PDF Oxu

Siyasət

  • 4 091

Yasamalda qızlar arasında voleybol növü üzrə yarışlara start verilib FOTOLAR

Yasamalda qızlar arasında voleybol növü üzrə yarışlara start verilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Milli Məclisin 17 saylı Yasamal 3-cü seçki dairəsinin deputatl Elnur Allahverdiyev və Yasamal rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə ümummili lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan ali və orta ixtisas təhsil müəssisələrinin komandalarının qızlar arasında voleybol növü üzrə yarışlarına start verilib Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, Yasamal rayonunda yerləşən ali, orta ixtisas təhsil müəssisələrinin idman klublarının nümayəndələri iştrak edib.Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev yarış iştirakçılarını və qonaqları salamlayaraq bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın idman siyasətinin həyata keçirilməsi sahəsindəki xidmətləri əvəzsizdir. Ulu öndər Heydər Əliyev idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir. Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu Öndər Heydər Əliyev milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli idman strategiyası bu gün Onun layiqli siyasi varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir.

Sonra çıxış edən Yasamal rayon Gənclər və İdman idarəsinin rəisi İlham Səfərov yarış iştirakçıları və qonaqları salamlayaraq qeyd edib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan silsilə idman yarışları effektiv şəkildə davam edir. Həm ölkədaxili, regional və beynəlxalq çərçivədə yarışların keçirilməsi və yarışlarda böyük nəaliyyətlərin əldə edilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Respublikamızda bədən tərbiyəsi və idmanın inkişafı habelə, bütün idman növləri üzrə qazanılmış medalların sayının hər il artması Ümummilli Lideri Heydər Əliyevin və Onun layiqli davamçısı Cənab Prezidentimiz İlham Əliyevin bədən tərbiyəsi və idmana göstərdiyi diqqət və qayğının nəticəsidir.

Digər xəbərlər