PDF Oxu

Siyasət

  • 2 091

Fars -molla rejimi çökərsə, bəşəriyyət terrordan xilas olar TƏHLİL

Fars -molla rejimi çökərsə, bəşəriyyət terrordan xilas olar TƏHLİL

Mövcud tarixi faktlara və aparılan araşdırmalara istinadən demək olar ki, erməni terrorçuları azərbaycanlılara qarşı terror və soyqırımı aktları törədərkən daha çox xarici qüvvələrin hərbi –siyasi dəstəyinə arxalanıblar. Nəticədə 200 il ərzində 2 milyondan çox azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan yaralanmış, yüz minlərlə insan tarixi torpaqlarından didərgin salınmışlar. O zamandan ermənilərə göstərilən hərbi-siyasi dəstək bu gün də davam etməkdədir. 30 il erməni işğalı altında olmuş torpaqlarımızın yeraltı yerüstü sərvətlərinin talan edilməsində fars-molla rejimi xüsusi fəallıq göstərib. Sözdə isə Azərbaycanla dost ölkə olduğunu və dövlətimizin ərazi bütövlüyünü tanıdığını, Azərbaycan xalqının milli varlığına hörmətlə yanaşdığını bildirib. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz işğal altında olan torpaqlarımızı azad etdiyi zaman fars-molla rejiminin əsl bədnam siması məlum oldu. Dərhal Azərbaycanla sərhəddə şou xarakterli hərbi təlimlər keçirdi, Ermənistanın Qafan şəhərində Baş Konsulluq açmaqla “Ermənistanın təhlükəsizliyini təmin etmək üçün buradayıq” kimi mənasız fikirləri dövriyyəyə buraxdı, baş nazir N.Paşinyanı Tehrana rəsmi səfərə dəvət edib, müəyyən separatçı sövdələşmə apardı, müqavilələr imzaladı. Bununla tərəflər baş molla Xomneinin dediyi kimi, erməni-fars xalqları arasındakı min illik qardaşlığın dərin köklər malik olduğu nümayiş etdirildi. Əmmaməli mollalar da bekar dayanmayıb Azərbaycan haqqında hədyanlar danışır, qəpik-quruşa köləlik edən TV əməkdaşlarını, mətbu orqan nümayəndələrini dövriyyə buraxıb, sərsəm fikirlər ifadə edirlər. Bəzən isə o qədər ağ yalanlar uydurulub, tirajlayırlar ki, bir növ “bişmiş toyuğun belə gülməyi gəlir”. Amma unudurlar ki, fars-molla rejiminin meydan suladıqları ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Min illərdir ki, o ərazilərdə Azərbaycan oğulları hökmranlıq ediblər. Azərbaycan dili vahid və əsas dil olaraq hakimiyyətlərin başlıca dövlət dili olub. Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacarlar zamanında Azərbaycan türkcəsi elm, ədəbiyyat dili olmaqla bərabər, rəsmi dövlət səviyyəsində mühüm mövqeyə malik olmuşdur. Hətta XVI əsrin əvvəllərində əsası qoyulan vahid, mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövlətində (1501-1736) türk dili dövlət dili səviyyəsinə yüksəlmiş, dövlətlərarası diplomatik yazışmalarda geniş istifadə olunmuşdur. Səfəvi hökmdarı I Şah İsmayıl öz müasirləri kimi məşhur şeir və qəzəllərindən ibarət olan divanını məhz türk dilində yazmışdır. Nadir şah Əfşarın hakimiyyəti (1736-1747) dövründə də, İranda xalq arasında, sarayda və orduda Nadir şahın rəsmi yazışmalarında türk dilindən geniş istifadə edilmişdir. 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra da Azərbaycan torpaqlarında formalaşan müstəqil xanlıqlarda Azərbaycan türk dili aparıcı yer tutmuşdur. Qacarlar sülaləsinin hakimiyyəti (1791-1925) dövründə də Azərbaycan türk əsilli hökmdarlar əsas dil Azərbaycan türkcəsi olmuşdur. Bunu fars molla rejiminin elm, mədəniyyət nümayəndələri, araşdırmaçı jurnalistləri, tarixçiləri bilməmiş deyillər. İndi bunu etiraf edib, dilə gətirmirlərsə, bu, onların kar və kor olmalarından irəli gəlir. Molla rejiminin hay-küylü hərbi təlimlər keçirməklə özününü mövcudluğunu sual altına qoyur. Çünki güclü və qüdrətil Azərbaycan ordusu istənilən məqamda molla rejiminin sütunlarını məhv edə bilər. Digər tərəfdən, bu günlər Türkiyə və Azərbaycanın hərbi birləşmələrinin "Qardaş yumruğu" birgə təlimlərinin keçirilməsi ermənilərə və onların havadarlarına sərt yumruqdur, başlarına dəysə darmadağın olarlar.

Fars - molla rejimi hər il on milyardlarla dollar terrorun maliyyələşməsinə pul ayırır

Fars-molla rejimi beynəlxalq aləm üçün təhlükə mənbəyi olduğu sübuta yetirilib. Dünyada terrorun aradan qaldırılması yalnız fars - molla rejiminin yer üzündən silinməsi ilə öz həllini tapa bilər. Bunun üçün beynəlxalq təşkilatlar, ayrı-ayrı dünyanın aparıcı dövlətləri birləşməli və fars - molla rejiminin, eləcə də ermənizmin aradan qaldırımasına dəstək göstərməlidirlər. Fikir verin, ayrı-ayrı ölkələrdə terror aktlarının törədilməsinə 10 milyardlarla ABŞ dolları xərcləyən molla rejimi öz millətinə zülm, məşəqqət, aclıq və səfalət yaşadır. Yəni, 1979-cu ilin fevralında baş vermiş İslam İnqilabının 44 illik dönəmi xalqına heç bir xoş yaşam verməyib. 44 ildir ki, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq insanlar ağır həyat tərzi sürürlər. Bir növ rejim 44 ildir ki, xalqlar həbsxanası təsis edib və onu çox böyük vəhşiliklə "inkişaf" etdirirlər. Adi görünən qaydalardan kənara çıxan insanlar vəhşicəsinə döyülür, təhqir edilir, asılmaqla öldürülür, həbsxanalara salınmaqla zindanlarda çürüdülürlər. Zülmün, əsarətin, işgəncənin altındadır. Xüsusilə də Cənubi Azərbaycan əyalətlərində yaşayan azərbaycanlılar fars –molla rejiminin gözündə düşmən olaraq görülür. Demək olar ki, güneyli soydaşlarımız hüquqsuz vəziyyətdədirlər. Onların adət -ənənələrini, mədəniyyətlərini əlindən almağa çalışan əmmaməli mollalar bununla güneyli soydaşlarımıza qarşı düşmən xislətlərini ortaya qoymuş olurlar. Bu da səbəbsiz deyil, molla rejimi hakimiyyətə gələrkən onlara qəti etirazlarını bildirən güneyli soydaşlarımız oldu. Sərt etirazın ağır nəticəsi olaraq molla rejimi minlərlə azərbaycanlını qətlə yetirdi, on minlərlə insanı isə həbsxanalara saldı, evlərini –eşiklərini qarət etdi. Amma güneyli soydaşlarımızın mübarizə əzmini qıra bilmədi, mübarizə bu gün də davam etməkdədir.Görünən ondan ibarətdir ki, güneyli soydaşlarımız öz haqq və hüquqları uğrunda daim mübarizə aparıblar. 1905-ci il Səttərxan, Şeyx Məhəmməd Xiyabani hərəkatı, 1945-ci ildə isə Pişəvəri inqilabı baş verib. Pişəvəri hərəkatı güneyli soydaşlarımızın parlaq dövlətçiliklərini qurmaqla yekunlaşdı. Bu dövlət bir il yaşadı. Təəssüf ki, o vaxtkı SSRİ rəhbərliyinin İran rejimi ilə sıx işbirliyi milli hökumətin süqutu ilə yekublaşdı. Bir illik dövlətçilik tarixində Pişəvəri hökuməti qadınlarla kişiləri bərabər hüquqlara malik olmasına dair qanun qəbul etdi. Milli Məclis yaradıldı, Milli Ordu formalaşdı, Dövlətin bayrağı yaradıldı, demokratik seçki qanunu qəbul edildi, Azərbaycan dili rəsmi dövlət dili elan olundu. Dilimiz rəsmi dövlət dili oldu. Demokratik milli hökumət devrilsə də, ümidlər sonsuzdur ki, Güneydə müstəqil, azad dövlət yaradılacaq. Bu gün Güneydə 6 aya yaxındır ki, davam edən və bütün dünya azərbaycanlılarının dəstək verdiyi mücadilə onu deməyə əsas verir ki, bəlkə də yaxın vaxtlarda milli dövlətin yaradıldığı elan olunacaq.Mövcud reallıq ondan ibarətdir ki, fars- molla rejimi ilə erməni qardaşlığının tarixi uzun illərə gedib çıxır. Əsasən də 1991- ci ildə Azərbaycanın müstəqillik əldə etməsi molla rejiminin ölkəmizə qarşı düşmən siyasətinin daha amansız forma almasına rəvac verdi. Hər vəchlə ermənilərə hərbi-siyasi dəstək göstərməklə torpaqlarımızın işğal edilməsinə yardımçı oldu. Hətta ermənilərlə müəyyən siyasi oyunlar qurmaqla Azərbaycanın başını qarışdırmağa və bununla da ərazilərimizin zəbt edilməsinə köməklik göstərdi. Yada salmaq lazımdır ki, 1992- ci ildə Şuşa işğal olunanda Azərbaycan Respublikasının Milli Məclisinin sədri, eləcə də prezident səlahiyyətlərini icra edən Yaqub Məmmədov Tehranda idi. Orada Ermənistan prezidenti Ter-Petrosyanla cəbhəddə atəşkəsə nail olunması ilə bağlı müqavilə imzalayırdı. Belə məqamda Şuşa işğal olundu. Bu, nə deməkdir? Yəni İran Yaqub Məmmədovu aldadaraq Tehrana apardı, ermənilər də asanlıqla Şuşanı işğal etdilər. 20 noyabr 1991-ci ildə Qarakənd səmasında Azərbaycanın dövlət rəsmilərinin və Rusiya hərbçilərinin olduğu vertolyotun vurulmasında da molla rejiminin əli vardı. Sübut olunub ki, terror aktını törədən 17 nəfərdən biri “SEPAH”-ın əməkdaşıdır. Həmin terror aktını törədən şəxsləri fars – molla rejimi maneəsiz öz ərazisinə keçirdi. İşğalın davam etdiyi dövrdə molla rejimi Ermənistanı bu və ya digər formada dəstəkləyirdi. Hər gün ermənilər heç bir viza, şərt tələb olunmadan Xudafərin körpüsü vasitəsi ilə Tehrana və digər şəhərlərə gedib gəlirdilər. Bu, həm də onu göstərirdi ki, molla rejimi burada ermənilərin maraqlarını təmsil edirdi. O zaman Ermənistan Rusiya üçün İrana silah ötürməklə bağlı ən yaxşı yol hesab olunurdu. Müxtəlif silahlar, yardımları məhz Rusiya Ermənistan vasitəsi ilə Tehrana çatdırırdı.

İslamın molla-rejiminə heç bir aidiyyatı yoxdur

Molla rejimi özünü islam respublikası elan edib. Bu respublikanın banisi ayətullah Xomeneyidir. Xomeneyidən qalma ideologiyaya görə, (bu, həm də xomeneyizm ideologiyası adlanır) müsəlmanın müsəlmandan yaxın dostu yoxdur. İdeologiyanın birinci şərti budur. Amma molla rejiminin indiki və əvvəlki prezidentlərinin apardıqları siyasətə nəzər yetirdikdə, bu ideologiyanın ayaqlar altında tapdalandığını görmək olar. Hazırkı prezident İbrahim Rəisi və əvvəlki terror başçıları özlərini Xomeneyinin davamçıları kimi cəmiyyətlərinə sırımağa çalıblar. Amma onlar Xomeneyizm ideologiyasının birinci prinsipini - Azərbaycanın torpaqlarını işğal edib, 1 milyondan çox insanı ev-eşiyindən didərgin salmış Ermənistanla geniş əməkdaşiıq münasibətləri qurmaqla pozubdur. Bu gün xomeneyizm ideologiyasının mühüm prinsiplərindən biri də islam inqilabının ixracıdır. Amma burada da fərqli mövqe görünür. Yəməndə, Misirdə, Tunisdə inqilablar baş verəndə molla rejimi elan etdi ki, bu, xomeneyizm ideologiyasına əsasən İran inqilabının ixracının təntənəsidir. Molla rejimi Suriyaya qarşı münasibətdə isə əks-mövqe sərgilədi. Halbuki oxşar ssenari, oxşar proseslərdir. Deməli, lazım gələndə, siyasətdə xomeneyist də olmaq olar, başqa halda isə xomeneyzim ideologiyasının əleyhinə siyasət yürütmək də olar. Molla rejiminin ali dini rəhbərliyinin apardığı bu yanlış siyasət regionda vəziyyəti gərginləşdirməklə yanaşı, islam dünyasında da parçalanma yaratmağa xidmət edir. Bu nöqteyi-nəzərdən o qənaətə gəlmək olar ki, əgər yaxın qonşu müsəlman dövləti olan molla rejimi ikili siyasət yeridirsə, o zaman Azərbaycandan uzaq olan ərəb dövlətlərindən Ermənistana qarşı sərt mövqe sərgiləyəcəklərini gözləmək olarmı?Azərbaycanın regionun lider dövlətinə çevrilməsi beynəlxalq münasibətlər sistemində söz sahibi olması da ölkəmizə qarşı qısqanclıq hissinin yaranmasına səbəb olur. Bəzi dövlətlər zahirən özlərini dost ölkə kimi göstərsələr də, əslində, Azərbaycanın dünyada artan gücü, yüksələn iqtisadi potensialı onları narahat edir. Bir çox müsəlman ölkələrində hakimiyyət ilə xalq arasında dərin uçurum yaranıb. Onlar bundan da qısqanırlar ki, Azərbaycan sabit, sakit dövlətdir. Azərbaycanda milli birlik, mövcuddur. Həm də Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə Ermənistanın 30 il ərzində işğal altında saxladığı torpaqlarını azad etməsi molla rejimini, eləcə də əmmaməli mollalar kimi düşünən qüvvələri ciddi narahat edir. Bu səbəbdən də, Azərbaycana qarşı məkrli və terrorizm siyasəti aparırlar. İngiltərə, Fransa və nəhayət, Tehranda səfirliyimizə edilən xain hücumlar ölkəmizin dünyada artan nüfuzuna, gücündən və qüdrətindən narahat olmalarından irəli gəlir. Yanvarın 27-də Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə edilən terror hücumu nəticəsində bir nəfər səfirlik əməkdaşı şəhid edildi, iki nəfər isə ağır yaralandı. Bu günə qədər də molla rejimi səfirliyə edilən xain hücuma düz-əməlli izahat verməyib, həm də dövlət səviyyəsində üzr istənilməyib. Azərbaycan səfirliyinin ərazisi Azərbaycan Respublikasının ərazisi sayıldığı üçün terror aksiyası, eyni zamanda, Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı qəsd kimi qəbul edilməli, sifarişçilərin və icraçıların tez bir zamanda Azərbaycan Respublikasının ədalət məhkəməsi qarşısında dayanması istiqamətində beynəlxalq müstəvidə məsələ qaldırılmalıdır. Azərbaycan səfirliyinə hücum, baş verən terror aksiyası ilə bağlı Beynəlxalq Məhkəməyə müraciət olunmalı, 1961-ci il Vyana Konvensiyasının 22, 23, 24, 25, 27, 29, 31, 37, 47-ci maddələrinin, Konsulluq münasibətləri haqqında 1963-cü il Vyana Konvensiyasının 28, 30, 31, 37, 47-ci maddələrinin, Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın 4 və 7-ci maddələrinin və BMT Nizamnaməsinin 3 və 4-cü fəsillərinin 2 və 33-cü maddələrinə əsasən, molla rejiminə qarşı iddia qaldırılmalıdır. Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum BMT, NATO, Avropa İttifaqı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, o cümlədən 60-dan çox ölkənin dövlət başçıları, xarici işlər nazirləri və səfirləri tərəfindən terror aktı kimi pislənmişdir.Molla rejiminin beynəlxalq hüquq baxımdan üzr istəməməsi və bu azmış kimi terrorçuya müəyyən məsələlərdə himayədarlıq etməsi onu deməyə əsas verir ki, terror aktının törədilməsində mollaların rolu var. Bu isə birbaşa molla rejiminin cani və quldur bir rejim olduğunu təsdiqləyir. Söz yox ki, Azərbaycan dövləti səfirliyə qarşı törədilən terror aktının geniş şəkildə pislənməsi və terror aktını törədənlərin cəzalandırılması üçün bütün müvafiq beynəlxalq platformalardan istifadə edəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin Tehrandakı səfirliyinə xain hücumla əlaqədar tviterdə paylaşımda Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıb. Paylaşımda deyilir: "Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!" Dövlət başçımız bu hücumu beynəlxalq hüquq normalarına sığmayan qatı cinayət olaraq qiymətləndirib.

Bir sözlə, fars- molla rejimi dünyanı terrorla təhdid etməkdədir. Bu isə onu deməyə əsas verir ki, molla rejimi nə qədər ki mövcuddur, bəşəriyyət dinclik tapmayacaq. Hər zaman dünyanın hər hansı bölgəsində fars - molla rejiminin maliyyə yardımı və hərbi dəstəyi ilə terror aktları baş verəcək. Nəticədə minlərlə insan həyatını itirəcək, şəhərlər viran olacaq. Qeyd etdiyim kimi, gözlənilən dəhşətli fəlakətlərin qarşısının alınması üçün birliyə və bərabərliyə ehtiyac var.

İ.ƏLİYEV

Digər xəbərlər