sülh sazişini yaxın zamanda imzalamaq istəyini bəyan edən N.Paşinyan bu işə mane olmaq üçün əlindən gələni edir. Anlayır ki, sazişin Azərbaycanın təklif etdiyi şərtlərlə imzalaması onun hakimiyyətinin sonunu gətirə bilər. Ermənilərin törətdikləri təxribatların kökündə, məhz bu qorxu, bu çarəsizlik dayanır. İş o yerə çatıb ki, bir neçə gün əvvəl erməni lideri “Madrid prinsipləri” deyilən təklifi qəbul edən V.Sarqsyanı Qarabağı Azərbaycana təhvil verməkdə günahlandırıb. Halbuki, bu təklif bütünlüklə erməni maraqlarına xidmət edən və Qarabağın müstəqilliyinə yönələn bir təklif idi. Orada nəzərdə tutulurdu ki, 5 rayon qaytarıldıqdan sonra Qarabağda müstəqillik barədə referendum keçirilsin. Ermənilərin əksəriyyət təşkil etdiyi bölgədə keçirilən referendumun nəticələrini əvvəlcədən söyləmək çətin deyildi. Bu səbəbdən, Azərbaycan hakimiyyəti təklifə qarşı ciddi müqavimət göstərdi və 44 günlük müharibədə qazanılan qələbədən sonra “Madrid prinsipləri” də tarixin arxivinə göndərildi. Bu təklifdə ən çox israr edən ABŞ 2022-ci ilə qədər erməniləri tam qane edən mövqe tutsa da, Ukrayna müharibəsi başladıqdan sonra mövqeyini kəskin şəkildə dəyişdi. Bir vaxtlar az qala hər həftə rəsmi şəxslərin dili ilə Qarabağa “status” tələb edən ABŞ son aylar bir dəfə də olsun bu sözü tələffüz etməyib və erməniləri tam ümidsiz duruma salıb. Rusiyanın S.Lavrov tərəfindən səsləndirilən Qarabağ barədə təklifi də ermənilər üçün qətiyyən məqbul deyil. Bu vəziyyətdə Azərbaycan aparılan siyasəti davam etdirməli, Ermənistana təzyiqləri artırmalı, Qarabağda suverenliyimizi təmin etmək üçün davamlı addımlar atmalıdır. Hadisələr göstərir ki, uzun illər gözlədiyimiz qələbə o qədər də uzaqda deyil”.

GÜLYANƏ

Digər xəbərlər