"Vaxtilə "Qarabağ Ermənistandır və nöqtə" deyən Ermənistan bu gün "Qarabağ Azərbaycandır və nida" sözlərimizi təkrar etməlidir. Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində bir daha təxribatçı Ermənistana mesajını ünvanladı. Prezident İlham Əliyev müsahibəsində bir daha Ermənistana növbəti dərsini keçərək bildirdi ki, Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır!
Dövlət başçımızın söylədiyi kimi, heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın! Çünki İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində Ermənistan, onun havadarları və eyni zamanda, ona dəstək verən ölkələr və qüvvələr bizim iradəmizi, qətiyyətimizi, gücümüzü əyani şəkildə görüblər. Və bu iki il yarım ərzində həm Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində, eyni zamanda, Rusiyanın müvəqqəti qaydada yerləşdirilmiş sülhməramlı qüvvələrinin nəzarətində olan bölgədə bir çox önəmli hadisələrin baş verdiyini deyən dövlətimizin başçısı vurğulayıb: “Biz dəfələrlə göstərmişik ki, bu torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın!".
Bu gün Azərbaycan bayrağının Ermənistanda ağırlıqqaldırma üzrə Avropa çempionatı zamanı yandırılması əvvəlcədən planlaşdırılıb və açılış şousunun tərkib hissəsi olub. Çünki bayrağı yandıran Aram Nikolyan həmin şounun stilistidir. Həmçinin, Ermənistanda Azərbaycana qarşı etnik zəmində kök salmış nifrətin təcəssümüdür. Onu da vurğulamaq istərdim ki, bu aktı törətmiş şəxs ilkin olaraq saxlanılsa da, sonradan təmtəraqlı alqışlarla azad edilməsi ciddi narahatlıq doğurur. Ermənistan tərəfi nifrət zəminində bu cinayəti törətmiş şəxsi dərhal məsuliyyətə cəlb etməlidir.
Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində bir daha seperatçılara mesajını verərək bildirib ki, separatçılara iki seçim: Ya Azərbaycan Bayrağı altında yaşayacaq, ya da: "Separatçılar bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər".
Dövlətimizin başçısı deyib: “Biz separatçıların əsas simalarından olan Serjik Sarkisyanı, Robert Koçaryanı, Seyran Ohanyanı Qarabağdan iti qovan kimi qovmuşuq, onları diz çökdürmüşük. Onlar İkinci Qarabağ müharibəsi zamanı Qarabağa gəlmişdilər, guya bizimlə vuruşmağa gəlmişdilər. Üçü də bizim torpağımızdan dovşan kimi qaçdı, indi heç biri heç burnunu da soxa bilmir nə Xankəndiyə, nə başqa bir yerə".
Qalib Prezidentimiz həmişə olduğu kimi bu dəfə də ermənilər Qalib Azərbaycanın Bayrağının Qarabağda dalğalandığını bildirdi. Ermənilər unutmamalıdırlar ki, bu gün Azərbaycan Bayrağı harada dalğalanır və bu gün Azərbaycan Bayrağı Qarabağda dalğalanır. Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda və neçə-neçə kənddə, yüzlərlə kənddə Azərbaycan Bayrağı dalğalanır. Bu gün Azərbaycan Bayrağı Zəngəzur dağlarında dalğalanır, onu unutmasınlar. O bayrağa onlar yaxınlaşa bilər? O insanabənzər məxluq və onun kimiləri o bayraqlara yaxınlaşa bilər? O bayrağa uzaqdan baxmağa da qorxarlar. Və Ermənistanda Azərbaycan Bayrağını yandırmaqla ermənilər çirkin xislətlərini bütün dünyaya nümayiş etdiriblər.
Bəli, bu gün "Qarabağ Ermənistandır və nöqtə" deyən düşmən bu gün "Qarabağ Azərbaycandır!" deyir. Dövlətimizin başçısı çıxışlarında dəfələrlə vurğulayır ki, bizi yeni müharibə ilə hədələyən düşmən İkinci Qarabağ müharibəsində öz dərsini aldı. «Qarabağ Ermənistandır və nöqtə» deyən düşmən bu gün "Qarabağ Azərbaycandır!" deyir. Bəli, nəyin hesabına? Danışıqlar hesabına yox! Güc hesabına, qüdrət hesabına, Azərbaycan Ordusunun Zəfəri hesabına! Bəli, bu gün məhz Azərbaycan Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyv cənablarının rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgəri döyüşlərdə qəhrəmancasına döyüşə-döyüşə bərkiyərək Güclü Ordumuzun gücü ilə Azərbaycan tarixinə qələbələr yazdı.
"Bu qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. Həm döyüş meydanında, həm danışıqlar masası arxasında biz istədiyimizə nail ola bildik", deyən dövlət başçımızın çıxışlarında dediyi kimi, məhz güclü ordumuzun və rəşadətli əsgərlərimizin şücaəti ilə bu tarixi qələbəni qazandıq. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini hərbi güc hesabına azad edə bilmişik. Bayrağımızı o torpaqlara sancmışıq, bayrağımızı dalğalandırmışıq. Bu gün bütün dünya gördü ki, Azərbaycanın gücü nədən ibarətdir. Həm siyasi sahədə, həm hərbi quruculuq sahəsində, hərbçilərimizin peşəkarlığı sayəsində biz müharibənin ilk günlərindən üstünlüyü əldə etdik və ardıcıllıqla bu son hədəfə qədər uğurla irəliləmişik. Döyüşlər şiddətli xarakter almışdı, düşmən müqavimət göstərirdi. Bunu da hər kəs bilsin, bu 44 gün ərzində əldə edilmiş qələbə bizim hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı hesabına qazanılıb.
Qalib prezidentimiz İlham Əliyevin söylədiyi kimi: "Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!".
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü