PDF Oxu

Siyasət

  • 2 985

İsmayıllı rayonunda yerləşən Heydər Əliyev Mərkəzi ziyarət olunub FOTOLAR

İsmayıllı rayonunda yerləşən Heydər Əliyev Mərkəzi ziyarət olunub FOTOLAR

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının Tədbirlər Planı çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinin geniş ictimaiyyətə çatdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.2023-cü il aprelin 25-i YAP Şuşa rayon təşkilatının 33 nömrəli ərazi partiya təşkilatının fəalları və Şuşa rayon 15 nömrəli ümumi orta məktəbin müəllim,şagird kollektivinin iştirakı ilə İsmayıllı rayonunda yerləşən Heydər Əliyev Mərkəzi ziyarət olunub.

Mərkəzdə ziyarətçilərə müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyəti haqqında geniş məlumat verilib, gənclər eksponat, fotoşəkil və kitablarla tanış olublar.

Digər xəbərlər