Siyasət

  • 1 405

"Təxribatlar Ermənistanın sülh prosesindən uzaq olduğunu göstərir" MÜNASİBƏT

image

“Aprelin 11-də ermənilərin törətdiyi təxribat əvvəlcədən planlaşdırılmışdı. Hesab edirəm ki, bu təxribat Sankt-Peterburqda MDB Parlament Assambleyasının iclası ərəfəsində planlaşdırılması Ermənistanın sülh prosesindən uzaq olduğunu göstərir. Ümumiyyətlə, yolu azmış iki hərbçimizin əsir götürməsi və onlara işgəncələr verərək çəkiliş edib sosial şəbəkələrdə yayması, İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa Çempionatının açılış mərasiminə gətirilən Azərbaycan bayrağının yandırılması, yarışlarda iştirak edən ölkələrin bayrağları arasında asılmış Azərbaycan və Türkiyə bayraqlarını cırıb atılması yeni-yeni təxribat və vandalizm hərəkətlərdir”. Bunu millət vəkili Azər Badamov "Səs" qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, bütün bu təxribatlar Ermənistanın sülh prosesindən uzaq olduğunu göstərir: “Ermənilərin içində azərofobiya, türkfobiya, düşmənçilik hədsiz dərəcədə çoxdur. Onlar ancaq başından dəmir yumruq dəyəndə sakitləşirlər və müəyyən müddətə səslərini çıxartmırlar. Təbii ki, düşmənin hər bir təxribatının qarşısı çox ciddi şəkildə alınır. Ermənistan elə bilir ki, təxribatlar törətməklə sülh müqaviləsi imzalamadan prosesi dondura biləcəkdir. Belə təxribatlar ancaq Ermənistanı məhv edir, inkişafdan geri salır və dünyada özünü biabır edir. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmişdir və Ermənistanın istəyib-istəməməsindən asılı olmayaraq öz sərhədlərini yavaş-yavaş möhkəmləndirir, yarımçıq qalmış məslələri yoluna qoyur. Qarabağda yerləşdirilmiş sülhməramlılar da zaman yetişəndə çıxarılacaq, separatçıların əlindəki silah-sursat da yığışdırılacaq və Ermənistanla sərhədimizə nəzarətimizi tam şəkildə bərpa edilərək təhlükəsizlik təmin ediləcəkdir. Dalanda qalan isə Ermənistan olacaqdır”.

GÜLYANƏ

Digər xəbərlər