PDF Oxu

Siyasət

  • 4 239

Şəhid Sayad Hacıyev Azad oğlunun ailəsi ziyarət olunub FOTOLAR

Şəhid Sayad Hacıyev Azad oğlunun ailəsi ziyarət olunub FOTOLAR

Yeni Azərbaycan Partiyası(YAP) Şuşa rayon təşkilatının 37 nömrəli ərazi partiya təşkilatın üzvləri,Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Şuşa rayon Mədəniyyət evinin kollektivi şəhid Sayad Hacıyev Azad oğlunun ailəsini ziyarət ediblər. Görüş zamanı şəhidin həyat yolundan və döyüşlər zamanı qəhrəmanlığından söz açılıb. Şəhidin ailəsi şəhid ailələrinə, qazilərə göstərdikləri diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər. Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Sayad Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.Sayad Hacıyev oktyabrın 17-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Bazar kəndində torpağa tapşırılıb.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020 ci il Sərəncamı ilə "Vətən uğrunda "medalı və "Suqovuşanın azad olunmasına görə medalı"ilə və 24 iyun 2021 ci il Sərəncamıyla "Cəsur döyüşçü"medalıyla təltif olunmuşdur.

Digər xəbərlər