PDF Oxu

Siyasət

  • 4 944

Qazaxıstanla əlaqələr yüksələn xətlə inkişaf edir ŞƏRH

Qazaxıstanla əlaqələr yüksələn xətlə inkişaf edir ŞƏRH

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev qeyd etmiş ki, Azərbaycanla Qazaxıstan ölkələri arasında üstün münasibətlər Orta Asiyanın digər respublikaları üçün də bir nümunədir. Cənab Prezident Ilham Əliyev Orta Asiya ölkələrinə xüsusi önəm verir. Bu dövlətləri ümumi tarix və mədəni köklər əsasında birləşdirməklə yanaşı, eyni zamanda, sıx iqtisadi və siyasi maraqlar da çox önəmli maraq kəsb edir. Azərbaycan Orta Asiya üçün Avropa bazarlarına açılan qapı, gedən yoldur. Azərbaycan öz ərazisndə həm şərq-qərb, həm şimal-cənub istiqamtlərində müxtəlif nəqliyyat xəttlərini qurub. Gələcəkdə istifadəyə veriləcək Zəngəzur dəhlizi isə bu kommunikasiya xətləri içərisində xüsusi yer tutacaq. Dövlətimizin Orta Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda sıx əməkdaşlıq münasibətləri formalaşıb. Cənab Prezident İlham Əliyev mətbuata bəyanatla çıxışı zamanı qeyd etdi ki, biz həqiqətən ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığı dərinləşdirmək və genişləndirmək əzmindəyik. Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. Bugünkü Bəyannamə də əlaqələrimizin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bu bəyannamələrin adlarının özü bizim münasibətlərimizin xarakterinə dəlalət edir. Qazaxıstanla Azərbaycanın müasir tarixdə münasibətlərinin qurucuları Heydər Əliyev və Nursultan Nazarbayevdir. Bu gün də bu münasibətlər dövvlət başçıları tərəfindən uğurla davam etdirilir. Səfər zamanı imzalanan müqavilələr əməkdalığımıza yeni rəng qatacaq. Qazaxıstanın işğaldan azad olunmuş Füzuli rayonunda inşa etdiyi gənclərin yaradıcılıq məktəbi böyük qayıdış prosesinə qardaş ölkənin bir hədiyyəsidir.

Abbas Əliyev

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri

Digər xəbərlər