Siyasət

  • 2 386

Lerikdə şəhid-leytenant Arif Nuriyevin anım mərasimi keçirilib FOTOLAR

image

Bu gün şəhid, leytenant Nuriyev Arif Ələskər oğlunun doğum günü adını daşıdığı Lerik şəhər 1 №li texniki fənlər təmayüllü liseyində qeyd olunub. YAP Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov, Lerik rayon İcra Hakimiyyətinin nümayəndələri, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov, şəhid,leytenant Arif Nuriyev adına Lerik şəhər 1 №li texniki fənlər təmayüllü liseyinin direktoru Gültəkin Şıxəliyeva, liseyin şagird-müəllim kollektivi, şəhidin ailə üzvləri liseydə şəhid leytenant Arif Nuriyevin xatirəsinə yaradılan muzeyi ziyarət edərək onun şərəfli həyat yolu, döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan söz açdılar.Liseyin direktoru, Əməkdar müəllim Gültəkin Şıxəliyeva, liseyin hərbi rəhbəri Arzuman Nəhmətov şəhid leytenant Arif Nuriyevin həyatı və döyüş yolu haqqında geniş məlumat verdilər.

Daha sonra tədbir iştirakçıları şəhidimizin məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.

Xatırladaq ki, Arif Ələskər oğlu Nuriyev 25.04.1971-ci il tarixdə Lerik rayonunda müəllim ailəsində dünyaya göz açmışdır. Vətənin dar günündə Qorkidə aldığı zabitlik təhsilini yarımçıq qoyub Bakıya qayıdaraq burada təhsilini davam etdirə-etdirə müharibədə ən qaynar döyüş bölgələrində şərəflə xidmət etmişdir.08.01.1994-cu ildə qəhrəman zabitimiz sonuncu döyüşündə, Ağdamın İlxıcılar kəndinin düşməndən azad olunması uğrunda gedən döyüşlərdə ən ali məqama – şəhidlik məqamına ucalmışdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Digər xəbərlər