“Ermənilərin 10 noyabrdan sonra törətdikləri bütün təxribatların qarşısı Müzəffər ordumuzun qətiyyəti sayəsində uğurla alınıb. Hər dəfə də erməni tərəfi rüsvayçı cavab alıb”. Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov “Səs” qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, ermənilərin böyük “ bacıları” Fransanın üstünə ağlamaqdan başqa yolları olmayıb: “Azərbaycan ordusu erməni təxribatlarının qarşısını almağa daim hazırdır və eyni zamanda, bu təxribatlara birdəfəlik son verməyin yolunu da bilir. Lakin müzəffər Ali Baş Komandan İlham Əliyev bu gün gedən sülh prosesinə sadiqdir və əsl siyasətçi olaraq bir daha erməniləri dinc yaşamağa dəvət edir. Lakin ermənilər ona uzadılan bu humanist addımlara bu cür təxribatla cavab vermələrini davam etdirsələr, Ali Baş Komandan ordumuzun gücü ilə “Dəmir yumruğu” necə və nə zaman endirməyin zamanını uzatmadan ermənilərin başına endirəcəkdir. Çox təəssüflər ki, xain erməni təxribatları zamanı gənc hərbçilərimiz də şəhid olmuşlar. Allah onlara rəhmət eləsin! Ailələrinə səbr arzulayır və analarının qarşısında baş əyirəm”.
GÜLYANƏ