Bu bir reallıqdır ki, istər ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1970-1980-ci illər , istərsə də 1993-cü ildə xalqın istək, arzu və təkidli tələbi ilə ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıdışı ölkəmizin tarixində dönüş illəri hesab olunur.
Məlumdur ki, müstəqilliyimizi bərpa etdiyimiz ilk illərdə Azərbaycanda vəziyyət olduqca ağır idi. İqtisadi, siyasi, mənəvi, hərbi böhran, hərc-mərclik hökm sürür və torpaqlarımız bir - bir işğal edilirdi.Məhz Ulu öndər Heydər Əliyevin ikinci dəfə rəhbərliyə qayıdışı ilə ölkəmizin üzərindəki qara buludlar dağılmağa başladı, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən, ölkədə hər an baş verə biləcək vətəndaş müharibəsindən xilas etdi.
Ulu öndər Heydər Əliyev deyirdi: “Azərbaycanın iqtisadiyyatı azad iqtisadiyyat yolu ilə gedəcəkdir. Azərbaycan böyük iqtisadi-sosial islahatlar keçirmək əzmindədir. Azərbaycan dünyada sınanmış, artıq öz müsbət nəticələrini vermiş olan iqtisadi-sosial və ictimai-siyasi sistem yolu ilə gedəcəkdir”.
Məhz ümummilli liderimizin rəhbərliyi ilə həyata keçirilmiş islahatlar nəticəsində bütün sahələrdə inkişaf meylləri artmış, bu meyllər iqtisadiyyatda da müşahidə olunmuşdur. Regionların inkişafını təmin etmək məqsədilə dövlət tərəfindən mühüm işlər görülm, əhəmiyyətli proqram qəbul edilmişdir. “Əsrin Müqaviləsi” neft kontraktı strategiyası məhz Ulu öndərin tarixi xidmətlərindən olmuşdur. Bu müqavilə ümummilli lider Heydər Əliyevin bu günkü və gələcək nəsillər qarşısında əvəzolunmaz tarixi xidmətlərindəndir.Bu gün əsasını ulu öndərin qoyduğu və Prezident cənab İlham Əliyevin uğurla zamanın tələblərinə uygun olaraq davam etdirdiyi düşünülmüş, uzaqgörən iqtisadi siyasət nəticəsində ölkəmizdə neft-qaz sənayesi ilə bərabər qeyri-neft sektoru sürətlə inkişaf edir.Bu gün əldə olunan ugurlar , nailiyyətlər Azərbaycanın əminliklə söyləməyə əsas verir ki, ölkəmiz gələcəkdə daha böyük uğurlar qazanacaq.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri