PDF Oxu

Siyasət

  • 1 684

Azərbaycanın növbəti uğurlu addımı Ermənistanı SİLKƏLƏDİ TƏHLİL

Azərbaycanın növbəti uğurlu addımı Ermənistanı SİLKƏLƏDİ TƏHLİL

Bu, Prezident İlham Əliyevin xarici və hərbi siyasətinin mühüm uğurudur

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqlərin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekofəalların Laçın–Xankəndi yolunda keçirdikləri etiraz aksiyası artıq 136 gündür ki, davam edir. Aksiyaçılar sivil qaydalar çərçivəsində yüksək əzmkarlıq nümayiş etdirirlər. Etirazçıların toplaşdığı ərazidən keçən yolda sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır. Rusiya sülhməramlılarına məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkətinə və digər humanitar məqsədlərə şərait yaradılır. Həmçinin, Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillərin də aksiya ərazisindən keçidi təmin olunub. Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov Onu da vurğulamaq lazımdır ki, etirazlar heç bir siyasi məqsədə xidmət etmir. Yalnız ekoloji fəsadların aradan qaldırılması, “Qızılbulaq” və “Dəmirli” yataqlarına ekoloqların daxil olub monitorinqlərin həyata keçirilməsi kimi tələblər səsləndirilir. İlk növbədə, Laçın yolu vasitəsilə qeyri-humanitar məqsədlərə xidmət edən fəaliyyətin dayandırılması Azərbaycanın ərazi bütövlüyünə hörmət və eyni zamanda, separatçı meyillərin qarşısının alınması üçün atılan ciddi addımdır.

Eyni zamanda, Laçın yolu vasitəsilə diversantlar, ərazi pozucularının minalar, silah-sursat və ağır texnika daşımalarının üçtərəfli Bəyanata, beynəlxalq hüquq və müqavilələrə zidd olduğundan və bunun yolverilməzdir. Belə ki, Üçtərəfli Bəyanatın 4-cü maddəsinə əsasən, Ermənistan silahlı qüvvələrinin qalıqları bölgəni tərk etməli və Rusiya sülhməramlıları bölgəyə yerləşdirilməli idi. Sülhməramlılar bölgəyə yerləşdirilsə də, erməni silahlıları hələ də ərazilərimizdədir və separatçı fəaliyyətlə məşğul olurlar. Ərazilərimizdə Ermənistanın 2021-ci il istehsalı olan minalara rast gəlinməsi bunun sübutudur. Məqsəd aydındır, niyyətləri Azərbaycanın infrastrukturuna, mülki şəxslərimizə və hərbçilərimizə ziyan vurmaq, xəsarət yetirməkdir. Buna görə də Azərbaycan öz təhlükəsizliyini müdafiə etməlidir.

AZƏRBAYCAN ERMƏNİSTANA ÇAĞIRIŞ ETDİ…

"Ermənistanı beynəlxalq birliyi özünün qarayaxma kampaniyasına alət etmək, o cümlədən bu məqsədlə Beynəlxalq Ədalət Məhkəməsinin məlum qərarını təhrif etmək cəhdlərinə son qoymağa çağırırıq".Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan XİN-in Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis etməsi ilə əlaqədar 23 aprel tarixli bəyanatına dair şərhində yer alıb. Şərhdə qeyd olunub ki, Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə legitim qərarı və addımı bütün beynəlxalq hüquq prinsiplərinə və normalara uyğundur: «Bu məntəqənin təsis edilməsi 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra Ermənistan tərəfinin üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq Azərbaycana qarşı hərbi təxribatları dayandırmaması, yoldan qeyri-qanuni fəaliyyətlər, silah-sursat və minaların daşınması üçün istifadə edildiyi, hərbçilərinin rotasiyasının həyata keçirməsi vəziyyətində qəbul edilmiş legitim və milli təhlükəsizlik qərarıdır. Eyni zamanda, aprelin 22-də Ermənistana məxsus yük avtomobilləri ilə iki ədəd hərbi məqsədlər üçün yaşayış konteynerlərinin və hərbi avtomobillər konvoyunun Azərbaycan ərazisinə keçirilməsi və Ermənistan tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan ərazisinə ən yaxın məntəqədə hərbi infrastruktur qurmaq fəaliyyəti bu qərarın sürətləndirməsini şərtləndirən amillərdən olub".

PREZİDENT İLHAM ƏLİYEVİN MÜDRİK HƏRBİ SİYASƏTİNİN NÖVBƏTİ UĞURU

Laçın dəhlizində Nəzarət Buraxılış Məntəqəsinin qurulması çoxdan gözlənilən bir addım idi və bu da oldu. Lakin həmişə olduğu kimi, müqavimət göstərənlər çox olsa da, sözü imzası qədər dəyərli və keçərli olan Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin nəyi, nə vaxt necə edəcəyini bilən Qalib Lider səbrlə hədəfə doğru getdi. Nəticədə, tarixi hadisə olan Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycanın sərhəd-buraxılış məntəqəsinin qurulması çox böyük beynəlxalq uğurdur. Bu hadisə tarixi hadisə olaraq Azərbaycan Prezidenti İlham Əliyevin çox peşəkar, qətiyyətli və soyuqqanlı xarici və hərbi siyasətinin mühüm uğurudur.

Və həmçinin, hər şeydən öncə deməliyik ki, Azərbaycan öz ərazisində istənilən qərarı qəbul etmək, istənilən hərəkəti həyata keçirmək haqqına malikdir. Bunun üçün kiminsə razılığına ehtiyac yoxdur. Başqa tərəfdən, ermənilər 10 noyabr Bəyannaməsinə istnad edirlər. Biz də həmin sənədə müraciət edək: sənədin 6-cı maddəsində göstərilir ki, Azərbaycan Laçın dəhlizi ilə vətəndaşların, nəqliyyat vasitələrinin, yüklərin hərəkətinin təhlükəsizliyini təmin edir. Bu gün Laçın dəhlizi ilə silah-sursat, terrorçu daşınırsa, orada və ətraf ərazilərdə mina basdırılır, insanlar bu minaların partlamasından həyatını itirir, yaralanırsa, deməli, Azərbaycan həmin razılaşmadan irəli gələn öhdəliyini yerinə yetirməli, təhlükəsizliyin təmin olunması üçün tədbirlər görməlidir. Məntəqənin yaradılması bu tədbirlərdən biridir. Azərbaycan 10 noyabr razılaşmasına uyğun olaraq, bu məntəqəni quraşdırıb.

ERMƏNİSTAN İSƏ ƏSASSIZ CƏHDLƏRİ İLƏ DƏRİN BÖHRANA DÜŞÜR

“Yalan ayaq tutar, yeriməz”, ancaq bəzən yalan nəinki yeriyir, hətta yüyürə də bilir. Bu gün Ermənistanın təbliğat maşını Laçın koridoru bağlı olduğunu deyir. Humanitar böhranın meydana çıxmanda blokadadan danışılır. Həqiqətəuyğun məlumatlar Ermənistanın uğursuz siyasətidir. Və bu günə kimi də Laçın dəhlizində gediş-gəliş heç bir məneə olmadan baş verir. Məkrli məqsədlərlə Azərbaycana qarşı ittihamlar irəli sürən yəqin ki, Ermənistan düşünür ki, Laçın dəhlizində heç bir nəzarət olmasın, istənilən kriminal elementlər də buradan maneəsiz keçə bilsin. Ancaq bu bir faktordur ki, dünyanın heç bir ölkəsi, əlbəttə ki, heç kəsə öz sərhədini nəzarətsiz keçməyə icazə verməz. Onu da qeyd edək ki, 30 ildir Ermənistan Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanı tam blokada vəziyyətində saxlayır. Azərbaycan dəfələrlə Ermənistanın Zəngəzur dəhlizinin açması məsələsini qaldırıb. Lakin Ermənistan bununla razılaşmır.

Qeyd edək ki, Prezident İlham Əliyev çıxışlarında da birmənalı şəkildə bəyan edir ki, Ermənistan Azərbaycanın təklif etdiyi, beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan sülh sazişini imzalamaq çağırışına cavab vermir. Ermənistan Azərbaycan və Gürcüstanla üçtərəfli əməkdaşlığa dair təklifi də qəbul etmək istəmir. Azərbaycan 3 Qafqaz ölkəsinin enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səyləri birləşdirməyə dəvət edir. Gürcüstan buna məmnuniyyətlə razılıq verir, lakin Ermənistan isə “yox” deyir. Belə qeyri-konstruktiv mövqe və əsassız cəhdi Ermənistanı daha dərin böhrana sürükləyir.

Və xəbis niyyətlilərin diqqətinə isə Prezident İlham Əliyevin martın 28-də Laçın rayonuna xüsusi nümayəndəsinin təyinatı ilə bağlı martın keçirdiyi qəbul zamanı söylədiyi bu fikirləri çatdırmaqla hələ də inanmaq istərdik ki, onlar, nəhayət xam xəyallarından ayılıb real həyata dönəcək, Azərbaycanın milli maraqlarının ziddinə olan fəaliyyətdən imtina edəcəklər: «Eyni zamanda, anti-Azərbaycan qüvvələr bizim əyilməz iradəmizi gördü. Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz».

Haqq yolunda addımlayanın köməyi çox, düşməni yox olar! Və İkinci Vətən Müharibəsində Qalib Prezidentimiz, Ali Baş Komandanın «Dəmir Yumruq» siyasəti 30 il işğalda olan torpaqlarımız azad olundu və bir daha beynəlxalq təşkilatlar Ermənistanın işğalçı və terrorçu olduğunu təsdiqlədilər. Eyni zamanda, dünya birliyi, nəhayət ki, Ermənistanın beynəlxalq səviyyədə götürdüyü öhdəlikləri kobud şəkildə pozmaqda davam etdiyinin, sülh, atəşkəslə bağlı çağırışlara məhəl qoymadığının şahidi olur. Şahidi olurlar ki, işğalçı dövlətinin ordusunun sərhədboyu ərazilərdə ağılasığmaz qəddarlıqlar nəticəsində minlərlə dinc azərbaycanlı həlak olub, kəndlər, qəsəbələr, tarixi-mədəni abidələr viran edilib.

Bu gün dövlət başçımız yüksək tribunalardan, müsahibələrində, ictimaiyyətlə görüşlərində dəfələrlə bildirir ki, separatçılara, revanşistlərə, qanunsuz hərbi birləşmələrə və terrorçulara Azərbaycan ərazilərində yer yoxdur: «Azərbaycan Bayrağını və suverenliyini qəbul edən ermənilər burada qalıb yaşaya bilərlər. Separatizmə meyilli olan şəxslər isə özləri üçün başqa yer tapıb yaşamaq barədə qərar qəbul etməlidirlər!".

Bir sözlə, biz Prezident İlham Əliyevin “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” fikrinin dəfələrlə təsdiqini məhz belə əməli addımlarda görürük. Azərbaycan Prezidenti indi bu prosesi artıq praktiki şəkildə həyata keçirdi. Bütün bu addımların nəticəsi kimi, artıq delimitasiya və demarkasiya məsələlərinin həlli, sülh müqaviləsinin imzalanması və Azərbaycan tərəfindən üçtərəfli Bəyanatın bütün tələblərinin yerinə yetirilməsi təmin olunacaq. Çünki dövlətimizin başçısı nəyi, necə və nə zaman etməyi çox yaxşı bilir.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər