PDF Oxu

Siyasət

  • 4 126

Tarix yazan böyük şəxsiyyət - DƏYİRMİ MASA

image

(Əvvəli ötən sayımızda)

“Səs” qəzeti redaksiyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş növbəti “dəyirmi masa” keçirilib

“Səs” qəzetinin redaksiyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Tarix yazan Böyük Şəxsiyyət” mövzusunda “dəyirmi masa” təşkil olunub. “Dəyirmi masa”dakı müzakirələrdə Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, şöhrət ordenli, professor Şahlar Əsgərov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Yeni Azərbaycan Partiyası təftiş komissiyasının üzvü Musa Musayev, tarixçi alim Anar Əliyev və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Gənclər Birliyinin üzvü, hüquqşünas Zaur Quliyev iştirak ediblər.

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, şöhrət ordenli, professor Şahlar Əsgərov hər kəsin Ulu Öndərin dəyərli fikirlərini əzbərləməsinin vacib olduğunu bildirmişdir: Heydər Əliyev deyib ki, əgər hər bir ölkənin vətəndaşları öz hüquqlarını anlayar və qoruya bilərsə, o zaman ən kiçik dövlətlər belə qüdrətli məmləkətlər qədər qüdrətli, güclü olar. İnsanların öz hüquqlarını anlayıb, müdafiə etməsi yalnız təhsil vasitəsilə mümkündür. Bunun başqa yolu yoxdur. Digər bir fikrində isə belə demişdir: “Bizim dövlətimizin gələcəyi gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır".

Bu dəyərli fikirlərdə böyük məna var. Hər biri bir məktəbdir bu fikirlərin. Xalqa, millətə, gəncliyə göstərilən yoldur. Müstəqilliyin necə qorunması, ölkənin necə inkişaf etdirilməsi, ümumilikdə Azərbaycanın xoşbəxt gələcəyinin necə təmin olunması dərsidir.
Ulu Öndərin təhsil sahəsində rolu müstəsnadır. O, bütün sahələrlə yanaşı, təhsil sahəsində fəaliyyət göstərənlərə də böyük diqqət, qayğı göstərmiş, ilk dəfə olaraq "müəllimlər qarşısında baş əyirəm" sözünü işlətmişdir. Bir təhsil işçisi olaraq mən də Ulu Öndərdən çox qayğı görmüşəm. Ümumiyyətlə, hər kəs öz üzərində Onun qayğısını görüb.

Ümumilikdə Heydər Əliyev böyük təcrübəsi olan bir şəxsiyyət idi. Xüsusilə, idarəetmə təcrübəsi çox yüksəkdi. Üstəlik, Heydər Əliyev nəzəri biliklərə də mükəmməl yiyələnmişdi. Onun hələ sovet dövründə etdiyi çıxışlardan da bunu görmək mümkün idi. Buna görə də o, ilk növbədə Azərbaycanda qanunsuz silahlı dəstələrin tərksilah edilməsi barədə qərar verdi: ölkə dövlət tərəfindən idarə olunar, silahlı dəstələr tərəfindən yox.

Bir daha vurğulamaq istəyirəm ki, ziyalıların müraciəti və Heydər Əliyevin cavabı Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Dönüş nöqtəsi olduğu üçün Azərbaycanın taleyi də tamamilə dəyişdi. Bilirsiniz ki, iqtisadiyyatda böyük tənəzzül gedirdi. Bu tənəzzül təqribən 1994-cü ilin axırınadək davam etdi. 1995-ci ildə tənəzül dayandı və iqtisadi tərəqqi başladı. Çörək qıtlığı aradan qalxdı, ölkə qanunsuz silahlı dəstələrdən azad oldu. “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilə nəinki həmin illər, böyük bir epoxa üçün çox önəmli oldu. Azərbaycan ayaq üstdə hələ zəif dayandığı vaxtda öz neftini sataraq gəlir əldə etməyə başladı. Ölkəmiz beynəlxalq proseslərə qoşuldu. 2001-ci ildə Avropa Şurasının üzvü oldu. Heydər Əliyev Strasburqa gedərək orda çıxış etdi. Dedi ki, biz, əlbəttə Avropa dəyərlərini mənimsəməyə gəlmişik. Amma eyni zamanda əliboş gəlməmişik. Biz də öz dəyərlərimizlə gəlmişik. Yəni, Azərbaycan dəyərləri də dünyaya təqdim edildi.

Ulu Öndər xarici səfərlərə gedəndə Azərbaycan xəritəsini də özü ilə götürürdü. Harada çıxış edirdisə, o xəritəni divardan asdırırdı, deyirdi baxın, bura Azərbaycan, bura Ermənistan, bura Qarabağdır. Deyirdi, baxın, bura bizim ərazimizdir. Bizim ərazimizi Ermənistan silahlı qüvvələri zəbt edib. Heydər Əliyev yeri gələndə böyük siyasətçi, yeri gələndə coğrafiya müəllimi, yeri gələndə böyük ağsaqqal idi. Bax, bu yollarla 2003-cü ilədək Heydər Əliyev, 2003-cü ildən sonra isə cənab İlham Əliyev Azərbaycanı gətirib bugünki inkişaf səviyyəsinə çıxardı. Məhz Böyük Şəxsiyyət Heydər Əliyevin idarəetmə məharətinin dərindən öyrənilməsinin, inkişaf konsepsiyasının layiqli şəkildə davam etdirilməsinin bəhrələri idi ki, biz 2020-ci ildə 44 günlük Vətən müharibəsində erməni adlı düşməni torpaqlarımızdan qova bildik. Cənab İlham Əliyevin sərkərdəliyi, Milli Ordumuzun səyi,Azıərbaycanın ötən illərdə yetişdirdiyi gənc nəslin qeyrəti, hünəri, Ali Baş Komandanın hər bir əmrini ləyaqətlə, bacarıql yerinə yerirmləri nəticəsində torpaqlarımız-namusumuz xilas oldu. Bu ağır yükü çiyinlərimizdən ata bildik. Bütün dünya Azərbaycanın hünərinə şahid oldu, heyran qaldı.

Bütün bunların təməlində isə Heydər Əliyev siyasəti dayanır. Ulu Öndər nə qədər ki, Azərbaycan var, yaşayacaqdır. Onun xalqın qəlbində qurduğu abidə əbədi bir abidədir.

Milli Məclisin deputatı Aydın Mirzəzadə vurğuladı ki, Azərbaycanın tarixi 1993-cü il 15 iyunadək və 15 iyundan sonrakı dövrə bölünür. Heydər Əliyevin böyük siyasətə qayıdışı ilə fəlakətlərdən, vətəndaş müharibəsi təhlükəsindən qurtulduq. Bu Qayıdış dövlətçiliyimizi, müstəqilliyimizi itirmək təhlükəsindən qorudu. Eyni zamanda, böyük dövlətlərin əlində siyasi bir alətə çevrilməkdən, torpaqlarımızı itirmək qoruxusundan qorudu. Həmin dövrdə Azərbaycanda olan siyasi qüvvələrin nə müstəqilik, nə dövlətçilik, nə də ki, gələcək inkişafla bağlı hər hansı bir proqramı yox idi. Təcrübəsizlik və milli maraqlara zidd addımlar atmaq Azərbaycan üçün böyük bir fəlakətlər zolağı açmışdır. Heydər Əliyevin hakimiyyətə gəlişi bu fəlakətlərdən Azərbaycanı birmənalı şəkildə qurtardı. Qeyd edim ki, Azərbaycan bir iqtisadi-siyasi sistemdən digərinə keçdi. Sosialist iqtisadiyyatını azad, demokratik bazar iqtisadiyyatı olan bir sistemə keçirdi.

Heydər Əliyev öz dövründə 3 böyük məsələni həll edib. 1993-2003-cü ilə qədər Heydər Əliyevin gördüyü işlər hüquqi və demokratik dövlətin əsasını təşkil edib. 1995-ci ildə Azərbaycan Konstitusiyasına müəlliflik edib, 1996-cı ildə özəlləşməyə start verilib, 1997-ci ildə isə mətbuatdan senzura götürülüb, ölüm hökmü ləğv olunub, 1997-ci ildə Avropa Şurasına qəbul üçün müvafiq addımlar atılıb, Qarabağ probleminin iki dövlət arasındakı münasibətlərdə beynəlxalıq siyasətin gündəliyə salınması və keçirilməsinə səbəb olub. Heydər Əliyev həmin dövrün problemlərini həll edə bilib. Əgər 1993-cü ildə Azərbaycanın büdcəsi dağılmış vəziyyətdə idisə, 2003-cü ildə 1 milyard 200 milyon səviyyəsində büdcə ayrılıb. Heydər Əliyev dövrünün problemlərini həll edib.

İkinci dövrdə gördüyü iş ondan ibarətdir ki, Heydər Əliyev gələcəyə aparan yolu müəyyənləşdirə bilib. Biz Heydər Əliyev yolu ilə gedirik. Nə qədər ki, xalq Heydər Əliyevin yolu ilə gedəcək, o qədər də qələbələr qazanacaq.

Üçüncü vacib məsələ isə Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü böyük işlərdir. Heydər Əliyev Azərbaycanın gedəcəyi yolla bizi aparan komandanı formalaşdırıb. Bu üç məsələ bir-biri ilə üzvü sürətdə bağlıdır. Bu gün cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın problemlərini həll edən, ölkəyə şöhrət gətirən komanda Heydər Əliyev məktəbinin yetirmələridir. Heydər Əliyev məktəbi onun apardığı siyasətin reallığıdır. Bu gün müxalifət belə Heydər Əliyev məktəbinin yetirməsidir. Ulu Öndər onlara siyasi mədəniyyət mübarizəsini öyrətdi.

İndiki inkişaf, nəticələrimiz Heydər Əliyevin 1993-cü il 15 iyunda hakimiyyətə gəlişi ilə başladığı Azərbaycanın 100 illərlə inkişafı yolunun ilk günü idi. Bu gün Azərbaycan nə uğurlar əldə edib? Birincisi, bir millət kimi güclüyük, demokratiyamız, insan hüquqlarımız və azad mətbuatımız var. Həmin dövrdə Heydər Əliyev parlamentə rəhbər seçilərkən bu proqramı ortaya qoydu. Bu gün Azərbaycan iqtisadiyyatı inkişaf edir, ölkə manatı bu gün stabildir və vətəndaşlar ona etibar edirlər. Azərbaycan manatı bu gün xaricdə də nüfuzu olan valyutalardan biridir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək onlarla şəhər, kənd, yüksəklik azad olundu.

2020-ci il noyabrın 8-i isə tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın baş tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi.

Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi. Vətən müharibəsinin 44 günü ərzində dövlətimiz, beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Bütün bunlar təbii ki, Böyük Heydər Əliyev siyasətinin, uzaqgörənliyinin təntənəsidir.

Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü Musa Musayev Azərbayvcanın iqtisadi yüksəlişini belə xarakterizə etdi:

- Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsi olaraq iqtisadiyyatımızın inkişafında neft amilinə yüksək dəyər verildi, malik olduğumuz təbii resurslardan səmərəli istifadə etmək məqsədilə gərgin səylərin nəticəsində 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi” imzalandı. Bununla da Azərbaycanın iqtisadi müstəqilliyinin əsası qoyuldu, siyasi müstəqillik üçün möhkəm təməl formalaşdı. “Əsrin müqaviləsi”nin əhəmiyyətindən bəhs edərkən onun iqtisadi tərəfi ilə yanaşı, siyasi əhəmiyyəti daha çox təhlil edilir. Çünki bu saziş Azərbaycana inamı artırdı, etibarlı tərəfdaş kimi nüfuz qazanmasında mühüm rol oynadı. Təsadüfi deyil ki, “Əsrin müqaviləsi”ndən sonra neçə-neçə neft-qaz sazişləri, Anlaşma Memorandumları imzalanıb. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması, əməkdaşlığın coğrafiyasının regional çərçivədən çıxaraq beynəlxalq müstəvidə inkişafı da deyilənlərin təsdiqidir.

Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri reallığa çevrildi, Cənub Qaz Dəhlizi layihəsi görülən işlərin zirvəsi kimi dəyərləndirilərək reallaşdırıldı. Onun əsas seqmentlərindən olan TANAP və TAP layihələri uğurla icra edilərək istifadəyə verildi. Ulu Öndərin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondu neft-qaz gəlirlərinin idarə olunmasında şəffaflıq prinsipini qoruyaraq mühüm sosial-iqtisadi layihələrin icrasını təmin edir.

Ümummilli Lider Azərbaycanda demokratik cəmiyyətin yaradılması istiqamətində mühüm addımlar atdı. 1995-ci il 12 noyabrda ümumxalq səsverməsi yolu ilə qəbul olunan milli Konstitusiyamız dövlətçiliyimizin əsaslarının yaradılmasında əsas rol oynadı. Demokratik cəmiyyətin varlığının əsas atributları olan insan hüquqlarının qorunması, azad mətbuatın formalaşması, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində atılan addımların uğurlarını bugünkü reallıqlarımızda aydın görürük. Azərbaycanın demokratiya təcrübəsi dünyaya nümunə göstərilir.
Dahi şəxsiyyətin Azərbaycan dövləti qarşısında xidmətlərindən bəhs edərkən onun müstəqil dövlət kimi beynəlxalq aləmdə yeri və rolunun möhkəmlənməsi istiqamətində gördüyü işləri, böyük səyləri nəticəsində Azərbaycanın ətrafında yaradılan informasiya blokadasını yarmasını xüsusi qeyd etməliyik. Ümummilli Lider Qarabağ həqiqətlərini faktlar əsasında beynəlxalq ictimaiyyətə çatdırmaqla erməni yalanlarının ayaq tutub yeriməsinin qarşısını aldı. Bir daha dünyaya sübut edildi ki, Azərbaycan müstəqil dövlətdir, beynəlxalq səviyyədə tanınan ərazilərinin geri qaytarılması, ərazi bütövlüyünün bərpası üçün bütün imkanlardan istifadə edəcək və bu, onun suveren hüququdur.

Məhz Ümummilli Liderin qətiyyətli addımları sayəsində diplomatiyamızın fəal mövqeyi formalaşdı, xarici siyasətimizin əsas məsələsi olan Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin münasibəti dəyişdi, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüququn normativ sənədlərində öz əksini tapdı.

Ulu öndər Heydər Əliyev, eyni zamanda, “Sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır” tezisini önə çəkərək ordu quruculuğu sahəsində önəmli addımlar atdı. Bu faktı xüsusi qeyd etməliyik ki, hələ hakimiyyətinin birinci dövründə Azərbaycanı gələcəkdə müstəqil dövlət kimi görmək istəyən Ümummilli Lider bir sıra mühüm addımlar atmışdır.
Bu ümumiləşdirməni apara bilərik ki, Ümummilli Lider yeni, müasir Azərbaycanı qurdu. O, “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” fikirləri ilə xalqına, dövlətinə bağlılığını ifadə etdi. Onun düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanın gələcəyi üçün möhkəm baza formalaşdı ki, son 20 ildə bu siyasi kursun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan ən yüksək zirvələri fəth edir.

2003-cü ildən başlanan Böyük yolun davamının Azərbaycana qazandırdığı ən böyük uğur 30 ilin işğalına, torpaq həsrətinə son qoyulması, ərazi bütövlüyümüzün bərpasıdır. Bu Zəfəri şərtləndirən amillər ölkəmizin ayrı-ayrı sahələrdə qazandığı uğurlar, ən əsası gənc nəsildə Vətən, torpaq sevgisinin dərinləşməsi, vətənpərvərlik hissinin daha da artmasıdır. 2003-cü ildə keçirilən andiçmə mərasimində Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdiriləcəyini bildirən cənab İlham Əliyevin son 20 ildə fəaliyyətinə diqqət yetirsək, hər vədini konkrekt əməli işdə təsdiqlədiyini görmək mümkündür. Ölkədə sabitliyin, iqtitsadi tərəqqinin mövcudluğunu bütün inkişafın əsası kimi dəyərləndirən ölkə Prezidenti neft gəlirlərindən səmərəli istifadəni təmin etməklə qeyri-neft sektorunu inkişaf etdirdi. Cənab İlham Əliyev bütün çıxışlarında bəyan etdi ki, inkişaf etmiş ölkələrin təcrübəsinə diqqət yetirsək, bu tərəqqinin əsasında bilik, savad, yeni texnologiyalar dayanır. Məhz bu kontekstdən yanaşaraq dövlətimizin başçısı İlham Əliyev “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürdü. Son 20 ilin uğurlarına diqqət yetirsək bu tezisin artıq real həyatda öz təsdiqini tapdığını görərik.

Bu gün paytaxt və bölgələr arasında fərq tamamilə aradan götürülüb. Rayonlar arasında sağlam rəqabət gedir. Regional inkişaf proqramlarının uğurlu icrası hər bir bölgənin, kənd və qəsəbənin həyatında özünü qabarıq şəkildə göstərir. Dayanıqlı inkişafın təmin edilməsi üçün ciddi islahatların aparılması əsas hədəflərdən biri kimi qarşıya qoyulub. "İslahatlara alternativ yoxdur… Kadr islahatları labüddür, bu, qaçılmazdır. Çünki mən bunu demişəm, biz XXI əsrdə köhnə təfəkkürlə uğurlara imza ata bilmərik. Əlbəttə, yeni, savadlı, bilikli, müasir kadrlar, ilk növbədə, Vətənə bağlı olmalıdırlar, hər hansı bir xarici təsirdən azad olmalıdırlar və vətənpərvər olmalıdırlar ki, Vətənin inkişafı üçün öz səylərini göstərə bilsinlər" söyləyən dövlətimizin başçısı İlham Əliyevin uğurlara yol açan düşünülmüş və məqsədyönlü siyasəti, ayrı-ayrı sahələri əhatə edən Dövlət proqramları, ənənəyə uyğun olaraq hər ilin bir sahənin adı ilə bağlanması və bu istiqamətdə təkmil islahatların həyata keçirilməsi Azərbaycanın beynəlxalq maliyyə qurumlarının, reytinq agentliklərinin hesabatlarında da liderliyini qorumasını şərtləndirir.
İnkişaf modeli dünyaya nümunə göstərilən Azərbaycan beynəlxalq maliyyə və iqtisadi qurumların hesabatlarında ən islahatçı ölkə kimi qərarlaşıb. Son 20 ildə Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi nəticəsində ölkəmiz sabitlik diyarı, iqtisadi möcüzələr ölkəsi kimi mövqeyini daha da möhkəmləndirib, müxtəlif mədəniyyətlərin, sivilizasiyaların qovuşduğu məkanda yerləşən ölkə olaraq beynəlxalq tədbirlərə ev sahibliyi ilə diqqət çəkib. Dünyada, o cümlədən ölkəmizdə koronavirus infeksiyası ilə mübarizə dövrü kimi xarakterizə olunan son dövrdə də Azərbaycan qlobal təşəbbüsləri, videoformatda təşkil olunan beynəlxalq əhəmiyyətli tədbirlərin təşkilatçısı və iştirakçısı kimi də diqqət çəkib. Dövlətimizin başçısının təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşləri, BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçirilib. Azərbaycan 30-dan artıq ölkəyə humanitar dəstək göstərib. Bütün bunlar Azərbaycanın hər addımında səmimi olduğunu, dövlətlərlə, beynəlxalq təşkilatlarla münasibətlərində reallığa əsaslanaraq qarşılıqlı hörmət və maraq prinsiplərini əsas tutduğunu təsdiqləyir.

Bu gün Azərbaycana hansı sahədən baxsaq inkişaf, tərəqqi qaçılmazdır. Ölkəmizdə ordu quruculuğu sahəsində atılan addımların uğurlu nəticələri də göz önündədir. 44 günlük İkinci Qarabağ müharibəsində tarix yazan Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında olduğunu bir daha təsdiqlədi. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu Qələbənin sevincini yaşayır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində dünyaya səs salan bu Zəfərimiz tariximizin ən şanlı səhifəsidir. Qalib ölkənin qalib Lideri kimi işğaldan azad edilmiş torpaqlarımıza davamlı səfərlər edən cənab İlham Əliyev hər dəfə bu fikri bildirir ki, hətta hava da sevinir, çünki bu torpaqlara əsl sahibləri gəlib.

Azərbaycan Ordusu erməni silahlı qüvvələrini iti qovan kimi torpaqlarımızdan qovdu. Ordumuzun gücü, qüdrəti qarşısında diz çökən Ermənistanın illərdir yaratdığı “məğlubedilməz erməni ordusu” mifi darmadağın edildi. Bu gün dünya Azərbaycan Orldusunun qəhrəmanlığından, döyüş taktikasından bəhs edir. “Əlbəttə ki, hərbi sahədə müharibə bizim şanlı səhifəmizdir. Amma, eyni zamanda, təcrübədir” söyləyən ölkə Prezidenti bildirir ki, indi beynəlxalq hərbi ekspertlər deyirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb: “Biz elə planlaşdırmalıyıq ki, bəlkə də əlli ildən sonra XXII əsrin müharibəsinə də hazır olaq. Çünki güc hər şeyi həll edir. Əfsuslar olsun ki, bu, belədir. Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər". Vətən müharibəsi beynəlxalq münasibətlərdə güc və beynəlxalq hüququn nə kimi rol oynadığını açıqladı.
Azərbaycanın son illərdə informasiya mübarizəsində qazandığı uğurlar diqqəti cəlb edir. 2011-ci ildə Azərbaycanın 193 ölkədən 155- nin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, 2019-cu ildə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisat olan, 120 üzvü sıralarında birləşdirən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi, dövlətimizin başçısı İlham Əliyevin Rusiyanın Soçi şəhərində dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun "Şərq şəfəqləri və dünya siyasi quruluşu" mövzusunda XVI illik iclasında, MDB Dövlət Başçıları Şurasının Aşqabad sammitində çıxışı, "Qarabağ Azərbaycandır və nida işarəsi" bəyanatı və sair kimi diplomatik uğurlarımız münaqişənin həllində stimulverici amil oldu. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub, ölkəmizin həyatında yeni səhifə açılıb, işğaldan azad edilmiş torpaqlarımızda quruculuq və bərpa işləri həyata keçirilir. Tezliklə xalqımız hər bir vədini konkret əməli ilə təsdiqləyən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdışın da sevincini yaşayacaq. Bunların ümumiləşdirilmiş ifadəsi bu gün Azərbaycanın adının tarixə qalib ölkə, Prezident İlham Əliyevin qalib Sərkərdə, xalqımızın məğrur, yenilməz xalq, ordumuzun rəşadətli ordu kimi yazılmasıdır. Ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss edən dövlətimizin başçısı İlham Əliyev hər birimizin qürur ünvanıdır. Cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşən xalqımızın Liderinə sevgisi sonsuzdur.

Tarixçi alim Anar Əliyev:

- Azərbaycan müstəqilliyinin ilk illəində çox böyük problemlərlə üzləşirdi. İqtisadiyyatı məhv olmuşdu, sənayesi sıradan çıxmışdı. İnsanlar gəlirlərini demək olar ki, tamamilə itirmiş, adi ehtiyaclarını belə ödəyə bilmirdilər. Belə bir dövrdə Ermənistan Azərbaycana qarşi böyük bir işğalçılıq siyasəti həyata keçirdi, həm də böyük güclərin dəstəyi ilə. Bu çətinliklərdən xilas olmaq üçün Azərbaycana böyük bir lider lazım idi. Ulu Öndəri xalq təkidlə hakimiyyətə gətirmıklə bu problemin həlli yollarını tapdı.

90-cı illərin ən böyük problemlərindən biri də informasiya blokadası məsələsi idi. Bizim sözümüzü heç kim eşitmirdi, üzləşdiyimiz haqsızlıqlarla bağlı fikirlərimizi dinləmək istəmirdilər. Belə bir dövrdə, 1994-cü ildə Ulu Öndərin BMT Baş Assambleysasının 49-cu sessiyasında böyük bir çıxışı oldu. Müstəqilliyini yenicə qazanmış bir ölkənin problemləri ilə bağlı belə mötəbər kürsüdən çıxış etmək heç də asan deyildi. Hətta indiki dövrdə bunu bacara bilməyən dövlət başçıları var. Bu, Ulu Öndərin şəxsi nüfuzu hesabına idi. Məhz o dövrdə Heydər Əliyev deyiləndə Azərbaycan başa düşülürdü, xatırlanırdı. Heydər Əliyev adı, nüfuzu Azərbaycanı öz arxasınca çəkərək məhv olmadan, dağılmadan xilas etdi. Məhz Heydər Əliyevin sayəsində informasiya blokadası yarıldı, səsimizi dünyaya eşitdirə bildik.

Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, xalqımız bütünlüklə dövlətimizin başçısının ətrafında səfərbər oldu.

Azərbaycan Prezidentinin Vətən müharibəsi ərəfəsində və gedişi ərzində 30-a qədər xarici KİV təmsilçilərinin, xüsusilə “Əl-Cəzirə”, “Əl-Ərəbiyə” “TRT Haber”, “Pervıy Kanal”, “CNN Türk”, “Euronews”, “CNN International”, “Sky News”, “RBK”, “Haber Global”, “Haber Türk”, “NTV”, “France 24” televiziya kanallarına, Rusiyanın TASS , Ria Novosti agentliyi üçün, “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova verdiyi müsahibələrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, cəbhə zonasında son hərbi əməliyyatlarla bağlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, bütün suallara konkret faktlarla cavabları ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna əhəmiyyət kəsb edir.

Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il fevralın 26-da mətbuat konfransında Dağlıq Qarabağın statusu məsələsinə də “nida” işarəsi qoyaraq bildirdi ki, Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil, onları bu günə salan səbəblərdən biri də məhz o idi, xülya idi, iddia idi, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar: “Status haradadır, onu hər kəs bilir. Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Ona görə status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır. Ona görə statusla bağlı hesab edirəm ki, əgər kimsə bu gün bu məsələni qaldırırsa, sülhə yox, qarşıdurmaya daha çox xidmət göstərir”.

Hər zaman, xüsusilə, Münhen Təhlükəsizlik Konfransında bəyan etdiyi kimi Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu diqqətə çatdıran dövlət başçısı vurğuladı ki, faktiki olaraq, biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik və Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir.

Nəticədə bu, informasiya müharibəsində də Azərbaycan haqlı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi. Uzun illər Ermənistanın yürütdüyü faşist ideologiyası, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı, dövlət terrorizmi və işğalçılıq siyasətinin, eləcə də erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində əhəmiyyətli rol oynadı, tarixi ədalətin Zəfər çalmasını şərtləndirdi.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Gənclər Birliyinin üzvü, hüquqşünas Zaur Quliyev:
- Ümummilli lider Heydər Əliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etdi. Gənclərin sosial, iqtisadi və digər problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir. Bu sənədlər gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib.

Artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənc nəsil formalaşıb. Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında rolu günü-gündən artır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.
Gənclər də öz növbəsində dövlət qayğısını daim hiss edərək nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.

44 günlük Vətən müharibəsində də Azərbaycan gəncləri böyük şücaət göstərdilər. Torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən Vətən müharibəsi Azərbaycan xalqının milli həmrəyliyinin, monolit birliyinin təntənəsi oldu.

Azərbaycan gəncləri Vətən müharibəsindən şərəflə çıxdılar, Prezident İlham Əliyevin gözləntilərini layiqincə doğrultdular. Müharibəyə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak etdi. Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərdilər. Hər biri öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, qələbə dolu döyüş yolu ilə dillərdə dastana döndü. 44 günlük müharibədə Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalanların böyük əksəriyyətini də məhz gənclər təşkil etdi. Biz şəhidlərimizin əziz xatirəsini hər zaman böyük ehtiramla anırıq. Bütövlükdə, bu müqəddəs müharibədə gənclərimiz tarix yazdı.

Bundan sonra qarşımızda dayanan əsas vəzifə müstəqil dövlətimizi daha da gücləndirməkdən ibarətdir. Hesab edirəm ki, bu işdə də Azərbaycan gəncliyi ön sıralarda olacaq.

Mətanət Məmmədova

Digər xəbərlər