PDF Oxu

Siyasət

  • 2 239

“İnkişaf- məqsədimizdir” ŞƏRH

“İnkişaf- məqsədimizdir” ŞƏRH

Prezident İlham Əliyevin 18 aprel 2023-cü ildə Salyan və Neftçala rayonlarına səfərini təhlil edərkən

Prezident İlham Əliyev aprelin 18-də Salyan şəhərində səfərdə olarkən bir sıra mühüm obyektlərin açılışı ilə yanaşı geniş ictimaiyyatla görüş keçirdi. Səfər zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibənin məzmunu onu göstərir ki, ölkəmizin inkişafı ilə bağlı həyata keçirilən uğurlu islahatların miqyası o qədər əhatəli və çox şaxəlidir ki, hər səfər bu inkişafın nəticələrini şərh etməyə zərurət yaradıb. Qeyd etməliyik ki, səfər 2004-cü ildən bəri mərhələlərlə həyata keçirilən Azərbaycanda Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramlarına dair həyata keçirilən 4-cü proqramın uğurlu icrası baxımından mühüm əhəmiyyət kəsb edir.

Hamımıza məlumdur ki, bu proqramların icrası nəticəsində bölgələrdə ümummilli miqyasda quruculuq işləri aparılmışdır. Prezident İlham Əliyevin hər bir səfəri isə yeniliklərin təntənəsini və qarşıdakı növbəti tapşırıq və tövsiyələrin prioritet istiqamətlərini müəyyənləşdirib. Səfər çərçivəsində açılışı olan “ASAN xidmət” mərkəzinin ölkəmizdə sayca 25-ci mərkəz olduğunu diqqətə çatdıraraq demişdir: “ASAN xidmət” sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır və nəinki ölkə əhalisi tərəfindən yüksək qiymətləndirilir, onu da deməliyəm ki, “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. Mən bilmirəm, ikinci belə xidmət var ki, bu qədər insanlar tərəfindən bəyənilsin və eyni zamanda, dünyada artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Biz bu ölkələrə metodik dəstək veririk. Son illər ərzində, yəni, 10 il ərzində 61 milyon müraciət olmuşdur. Yəni, bu xidmətin yaradılması faktiki olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən çox xidmət göstərilir. Beləliklə, “ASAN xidmət” bizim, o cümlədən intellektual məhsulumuzun bir nümunəsidir və eyni zamanda, biz artıq intellektual məhsul ixrac edirik”.

Sürətli inkişafın Azərbaycan yolu bütün sahələrdə olduğu kimi Vətən Müharibəsindəkı Qələbədə və müharibədən sonrakı dövrün yeni reallıqlarında özünü göstərdi. Bu siyasət Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsini prioritet etməklə Böyük Qayıdışın möhtəşəm ümummilli əhəmiyyət kəsb edən istiqamətlərini müəyyənləşdirdi. İnkişafın məntiqi nəticəsi isə ondan ibarətdir ki, Qarabağ və Şərqi Zəngəzurda torpaqların sahibləri öz doğma yurdalrına qayıdırlar. Bu inkişafın çoxlarına yuxu kimi gələn və dünyada erməni miflərinin təsiri altına düşən riyakar qüvvələrin düşünclərinin darmadağın etməsi həm də Azərbaycanın iradəsinin, qarşıya qoyulan strateji hədəflərin nəyə qadir olduğunun bariz nümunəsidir. Ağalı və Talış kəndlərinə qayıdan və ən müasir infrastruktur layihə ilə təmin olunan vətəndaşlarımızın həyat tərzi bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasının göstəricisidir. Bütün bunlarla yanaşı Prezident İlham Əliyev Azərbaycanın inkişaf konsepsiyasındakı şəffaf iqtisadi siyasətin göstəricilərini də ictimaiyyat qarşısında bəyan edərək demişdir: “Hazırda infrastruktur layihələri davam etdirilir. Bu ilin 3 ayında əldə edilmiş nailiyyətlər imkan verir ki, biz büdcəyə əlavələr edək. Artıq hökumətə göstəriş verilmişdir ki, büdcə dürüstləşməsi aparılsın və Milli Məclisə təqdim edilsin. İlk növbədə Vergi Xidməti xətti ilə üç ay ərzində proqnozdan 1,1 milyard manat çox vəsait toplanmışdır. Bu da şəffaflıq nəticəsində olmuşdur, yeni idarəetmə nəticəsində olmuşdur”. Bütövlükdə, hesab edirəm ki, büdcəyə əlavələr ən azı 3 milyard manat səviyyəsində olacaq, ondan da çox ola bilər. Bunun əsas hissəsi Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında istifadə ediləcək. İkinci yerdə bizim hərbi xərclərimiz olacaq. Çünki buna da böyük ehtiyac var. Dünyada gedən prosesləri hər kəs izləyir. Dünyada təhdidlər artır, təhlükələr artır. Düzdür, biz İkinci Qarabağ müharibəsində düşmənin başını əzərək möhtəşəm Qələbə əldə etmişik. Ancaq Ermənistanda revanşist qüvvələr yenə baş qaldırır, biz istənilən vəziyyətə hazır olmalıyıq və elə bir ordu yaratmalıyıq ki, dünya miqyasında nümunəvi olsun və ən güclü ordulardan biri olsun. Bu gün də Azərbaycan Ordusu güclüdür. Biz gücümüzü döyüş meydanında göstərmişik. Biz döyüş meydanında həm Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərdik, eyni zamanda, hərbçilərimizin peşəkarlığını göstərdik, öz hərbi potensialımızı göstərdik”. Bunların davamı olaraq ilin sonuna qədər Laçın şəhərinə, paralel olaraq Şuşa şəhərində birinci yaşayış kompleksilərinin inşası, Ağdam, Füzuli, Zəngilan şəhərlərində yaşayış binalarının inşası, Kəlbəcər və Cəbrayıl şəhərlərində isə belə layihələrə olan hazırlıq işlərinin həyata keçirilməsi çox böyük iqtisadi inkişafın nəticəsi kimi Prezident İlham Əliyevin “İnkişaf Məqsədimizdir” strategiyasının malik olduğu ağıllı gücdür .

Bu strategiyanın Azərbaycanın bölgədə artan iqtisadi və siyasi nüfuzu sülhün təmin olunması üçün yeni imkanlar yaratması ilə yanaşı, həm də ərazi bütövlüyümüzün qəbul etdirilməsi ilə nəticələndiyi ayrıca bir inkişaf təlimidir.. Bu baxımdan 2022-ci ilin ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul etmişdir ki, Azərbaycan ilə Ermənistan arasında 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında olan sərhədlər dövlət sərhədləri sayılır. Digər tərəfdən bu gün “Qarabağ Ermənistandır və nöqtə” formulasının sərsəm təfəkkürdən qaynaqlandığı, “Qarabağ Azərbaycandır və nida” sözlərinin təsdiqinə qarşı isə bütün dünyada heç kimi arqumentin olmadığı tam təsdiqini tapmışdır. Deməli Azərbaycanın inkişaf konsepsiyası siyasi meydanda Qarabağın bizim daxili işimiz olduğu haqqında yeni reallığı tam bərqərar edib və Ermənistan, onun havadarları, separatçı qüvvələr buna əsasən öz seçimlərini etməlidirlər. Səfər çərçivəsində Prezident İlham Əliyev bu məsləyə dair konkret mövqeyini ifadə etdi və dedi: “Separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər. Biz separatçıların əsas simalarından olan Serjik Sarkisyanı, Robert Koçaryanı, Seyran Ohanyanı Qarabağdan iti qovan kimi qovmuşuq, onları diz çökdürmüşük. Onlar İkinci Qarabağ müharibəsi zamanı Qarabağa gəlmişdilər, guya bizimlə vuruşmağa gəlmişdilər. Üçü də bizim torpağımızdan dovşan kimi qaçdı, indi heç biri heç burnunu da soxa bilmir nə Xankəndiyə, nə başqa bir yerə”. Bütün bunlar Ermənistanın iflasa uğradiğını təsdiq edən reallıqlardır. Növbəti iflas isə Ermənistanın Azərbaycanın qüdrəti qarşısında aciz olduğundan ağır atletika üzrə Avropa çempionatında Azərbaycanın Dövlət Bayrağının yandırilması ilə özünü göstərdi. Bu çirkin əməl onu göstərdi ki, ermənilərin bütün siyasi, mənəvi imkanları tükənib və milli düşmənçiliyin ən axırıncı yoluna əl atmaqla özlərini biabir etmişlər. Ermənistan rejimi bu gün də belə riyakarlığa yuvarlanarkən dərk etməlidir ki, artıq Azərbaycan Bayrağı Qarabağda, Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda və neçə-neçə kənddə, yüzlərlə kənddə Azərbaycan Bayrağı dalğalanır. Bu gün Azərbaycan Bayrağı Zəngəzur dağlarında dalğalanır. Ermənilərin bü motivli bütün addımlarının sonluğu Azərbaycan tərəfindən qiymətləndirilib. Prezident İlham Əliyevin dediyi kimi, “bunun arxasında dayanan Ermənistan dövlətidir, Ermənistan hökumətidir bayraq yandırmaqla onlar ancaq öz çirkin xislətlərini bütün dünyaya nümayiş etdiriblər. Bir daha demək istəyirəm, Ermənistanda aparılan, uzun illər aparılan, onilliklər ərzində aparılan anti-Azərbaycan kampaniyasıdır, azərbaycanofobiyadır. Bu hadisə sıradan olan hadisə deyil”. Az kecmədi ki, Türk Bayrağı qələb ilə ermənistanda dalğalandı və Türkiyənin Dövlət Himni səsləndirildi. Bu qələbəni qardaş türk xalqının idmançılarının Azərbaycana, Azərbaycan xalqına ərmağan etməsi isə bir çox mesajları ermənilərə verdi. Tarixi əbədi əzəli birliyimizin simvolu kimi erməniləri növbəti dəfə rəzil vəziyyətə saldı. Prezident İlham Əliyev bu barədə demişdir: “Biz birik və onlara ünvanlanan təbrik məktubunda da yazmışıq ki, Türkiyə Bayrağı olan yerdə biz də varıq və bütün Ermənistan onu gördü. Bir yaramaz bizim bayrağımızı yandırır, ertəsi gün qardaş Türkiyə dövlətinin şanlı bayrağı o düşmənlərin başının üzərində ucaldılır və onlar Türkiyənin Dövlət Himninə ayaq üstə qulaq asmağa məcbur olurlar”. Beləliklə, Azərbaycanın inkişaf strategiyasının əsasında müdrik, yenilməz siyasi iradənin, xalq-lider birliyinin qüdrətinin nəyə qadir olduğu kimi tarixi nailiyyət bizə onu deməyə imkan verir ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Güclü Azərbaycan siyasi varisliyin İlham Əliyev mərhələsi ilə bütün hədəflərə uğurla nail olmuş və verilmiş vədlər xalq-lider birliyinin möhtəşəmliyi ilə reallaşdırılmışdır. Bu strategiyanın bu gün də məqsədi inkişafdır…..

Sənan Həsənov

YAP Yasamal rayon AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər