PDF Oxu

Siyasət

  • 17 946

“Növbəti görüş Rusiyada keçiriləcək” MÜNASİBƏT

“Növbəti görüş Rusiyada keçiriləcək” MÜNASİBƏT

“Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə “Azərbaycan və Ermənistan danışıqların növbəti raundunun Rusiyada keçirilməsi ilə bağlı razılıq verib. Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması ilə bağlı danışıqların növbəti raundunun Rusiyada keçirilməsi ilə bağlı tərəflərin razılığı var”. Bunu "Səs" qəzetinə açıqlamasında siyasi ekspert Abutalıb Səmədov deyib.
Onun sözlərinə görə, Rusiya XİN sözçüsü danışıqların növbəti raundunun tarixini açıqlamayıb. Bildirib ki, vaxt konkretləşən kimi məlumat veriləcək: "Bizim sülh müqaviləsinin hazırlanması ilə bağlı Azərbaycan və Ermənistana hərtərəfli köməyimiz azalmayıb. Tərəfdaşlarımız ikitərəfli danışıqların növbəti raundunun bizim ərazimizdə keçirilməsi ilə bağlı təklifimizi qəbul ediblər. Konkret tədbirlərin tarixi barədə yekun razılıq əldə olunandan sonra məlumat verəcəyik. Lakin Zaxarova danışıqların hansı formatda – 3 ölkənin liderləri, yoxsa XİN başçıları səviyyəsində keçiriləcəyini bildirməyib".

GÜLYANƏ

Digər xəbərlər