PDF Oxu

Siyasət

  • 2 439

Ulu Öndər uşaqlara böyük qayğı və diqqət göstərib FOTOLAR

Ulu Öndər uşaqlara böyük qayğı və diqqət göstərib FOTOLAR

Yasmal rayonunda “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər davam edir

YAP Yasamal rayon “A.Abbasov küç.6” (158 nömrəli tam orta məktəb) ünvanı üzrə ərazi partiya təşkilatında “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib.Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, millət vəkili Anar İsgəndərov, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, Yasamal Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, “A.Abbasov küç.6” (158 nömrəli tam orta məktəb) ünvanı üzrə ərazi partiya təşkilatnın sədri, 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova, ərazi üzrə Partiyanın üzvləri və şagirdlər iştirak edib.Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 100 illiyi münasibətilə təşkil olunan tədbirin əhəmiyyətini vurğulayan çıxış edənlər bildiriblər ki, Azərbaycanda uşaqların sağlam, firəvan böyüməsi, onların hüquqlarının yüksək səviyyədə qorunmasına xidmət edən dövlət siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hər zaman sonsuz sevgi, minnətdarlıq və qürurla xatırladığımız müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyev daim uşaqlara böyük qayğı və diqqət göstərib, onların ən böyük himayədarı olub. Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə bütün sahələrdə olduğu kimi, uşaq hüquqlarının qorunması, uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı genişmiqyaslı işlər görülüb, müvafiq qanunvericilik aktları qəbul edilib. Uşaqlarla bağlı dövlət siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən çox uğurla həyata keçirilir.

Tədbir musiqili kompozisiya ilə davam edib.Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərmanlar təqdim edilib.

Digər xəbərlər