PDF Oxu

Siyasət

  • 3 807

Yasamalda mini-futbol üzrə yarışlara start verilib FOTOLAR

Yasamalda mini-futbol üzrə yarışlara start verilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Milli Məclisin 17 saylı Yasamal 3-cü seçki dairəsinin deputatl Elnur Allahverdiyev və Yasamal rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə ümummili lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan ali və orta ixtisas təhsil müəssisələrinin komandaları arasında Yasamal rayonunda yerləşən Şuşa məktəbinin stadionunda idmanın mini-futbol növü üzrə yarışlarına start verilib.Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü Bayram Aslanov, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, Yasamal rayonunda yerləşən ali, orta ixtisas təhsil müəssisələrinin idman klublarının nümayəndələri iştrak edib.Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.İştirakçıları salamlayaraq giriş nitqi ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasını və mötəbər arenalarda bayrağımızın dalğalanmasını biz şərəf və qürürla seyr ediriksə, bütün bu naliyyətlərin təməlində məhz əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu idman siyasətinin dayandığını yaxşı bilirik. Dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsl formalaşdırılır. Sözsüz ki, bu formalaşdırılırmış nəsil də vətənimizin sağlam gələcəyi deməkdir. Bildiyimiz kimi, gənclik və idman bir-brini tamamlayan məfhumlardır. Müasir gənclərin hərtərəfli formalaşmış, rəqabətədavamlı yetişdiriliməsi məhz dövlətin uğurlu gənclər siyasətinin davamıdır. Gənclərimiz tək idman deyil, bütün sferalarda aktiv rolu ilə seçilir, ictimai-siyasi, sosial-iqtisadi tədbirlərin təbliğində də mühüm rol oynayırlar. Bütün bunlar ölkə başçısı İlham Əliyevin və Birinci Vitse- prezident Mehriban xanım Əliyevanın gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanların, yüksək diqqət və qayğının nəticəsidir. Çıxışnın sonunda B.Nəbiyev yarışda iştirak edən komandalara uğurlar arzu edib.Çıxış edən Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti ölkəmizi hazırda bu sahə üzrə inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanıdır. 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra ölkəmizdə Olimpiya hərəkatı, bədən tərbiyəsi və idmanın inkişafı yeni mərhələyə qədəm qoydu. Azərbaycanın beynəlxalq Olimpiya hərəkatına fəal qoşulması sayəsində ölkəmiz böyük idman potensialına malik olduğunu nümayiş etdirdi. İdman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri hesab olunur.Çıxış edən Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü Bayram Aslanov qeyd edib ki, son 30 il ərzində qazanılmış çoxsaylı medallar və Azərbaycanın bütün dünyada idman ölkəsi kimi tanınınıb, nüfuz qazanması ölkə idmanının əvəzolunmaz sərvətidir. Bütün bunlar Azərbaycan müstəqillik qazandığı ilk illərdə ulu öndər Heydər Əliyevin təməlini qoyduğu idman siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurlu davamı və nəticəsidir. Əminik ki, Azərbaycan idmanı bundan sonra da sürətlə inkişaf edəcək və mötəbər arenalarda bayrağımız əbədi dalğalanacaqdır.

Digər xəbərlər