PDF Oxu

Siyasət

  • 2 090

Dost ölkə və əsl etibarlı tərəfdaş: Azərbaycan -Bosniya və Herseqovina TƏHLİL

Dost ölkə və əsl etibarlı tərəfdaş: Azərbaycan -Bosniya və Herseqovina TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: “Strateji tərəfdaşlıq əlaqələri hər iki ölkənin üzərinə çox böyük məsuliyyət qoyur”

“Strateji tərəfdaşlıq əlaqələri xüsusi əlaqələrdir. Bu, hər iki ölkənin üzərinə çox böyük məsuliyyət qoyur. Biz bu məsuliyyətə hazırıq”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də Sarayevoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç ilə mətbuata bəyanatında bildirib."Əminəm ki, Bosniya və Herseqovina və Azərbaycan, sözün əsl mənasında, strateji tərəfdaşlar kimi bundan sonra birgə fəaliyyət göstərəcək", - deyə dövlət başçısı vurğulayıb.

AZƏRBAYCAN ETİBARLI, CİDDİ VƏ BÖYÜK UĞURLARA İMZA ATMIŞ TƏRƏFDAŞ ÖLKƏDİR

Bu gün Azərbaycan dünyanın ən nüfuzlu və sabit inkişaf etməkdə olan ölkələri arasında öz yerini kifayət qədər möhkəmləndirib. Bu da, təbii ki, müstəqillik illərində ümummilli lider Heydər Əliyevin formalaşdırdığı uğurlu daxili və xarici siyasət, eləcə də son 19 ildə Prezident İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən siyasi xəttin sayəsində mümkün olub. Xüsusi olaraq vurğulamaq lazımdır ki, iki il əvvələ qədər Azərbaycan dünyada Cənubi Qafqazın iqtisadi və hərbi gücü, nəhəng enerji və nəqliyyat infrastrukturlarının müəllifi, regionda söz sahibi olan aparıcı dövlət kimi tanınırdı. 2020-ci ilin Vətən müharibəsində isə bunların sırasına biri də əlavə olundu: Cənubi Qafqazın qalib dövləti. 44 günlük müharibədə qazanılan qələbə Azərbaycana dünyada olan ehtiramı daha da gücləndirdi, dövlətimizin nüfuzunu daha da artırdı. Azərbaycan öz gücü ilə tarixi ədaləti bərpa edib və yeni reallıqlar yaradıb. Bu isə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan, haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası yolunda, Güclü Orduya, iqtisadi gücə malik olan ölkə kimi tanınır, sözünə etibar olunur. Və bunun nəticəsidir ki, Azərbaycanın dünyadakı dostlarının sayı artmaqdadır həmçinin, beynəlxalq təşkilatlarda fəaliyyəti çox müsbətdir. Belə ki, Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bosniya və Herseqovina ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir.

AZƏRBAYCAN MÜSTƏQİL DÖVLƏTDİR VƏ MÜSTƏQİL XARİCİ SİYASƏT HƏYATA KEÇİRİR

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayır ki, Azərbaycan müstəqil dövlətdir və müstəqil xarici siyasət həyata keçirir: “Bizim siyasətimiz müstəqil siyasətdir, Azərbaycan xalqının maraqlarını təmin edir və uğurla təmin edir”. Bəli, hazırda Azərbaycanı beynəlxalq münasibətlər sistemində səciyyələndirən əsas cəhətlərdən biri ölkəmizin milli mənafeyə əsaslanan müstəqil xarici siyasət yürütməsidir. Azərbaycan iqtidarı ölkənin strateji inkişaf hədəflərini, o cümlədən də xarici siyasətini məhz milli maraqlara uyğun müəyyənləşdirib və ölkəmizin, xalqımızın maraqlarını yüksək səviyyədə təmin etmək üçün daim qətiyyət nümayiş etdirir. Respublikamızın ardıcıllıqla həyata keçirdiyi uğurlu xarici siyasət Prezident İlham Əliyevin müəyyənləşdirdiyi belə bir fundamental amilə əsaslanır ki, ölkələr, xalqlar arasında münasibətlər və müxtəlif əməkdaşlıq formatları bərabərlik və qarşılıqlı faydalılıq kimi prinsiplər əsasında qurulmalıdır. Azərbaycan da özünün xarici siyasətində məhz bu mövqedən çıxış edərək regional və qlobal əməkdaşlığa, dünyada sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verir. Dövlət başçımızın söyəldiyi kimi, biz bütün ölkələrlə qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında münasibətlər qurmuşuq: "...Bizim siyasətimiz müstəqil siyasətdir, Azərbaycan xalqının maraqlarını təmin edir və uğurla təmin edir. Biz bütün ölkələrlə qarşılıqlı hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında münasibətlər qurmuşuq və Ermənistandan başqa bizim heç bir ölkə ilə heç bir problemimiz yoxdur”.Bu baxımdan, Prezident İlham Əliyevin aprelin 13-də Bosniya və Hersoqovinaya rəsmi səfəri ölkələrimiz arasında əlaqələrin daha da inkişafı və dərinləşməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Bosniya və Hersoqovina arasında səmimi əlaqələr mövcuddur. Qeyd edək ki, bir ay öncə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçin ölkəmizə səfər etmişdi. Bu baxımdan Prezident İlham Əliyevin Sarayevoya səfəri ölkələrimiz arasında mövcud olan əlaqələrin daha da inkişaf etdirilərək strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması baxımından olduqca vacibdir. Həmçinin, iki il yarım bundan əvvəl Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı öz ərazi bütövlüyünü bərpa edəndə Bosniya və Herseqovina qətiyyətli şəkildə Azərbaycanın haqq işini dəstəkləyib. Bütün bunlar iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərinin möhkəmlənməsi baxımından atılmış mühüm addımlardır”.

Millət vəkili bildirib ki, son vaxtlar Azərbaycanla Bosniya və Herseqovina arasında ticari-iqtisadi əlaqələrin inkişafında yüksək dinamizm özünü göstərir: “Azərbaycanla Bosniya və Herseqovina arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə bu mənada çox ciddi və perspektivli bir sənəd kimi iki ölkə arasında gələcək inkişafın istiqamətlərini müəyyənləşdirib. Bu Bəyannamə ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində mühüm rol oynayacaq. Strateji tərəfdaşlığın əhəmiyyətini xüsusi vurğulayan Prezident İlham Əliyev çıxışında “Strateji tərəfdaşlıq əlaqələri xüsusi əlaqələrdir. Bu, hər iki ölkənin üzərinə çox böyük məsuliyyət qoyur. Biz bu məsuliyyətə hazırıq. Əminəm ki, Bosniya və Herseqovina və Azərbaycan, sözün əsl mənasında, strateji tərəfdaşlar kimi bundan sonra birgə fəaliyyət göstərəcək”.

BU, HƏR İKİ ÖLKƏNİN ÜZƏRİNƏ ÇOX BÖYÜK MƏSULİYYƏT QOYUR. BİZ BU MƏSULİYYƏTƏ HAZIRIQ

Sözü imzası qədər dəyərli və keçərli olan Prezident İlham Əliyevin son 19 il prezidentlik fəaliyyəti və əldə olunan nailiyyətlər bu faktorun təsdiqidir. Azərbaycan Prezidenti çıxışlarında da dəfələrlə qeyd edir ki, “Bizim sözümüz imzamız qədər keçərlidir”. Bəli, keçərli olduğu qədər həm də dəyərlidir və nəyi, nə zaman və necə etməyi hamıdan yaxşı bilən qətiyyətli və qüdrətli öz haqlı yolundan döndərə bilməz. Prezident İlham Əliyev Azərbaycanla Bosniya və Herseqovina arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamədə də bildirmişdir ki, Bosniya və Herseqovina-Azərbaycan əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək: “Xüsusilə işğal dövründə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı Bosniya və Herseqovinanın mövqeyi bizim üçün çox önəmli idi”. Dövlət başçımız Bosniya və Herseqovina ilə münasibətlərimizin yeni səhifəsinin başlandığını deyərək bildirmişdir ki, strateji tərəfdaşlıq əlaqələri xüsusi əlaqələrdir: “Bu, hər iki ölkənin üzərinə çox böyük məsuliyyət qoyur. Biz bu məsuliyyətə hazırıq. Əminəm ki, Bosniya və Herseqovina və Azərbaycan, sözün əsl mənasında, strateji tərəfdaşlar kimi bundan sonra birgə fəaliyyət göstərəcək”.

Dövlət başçımızın dost ölkələrə hər səfəri zamanı imzaladığı sənədlər və əldə olunan razılaşmalar müstəsna əhəmiyyətə malik olmaqla yanaşı, əlaqələrin sağlam təməl üzərində qurulmasına şərait yaradır. Ən əsası isə, Azərbaycanın Cənubi Qafqazın lider dövləti olması bütün dünyada etiraf olunan həqiqətdir. Azərbaycan Prezidenti ilə görüşən hər bir dövlət başçısı ölkəmizlə əməkdaşlığa böyük önəm verdiklərini bəyan edirlər. Prezident İlham Əliyevin Bosniya və Herseqovina dövlət səfəri bunları bir daha təsdiq etdi. Azərbaycan Avropada daha bir strateji tərəfdaş qazandı və ökəmizin başçısı vurğulayıb ki, “Strateji tərəfdaşlıq əlaqələri xüsusi əlaqələrdir. Bu, hər iki ölkənin üzərinə çox böyük məsuliyyət qoyur. Biz bu məsuliyyətə hazırıq. Əminəm ki, Bosniya və Herseqovina və Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlar kimi bundan sonra birgə fəaliyyət göstərəcək".

Bir sözlə, bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanla Bosniya və Herseqovina arasındakı münasibətlərin ikitərəfli və beynəlxalq miqyasda daha da möhkəmlənməsinə müsbət təsir göstərəcək.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər