Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Milli Məclisin 17 saylı Yasamal 3-cü seçki dairəsinin deputatl Elnur Allahverdiyev və Yasamal rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə ümummili lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan ali və orta ixtisas təhsil müəssisələrinin komandaları arasında idmanın şahmat, dama, stolüstü tennis, basketbol, voleybol və mini-futbol növləri üzrə yarışların açılış mərasimi baş tutub.Açılış mərasimində YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, “İnşaatçılar pr.45” (Azərbaycan Dövlət Pedaqoji Kolleci) ünvanı üzrə ərazi partiya təşkialtının sədri İsrayıl İsgəndərov və Yasamal rayonunda yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin idman klublarının sədrləri iştrak edib.Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.İştirakçılarını salamlayaraq giriş sözü ilə çıxış edən “İnşaatçılar pr.45” (Azərbaycan Dövlət Pedaqoji Kolleci) ünvanı üzrə ərazi partiya təşkialtının sədri İsrayıl İsgəndərov qeyd edib ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük uğurlar qazanılır. İdman siyasətinin düzgün müəyyən olunması sayəsində bu sahədə uğurlarımız ildən-ilə artır. Ölkəmiz artıq beynəlxalq səviyyədə idman tədbirlərinin keçirildiyi bir ölkəyə çevrilmişdir. Fərəh hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutub.Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev iştirakçıları salamlayaraq iclasın baş tutmasının əsas səbəbinin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərncamından irəli gəlməsini bildirib. Qeyd olunub ki, ulu öndər Heydər Əliyev ölkəmizdə bir çox sahələr kimi, idmanın da inkişafı istiqamətində mühüm işlər həyata keçirib. Müxtəlif dövrlərdə respublikamıza rəhbərlik edən dahi şəxsiyyətin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan əsl idman ölkəsinə çevrilib. Olimpiya hərəkatının inkişafına xüsusi önəm verən ümummilli liderin diqqət və qayğısı nəticəsində idmançılarımız beynəlxalq arenalarda yüksək naliyyətlər qazanıblar. Bütün sahələrdə olduğu kimi idman sahəsində də ulu öndər Heydər Əliyevin siyasətini layiqincə davam etdirən Prezident cənab İlham Əliyev gəncliyin inkişafına xüsusi diqqət yetirir. Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da yorulmaz, uğurlu fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Çıxışının sonunda B.Nəbiyev komandalara və bütün idmançılara uğurlar arzu edib.
Çıxış edən Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov bildirib ki, hər bir dövlətin gənc nəsilə verdiyi dəyər gənclərin inkişafında mühüm əhəmiyyət kəsb edir. Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin əsasını qoyması və inkişaf strategiyasını müəyyən etməsi tarixi uğurlarımızdandır. Məhz bunda sonra Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı nəticəsində gənclərimiz beynəlxalq arenada ölkəmizi yüksək səviyyədə təmsil edərək Azərbaycanın mühüm nailiyyətlər qazanmasında yaxından iştirak edirlər.
Qeyd edək ki, idman yarışlarına stolüstü tennis növü üzrə start verilib.