PDF Oxu

Siyasət

  • 3 311

Tərtərdə növbəti ağacəkmə aksiyası keçirilib FOTOLAR

Tərtərdə növbəti ağacəkmə aksiyası keçirilib FOTOLAR

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Umummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına əsasən aprel ayının 17-də rayon icra hakimiyyətinin və YAP Tərtər rayon təşkilatının birgə təşkilatçılığı ilə şəhərin Mahir Əsədov küçəsində ağacəkmə aksiyası keçirilib. Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, bir qrup YAP fəalı, rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların, Kommunal Təsərrüfatı İdarəsinin əməkdaşları, İƏD üzrə nümayəndələr, şəhər sakinləri iştirak ediblər. Ağacəkmə aksiyasında iştirak edən rayon rəhbəri bildirib ki, təbiətin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Aksiya çərçivəsində 375 ədəd Eldar şamı əkilib.

Digər xəbərlər