PDF Oxu

Siyasət

  • 2 414

İqtisadi inkişafda irəliləyiş ölkəmizin hərtərəfli inkişafının təməlidir ŞƏRH

İqtisadi inkişafda irəliləyiş ölkəmizin hərtərəfli inkişafının təməlidir ŞƏRH

İqtisadi inkişafda irəliləyiş ölkəmizin hərtərəfli inkişafının təməlidir. Dövlətimizin başçısı İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən Azərbaycanı Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı möhkəm təməl üzərində uğurla inkişaf etdirərək qarşıda geniş imkanların mövcud olduğunu bildirdi. İqtisadi artımın qeyri-neft sektorunun hesabına olması qarşıya qoyulan əsas hədəflər sırasında idi. Bunun üçün regionların malik olduğu potensialdan səmərəli istifadə etmək üçün Regional inkişaf proqramı təsdiqləndi və uğurlu icrası növbəti sənədlərin qəbulunu zərurətə çevirdi. Dövlətimizin başçısı regionlara hər bir səfəri hədəflərə hansı səviyyədə nail olduğumuza, verilən tapşırıqların icrasına işıq salır.

Bu baxımdan Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın aprelin 18-də Neftçala və Salyan rayonlarına səfəri, eyni zamanda, səfər çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsi Regional inkişaf proqramlarının uğurlu icrasının təqdimatı oldu. Səfər zamanı Neftçala Olimpiya İdman Kompleksinin, Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun yenidənqurmadan sonra, Heydər Əliyev Fondu tərəfindən Neftçala rayonunda inşa olunan 420 şagird yerlik Bankə qəsəbə 2 saylı tam orta məktəbin, “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin, Salyanda “ASAN xidmət” mərkəzinin açılışında iştirak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Neftçalanın Yenikənd kəndində “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında, Salyan Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış oldular. Hər bir səfər vətəndaş məmnunluğunun artırılmasının dövlət siyasətinin əsasını təşkil etdiyini bir daha nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyevin regionlara hər bir səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bir daha bildirdi ki, bölgələrə səfərləri nəzarət üçün bir vasitədir. Belə ki, verilən tapşırıqların necə yerinə yetirilməsinə nəzarət edilir, həmçinin növbəti tövsiyələr verilir.

Bütün hədəflər- insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilir. Bölgələrimizin ümumi inkişafı həm sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir. Azərbaycan ilklərə imza atır, daim yeniliklərə, təkmilləşməyə üstünlük verir.

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Azərbaycanın tətbiq etdiyi müasir idarəetmə üsulundan, dünyaya səs salan “ASAN xidmət”in üstünlüklərindən, məqsəd və məramından bəhs etdi. Sayca 25-ci olan Salyan “ASAN xidmət” mərkəzi istifadəyə verildi. Ümumilikdə “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. Artıq dünyada ASAN modelini bir neçə ölkə tətbiq edir. Azərbaycan bu ölkələrə metodik dəstək verir. Son 10 il ərzində “ASAN xidmət”ə 61 milyon müraciət olub. “ASAN xidmət”in yaradılması ictimai xidmətlər sahəsində bir inqilab, dönüş nöqtəsi idi. Hazırda 300-dən çox xidmət göstərilir. “ASAN xidmət” intellektual məhsulumuzun bir nümunəsidir. Azərbaycan artıq intellektual məhsul ixrac edir. İşğaldan azad edilmiş ərazilərimizdə də bu yeniliklər öz əksini tapır. “ASAN xidmət” mərkəzlərinin yaradılması əsas hədəflər sırasındadır.

Könül İbrahimova

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin

Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər