Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal rayon İcra Hakimiyyəti, Milli Məclisin 17 saylı Yasamal 3-cü seçki dairəsinin deputatl Elnur Allahverdiyev və Yasamal rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan ali və orta ixtisas təhsil müəssisələrinin komandaları arasında silsilə idman yarışları davam edir. Bu gün 1 Nömrəli Bakı Tibb Kollecində dama idman növü üzrə yarışa start verilib. Yarışda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal rayon Gənclər və İdman idarəsinin rəisi İlham Səfərov, 1 Nömrəli Bakı Tibb Kollecinin direktoru Nailə Əliyeva iştirak edib.İlk öncə Dövlət Himninin səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Giriş nitqi ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, ümummilli lider Heydər Əliyev idmanın, bədən tərbiyəsinin inkişafını hər bir sivilizasiyalı xalqın ali ideallarının təcəssümü olmaqla yanaşı, həm də dövlətin beynəlxalq nüfuz və mövqelərinin təntənəsi kimi qiymətləndirirdi. Onun sözlərinə görə, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlayaraq, daim respublikamızın idman imicinin yüksəlməsinə çalışıb. İdmana dövlət qayğısı daha da artırılıb, ölkəmizin iqtisadi inkişafına, artan maliyyə imkanlarına uyğun olaraq onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda ciddi işlərə başlanılıb. Rayon təşkilatının sədri artıq azad olunan torpaqlarda da idman yarışlarının təşkil olunduğunu qürur hissi ilə vurğulayıb. Sonda yarış iştirakçılarının hər birinə uğurlar arzulanıb. Çıxışının sonunda B.Nəbiyev yarış iştirakçılarına uğurlar arzu edib.
Yasamal rayon Gənclər və İdman idarəsinin rəisi İlham Səfərov çıxışında ölkəmizdə bütün sahələrdə mühaşidə olunan inkişafdan söz açaraq idmanın bu sahələr içində öndə olduğunu vurğulayıb. Onun sözlərinə görə, ölkə idmanı, xüsusilə, son illərdə böyük inkişaf yolu keçib ki, bunun da nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. İ.Səfərov bildirib ki, Azərbaycanda dama həmişə populyar idman növü olub.