PDF Oxu

Siyasət

  • 1 821

Yasamalda silsilə idman yarışları davam edir FOTOLAR

Yasamalda silsilə idman yarışları davam edir FOTOLAR

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Milli Məclisin 17 saylı Yasamal 3-cü seçki dairəsinin deputatl Elnur Allahverdiyev və Yasamal rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə ümummili lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan ali və orta ixtisas təhsil müəssisələrinin komandaları arasında silsilə idman yarışları davam edir.Bu gün 1 Nömrəli Bakı Tibb Kollecində şahmat idman növü üzrə yarışa start verilib. Yarışda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və Yasamal rayon Gənclər və İdman idarəsinin rəisi İlham Səfərov iştirak edib.İlk öncə Dövlət Himninin səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edən Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirdi ki, ümummilli lider Heydər Əliyev daim idmançıların cəmiyyət həyatındakı rolunun artmasına, özlərinə layiqli yer tutmalarına xüsusilə diqqət yetirirdi. İdmançılarımızın hər dəfə beynəlxalq arenalarda böyük qələbələr əldə etmələri, Azərbaycan bayrağını ucaltmaları dövlətimizin nüfuzunu daha da artırdı. Ulu Öndər Heydər Əliyevin də idmançılarımızdan gözlədiyi məhz bu möhtəşəm qələbələr və ölkəmizi dünyada təbliğ etmək idi. Bu gün Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına Cənab prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqəti vardır. Cənab Prezidentimiz İlham Əliyevin mətin iradəsi və böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Çıxşının sonunda B.Nəbiyev bütün yarış iştirakçılarına uğurlar arzu edib.

Sonra çıxış edən Yasamal rayon Gənclər və İdman idarəsinin rəisi İlham Səfərov bildirdi ki, ölkəmiz artıq beynəlxalq səviyyədə idman tədbirlərinin keçirildiyi bir ölkəyə çevrilmişdir. Qürur hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan beynəlxalq idman ailəsində layiqli yerini tutmaqdadır. Artıq idmançılarımız beynəlxalq səviyyəli yarışlarda ölkəmizi qalib gəlmiş müzəffər xalqın nümayəndəsi kimi təmsil edir. Bütün bunlar da əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətində özünü ehtiva edir.

Digər xəbərlər